Çəkir xəyalımı, çəkir fikrimiQədim yunanların əfsanələri.Həmin əfsanələr ulduzlar kimiQeyb olur, görünür illərdən bəri.

Burulğana düşən talaşa kimiBatır bu tərəfdə, çıxır o yanda.Hələ neçəsi də tamaşa kimiGah səhnədə dinir, gah da ekranda.

Əsrlər dalından ucalır səsi,Bircə yol eşitsə hər kəs — bəsidir.Qədim yunanların daş əfsanəsiElə lap bu gün də ibrət dərsidir.

El yolu üstünə düşən bir daşaNeçəsi toxunub, yıxılıb yerə.Neçəsi kənardan edir tamaşa,Baxır yerə dəyib əzilənlərə.

Kiminin sıyrılır dizi, dirsəyi,Kiminin qanayır ayağı, başı.Kəndin nə cavanı, nə ağbirçəyiGötürüb atmayır kənara daşı.

Hamı da deyinir:– Belə iş olar,Kim atıb bu daşı yolun üstünə?Köməyə çatmayıb bu giley-güzar,İnsanlar toqquşub yıxılır yenə.

İnsanlar yıxılır...Zaman keçirdi,Artırdı yıxılan, qol-qıçı sınan.O yoldan bir qərib insan keçirdi, —Bu canlı lövhəni gördü nagəhan.

O giley etmədi. Qol çirməyərəkSürüdü sal daşı yoldan kənara.El yolu göründü ovuc içitək.Sonra o, üz tutdu dayananlara.

Söylədi: — Heyrətə düşdünüz niyə?Durub baxırdınız daşa qatarla.Qalxmaz ortalıqdan heç bir maneəSözlə, yalvarışla, giley-güzarla.

Gərək çirməyəsiz qollarınızı —Uşaq da, böyük də, qız da, qarı da.O zaman daş nədir, yollarınızıKəsəmməz Olimpin allahları da!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets