O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...

… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…

… İbrahim xan iti addımlarla iqamətgahın üst qatına qalxdı və qapını açıb Tuba xanımın otağına girdi.

Qaravaşlar dərhal ayağa qalxıb təzim etdilər və otaqdan çıxdılar.

İbrahim xan səbrini tamam itirmişdi:

– Sən də vaxt tapmısan tirmə toxumağa? Nə oldu?

Tuba xanım tirməni kənara qoyub:

– Bu izdivac çətin olacaq, İbrahim…– dedi.

– Mənim baxtıma asan şey yazılmayıb! Nə deyir?

– Nə deyəcək? Bəyəm, sən bilmirsən?

– Hədiyyələrə nə dedi?

– Heç gözünün ucuyla da baxmadı. İbrahim, bu qız başqalarına bənzəmir… Onun ürəyi sınsa, ömrü boyu düzəlməyəcək…

İbrahim xan özündən çıxdı:

– Sənin ürəyin yoxdu? Mənim ürəyim yoxdu? Kimdi indi ürəyi sayan? Kimdi ürəyi hesaba alan?

– Mən sənə demişəm də, onun meyli Saday bəyədi…

İbrahim xan daha da hirsləndi:

– Qoşunbaşı Saday bəy bir əlindəki qılıncla İranın başını kəsəcək, o biri əlindəki qılıncla da Rusiyanın başını üzəcək!? Hə?! Tərəkəməoğlu Saday bəy lap Teymurləng olsun, üç min qoşun ilə Qarabağı rusdan necə qorusun?! Fətəli şahdan necə qorusun?!

Tuba xanım:

– Deməli, Ağabəyim Ağanı zorla Tehrana göndərəcəksən?

Araya sükut çökdü.

Və o sükutdan sonra İbrahim xanın cavabı belə oldu:

– Sən elə bilirsən mənim ürəyim daşdandı?

Tuba xanım:

– Yox, mən elə bilmirəm…– dedi.

İbrahim xan:

– Ağabəyimlə özüm danışacağam,– deyib otaqdan çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, VI

Bütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə qayasının sıldırım zirvəsi aydın görünürdü.Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində Xəznə qayasının ağır, təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə də sehrli təsir bağışlayırdı.

6 min
İkinci hissə, VII

Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:

2 min
İkinci hissə, VIII

Topxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.

5 min
İkinci hissə, IX

Şahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı.Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə:

1 min

Poems by other poets