Nöyüt lampası yanan yarıqaranlıq otaqda qollarını çırmalamış iki nəfər knyaz Sisianovun mundirinin paqonlarından yapışıb, onun, yoğun və uzun taxta parçalarından düzəldilmiş taxtın üstündə uzadılmış meyitini irəli çəkdi, çənəsini yuxarı qaldırdı, mundirinin yaxasını aşağı dartdı.

Knyaz Sisianovun boynu tamam açıq idi.

Və o taxtın başında dayanmış cəllad İbadulla iki əli ilə dəstəyindən yapışdığı böyük, enli dəhrəni yuxarı qaldırdı və var gücü ilə zərbə endirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets