Güllər açır — sənindir,Ətir saçır — sənindir,Mənə nə qaldı?

Şimşək çaxır – sənindir.Yağış yağır — sənindir,Mənə nə qaldı?

Xəzər coşur — sənindir,Nəğmə qoşur — sənindir,Mənə nə qaldı?

Əsən külək – sənindir,Sevən ürək – sənindir,Mənə nə qaldı?

Gələn bahar — sənindir,Nə var, nə var — sənindir,Mənə nə qaldı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring