Bəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir.

Misal üçün, mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam.

Bəs nə üçün bu gün şahidi olduğum kiçicik bir hadisə mənim kefimi bu qədər açdı?

Yazıçılar İttifaqı ilə üzbəüz bağda gəzəndə kolluqda sərçələrin haray-həşirini eşitdim: bir sərçə dimdiyində sarı bir yarpaq tutmuşdu (bəlkə də yarpaq deyildi, nəsə başqa şey idi, mən qorxurdum ki, sərçələr hürküb uçar, yaxınlaşıb baxmırdım), ikinci sərçə isə yarpağın o biri ucundan tutub dartışdırırdı, birinci sərçənin dimdiyindən qoparmaq istəyirdi. Sərçələr həmin sarı yarpaq üstündə beləcə «mənim-sənin» mübarizəsi aparırdı. Birdən sərçələr lap hirsləndi, bir-birinin üstünə atıldı. Sarı yarpaq yüngülcə yerə düşdü və elə bil ki, bunu gözləyirmiş kimi, səhərdən bəri çiçəkləmiş ağ akasiya ağacının budağına qonub didişən sərçələrə baxan üçüncü sərçə pırıltı ilə budaqdan qopub, yerə düşmüş o sarı yarpağı dimdiyi ilə qapdı və eləcə pırıltı ilə də qalxıb ağacların arxasında yox oldu.

Didişən sərçələr bu gözlənilməz hadisədən elə bil ki, özlərini itirdi, sonra bir-iki dəfə yerlərində hoppanıb düşdü və sonra da hərəsi bir tərəfə uçub getdi.

Məni gülmək tutdu.

Bağdan ötüb-keçənlər yəqin fikirləşdi ki, bu niyə kolluğa baxa-baxa öz-özünə gülür?

13 may 1982.

Bakı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XIV fəsil

Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı.Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü.

6 min
XV fəsil

Gündüz Kərimbəyli kabinetə girəndə prokuror Dadaşlı oturduğu yerdə altdan-yuxarı ona baxıb bic-bic gülümsədi və təbii ki, bizimlə birlikdə mühüm işlər müstəntiqi bu baxışlarda nəsə təzə bir xəbər oxudu; həm də xeyir xəbər, çünki prokuror Dadaşlının ətli sifəti bu saat açıq-aşkar xeyir xəbərdən dəm vururdu.Dadaşlı qarşısında oturmuş kiçik leytenant Həsənzadəyə işarə edib:

2 min
XVI fəsil

Hava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı pəncərələri qarşısında lap aydın görünürdü; bu çiskin deyirdi ki, bir azdan sulu qar yenə vay verəcək.Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlaya-addımlaya soruşdu:

7 min
XVII fəsil

Rayon prokurorluğunun bircə pəncərədən başqa, qalan bütün pəncərələrinin işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu – mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor Cabbarov.Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı.

1 min

Poems by other poets