Mən bir zaman şair idim,Zirvələrdən zirvələrəŞığıyan bir şahin idim.Dağ kəlləri bərəsindəOvçuların marığınaşahid idim.İlxı görüb havalananGöy ürgəninyalmanına şərid idim.Zoğal çomaq dəyanətim,Ala köpək hayanımdı.Qara arxac dibindəkiÜçbucaq daş ocağım daHa közərir, ha yanırdı...

Çiynimdəki ala xurcunQuzulara nənni idi.Obaş ertə yaylımındaUlduzları dənləyirdim.Qırğı kimi vuran-tutan,Qarğı kimi çəlimsizdim.Varaqsızdım, qələmsizdim.Bilməz idim:forma nədir,Bölgü nədir.Tənqid adlı döngə-dolay,Tərif adlı bəlkə nədir.Dik baxırdım dağlara, dik!İldırımlar yazmamışdıBaşəyməklik, əlöpməklikYazmamışdı, yapıncımınƏtəyinə, kürəyinə, yaxasına.Bax beləcə dağa sığan,daşa sığan...Hər ağrını, hər acınıBir qırımla tulazlamaqQüvvəsinə qail idim,Mən bir zaman şair idim...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets