Nə üçünsə yadımaBir bulaq düşdü bu dəm.Mən bir bulaq görmüşəm.Əslində görməmişəm,Çox baxdım dibindəkiƏlvan daşa, yosuna.Dostum dedi: - Nə batdınyenə şeir yasına?İç... yu da əl-üzünü...Gözəl sudur bu su, yu.Donub qalmışdım ancaq.Elə şəffafdır bulaq,Görünməyirdi suyu.Hər dürlü, hər qanadlıQəlbi yarıtmalıyıq.Bu saf suya bənzəyənHava yaratmalıyıq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets