Bakıda günəşli bir gün idi və indi belə məlum olurdu ki, bir belə sulu qardan, soyuqdan, palçıqdan sonra hardasa doğrudan da gün çıxa bilərmiş.

Və işıqforun qırmızı işığı günün altında ora-bura şütüyən maşınları saxlayan kimi, cinayət axtarışı üzrə baş inspektor Cabbarov küçəni keçib iti addımlarla Daxili İşlər Nazirliyinin küçə pillələrini yuxarı qalxdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets