Robot. Robot!
Bəzən də mən robot olmaq istəyirəmHissiz, qəlbsiz, həyəcansız...Alçaqlıqdan qisas almaq istəyirəmMən insanam – aktyoram.Vaxt olur ki, qəlbim yanır düşmənə də.Robot, robot!Axı insan qəlbi vardır bu sinədə,Sənin isə canın metal,Hissin donuq,Ürəyində yox həsb-hal,Həyəcanın buztək soyuq.Robot, bəzən tərk eləyib bu səhnəni,Mən sən olmaq istəyirəm.Adam var ki, parçalasan “uf” deməzsən,Onun üçün fərqi yoxdur –Cırıq beşlik, ya da vətən,Bu xislətlə bəlkə təkdir,DüşünürsənXəstə diştək onu çəkdir.Ah, lənətə gəlmiş ürək.Qoy yaşasın deyir, bəlkə düzələcək.Robot, robot!Mən birini tanıyıram,Onu görcək qövr eləyir köhnə yaram.Döyüş vaxtı mərdlər hərbə gedən zamanO arxada qalıb dövlət toplayırdı.Neçə-neçə yetim qovdu qapısından,Neçə-neçə ürək qırdı.Robot, robot!O bu gün də işindədir.Soruşursan işi nədir?Mənzilinə hədiyyətəkRoyal gəlir, xalça gəlir, xalı gəlir,O rədd etmir, dalı gəlir.
Özü buna rüşvət demir –“Hədiyyədir”.Mən rast gəldim ona dünən.Nifrətimi oxuyurdu gözlərimdən.O ərk ilə çiynimə bir əl də vurdu.Gülümsəyib söylədi ki, səndə vardır dəvə kini,Yeyər səni qəlbindəki bu kin qurdu.Adam belə kinli olar?Düşünürəm ki, axı nədir dəvə kini? –Dəvə heç vaxt bağışlamır düşmənini,Bir aya da, bir ilə də, beş ilə dəQəzəbindən əksilməyir bir gilə də.Robot, robot!Mən sən olmaq istəyirəm –Soyuq qəlbli, dəvə kinli,Mən filin də qəzəbini fildən almaq istəyirəm.“Mən it kimi kəsərəm də qulağımı, quyruğumu”.Ki, bəd olum!Ki, sərt olum düşmənimə,Robot, robot!Bu lənətə gəlmiş ürəkQoy yaşasın deyir, bəlkə düzələcək.Robot, robot!İnsan qəlbi məhəbbətdən yoğrulubdur.Sən liberal demə ona.Dərddən, qəmdən bulanıbdır, durulubdur.Kabab olub insanlara yana-yana,Lakin gözü kor kimidir,Vaxt olur ki, bağışlayır rəzaləti.Robot, robot!Mən sən olmaq istəyirəmTərgitməkçün bu adəti!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-robot-robot
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sən çıx bu minbərdən doğrunu söylə,Yalvarma kimsəyə Tanrıdan başqa!
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Qatdım əsir zülfi-pərişanə könlümüQatdım əsir zülfi-pərişanə könlümü,Atırmasa o silsiliədən şanə könlümü.