Buludlar
Nə sərhəd bilirsiniz,Nə qış, nə yay, buludlar!Uçursunuz hər yerə,Uzaq kəndə, şəhərəHalay-halay, buludlar!Fəqət qalmayırsınızBir görkəmdə, bir üzdə.Səfləriniz pozulur,Dönüb tanınmaz olurDağda, dərədə, düzdə.
Neçə şəklə düşdünüzYetincə bir mənzilə.Ey buludlar, çünki sizMəqsədimdə, sözümdəDaim belədən-belə.
Mən sizintək qanadlı,Səyyar olmaq istərəm.Lakin hər vaxt özüm dəMəqsədimə, sözümdəSabit qalmaq istərəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-buludlar
Use ← → keys to move, R for a random poem