Pəh, pəh ki, mənəm o cismi-bicanKim, nagah ona ulaşdı bir can.

Pəh, pəh ki, mənəm o Xızra nisbətKim, ana yoluxdu abi-heyvan.

Pəh, pəh ki, mənəm səqimi-möhlik,Hatifdən ana irişdi dərman.

Pəh, pəh ki, mənəm şikəstə Yə’qubKim, buldu vüsali-xubi-Kən’an.

Pəh, pəh ki, mənəm əzizi-Kə’bə,Hənnanə irişdi, buldu Mənnan.

Pəh, pəh ki, mənəm o muri-pamalKim, verdi ana nigin Süleyman.

Ey Xəstə Xətayi şakir ol kim,Mehr ilə vüsalə döndü hicran.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation