İşıqlar hər yerdə çoxdan keçibdir
İşıqlar hər yerdə çoxdan keçibdir,Bir sənin işığın sönməmiş, şair!Çovğunlar rəqsində itmiş bir adamSənin yandırdığın işığa gəlir.Bilmir ki, ulduzsan,ya bir xəyalsan.Amandır,amandır,yan- deyir sənə.Sənin misraların yoludur onun.Bu yoldan çıxmadan gəlir evinə.Misran qırılmasın!Könlün sönməsin!Axı, pənahısan azmış bir kəsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-isiqlar-her-yerde-coxdan-kecibdir
Use ← → keys to move, R for a random poem