Dedim ki, Səbayə şad bolgil,Bər kami-dilü murad bolgil.Xoş zindədilü rəvan fərəssən,Pür müşk sözün, qəbul nəfəssən.Qıldın bu vəfalığı mənimlən,Can ola fəda sana tənimlən.Dur bir dəxi var ol həbibə,Ol dərdə düşənlərə təbibə.Söylə ki, dedi o mehribanın,Layiq nə gətirsin ərməğanın?Şəhlər nəzərnidə töhfə xoşdur,Yazıq anadır ki, dəsti boşdur.Gözdən düri-şahvar aparsam,Ya cani-pür əz ğübar aparsam,Can nəstə degil bərayi-canan,Dür qədri nədir be pişi-sultan.Gövhər kişinin öz ərməğani,Öz qədrimisali-tərcümani.Kim, muri-fəqir ba SüleymanPayi-mələxi apardı bürhan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love