Kədər nəğməsi
Sənsiz səhərə çıxdım,Səhər o deyil!Sənsiz şəhərə çıxdım,Şəhər o deyil!
Gül-çiçək tabaq-tabaq,Dər, qoxla, sinənə tax,Mənim gözümdə ancaqGüllər o deyil.
Ulduz dolu gecələrDəyişibdir nə qədər.Gəzdiyimiz küçələr,Yerlər o deyil.
Sənsiz meşə o deyil,Tər bənövşə o deyil,Sevinc, nəşə o deyil,Kədər o deyil!
Baxdım, günəşə, ayaHər şey dəyişib guya.Söylə, bu qoca dünyaMəgər o deyil?!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-keder-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Araz, Astaraçay axır lal kimi,Onlara çatmırmı sözlərim mənim?
BütövlükYarımçıq bir havanı oxumaq istəyirəm,İstəyirəm yarımçıq bir badəni içəm mən.
Dörd əməliyyatUşaq əldə əlvan şara, göydə uçan qartalaBaxıb həsəd çəkən kimi mənə həsəd çəkirsən.
VurulmuşamVURULMUŞAM ürəyimdən – belə vurğu gözəldir.Qabaq-qənşər dayanmısan, tanıyırsan düşməni.
Poems by other poets · Nature and spring
Səfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Nəsimi bazarındaÇeçen aullarında*Xalq torpaq vayındadır,
HasiyəVərdişin təsiri gör nə böyükdür.Hələ də gül, bülbül,