Nameye-dəhhom. Rəftəne-Səba be pişe-mə’şuq cəhəte-ərməğano hədiyye (Onuncu məktub. Səbanın hədiyyə ilə bağlı Mə’şuqənin yanına getməsi)
Çün yetdi Səba o yar qatına,Ol türki-vəfagüzar qatına,Söyləşdi, cəvabın aldı, gəldi,Hər sözdə səvabın aldı, gəldi,Başdan diləmiş ki, dür gətürsün,Bir damən anınla pür gətürsün.
Həm bilə əqiqi-pür bəhalər,Yüzdən dəxi dürlü kəhrübalər.Qılsın yenə neçə nəzmi-əbyat,Fikr etsin ana hezar kərrat.Bu qəsd ilə kim, qavuşdu həsrət,Dəf’ oldu ğəmü bəlavü möhnət.Bir vəchilə nəzmin eyləsin der,Dürtək qulağımda eyləsin yer.Bu sözləri çün eşitdi guşim,Qalmadı qərarü səbrü huşim.Daldım gözüm içrə həmçü qəvvas,Aldım düri-pakü gövhəri xas.Yaşımdan alub əqiqi-gülgun,Yüzüm təbəqin pür etdim əz xun.Nəzm etdim o dəmdə neçə əbyat,Fikr etdim ana hezar kərrat.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-nameye-dehhom-reftene-seba-be-pise-me-suq-cehete
Use ← → keys to move, R for a random poem
More by this author
Ta badeyi-xoşgüvar var, ey saqi,Ta vardır əlində ixtiyar, ey saqi,
TərcibəndLayi isqat eyləyüb bir bilməyən illasini,Bilmədi nəfy ilə isbatın nədir mə’nasini,
Ya Əli, canım sana olsun fədaYa Əli, canım sana olsun fəda,Qulkəfadır şə’ninə həqdən nida.
Mustafa fəxri-cəhan, sən həmdəmiMustafa fəxri-cəhan, sən həmdəmi,Zatunuz həm ləhmi anın həmdəmi.
Poems by other poets
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.
İnqilab şairiyəmMən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,