Ağagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünki bütün gecəni qatmaqarışıq yuxular görmüşdü və qırmızı çil toyuq da Nisənin gözlərindən süzülən yaş gilələri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı çil toyuq, doğrudan da, həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayır; sonra qırmızı çil toyuq çırpınıb ayağa qalxdı və hirslə qaqqıldaya-qaqqıldaya ki, bu nə gecə macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı.

Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı çil toyuğun dalınca həyətə atdılar.

Ağabacı qaqqıltıya hövlnak yuxudan oyandı, əvvəlcə elə bildi ki, həyətə tülkü gəlib, istədi bütün günü Bakıyla kənd arasında işləyən avtobusu sürə-sürə bərk yorulub gecə top atılsa da yuxudan oyanmaq bilməyən əri Ağababanı yuxudan oyatsın, amma artırmadakı yerindən həyətə boylanıb gördü ki, hində sakitlikdi, təkcə qırmızı çil toyuq hasarın dibində qaqqıldaya-qaqqıldaya o baş-bu başa yeriyir və arvad buna təəccüb elədi, elə başa düşdü ki, qırmızı çil toyuğu yaddan çıxarıb hinə salmayıb, sonra yenə xorultusu aləmi başına götürmüş Ağababanın yanında yerinə uzandı və təzədən yuxuya getdi.

Dan yerinin şəfəqləri isə qızarırdı.

Fevral, 1977.

Dubultı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XI fəsil

Gündüz Kərimbəyli soyuq bayırdan sonra prokuror Dadaşlının isti kabinetinə girəndə əvvəlcə, istər-istəməz, çırthaçırtla yanan sobaya baxdı. Əlbəttə, bu, prokuror Dadaşlının gözündən qaçmadı və o, əməlli-başlı bir qürurla:– Hə, yaxşı yanır, – dedi. – Sonra qarşısındakı uzun mizin arxasında cinayət axtarışı üzrə baş inspektor Cabbarovla üzbəüz oturmuş cavan oğlana işarə etdi. – Ekspert sizi gözləyir.

3 min
XII fəsil

Fatma arvadgilin küçə qapısının ağzında iki gödək şalban parçasının üstünə vurulmuş uzun bir taxta vardı və bu əldədüzəltmə skamya rayon arvadlarının gimgə yeri idi. Üç-dörd gün yağan sulu qar hələlik dayandığı üçün, fürsəti fövtə verməyib bura yığılmışdılar.Fatma arvad deyirdi:

3 min
XIII fəsil

Bakıda günəşli bir gün idi və indi belə məlum olurdu ki, bir belə sulu qardan, soyuqdan, palçıqdan sonra hardasa doğrudan da gün çıxa bilərmiş.Və işıqforun qırmızı işığı günün altında ora-bura şütüyən maşınları saxlayan kimi, cinayət axtarışı üzrə baş inspektor Cabbarov küçəni keçib iti addımlarla Daxili İşlər Nazirliyinin küçə pillələrini yuxarı qalxdı...

1 min
XIV fəsil

Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı.Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü.

6 min

Poems by other poets