Sən dedin: – Ay gözəldi!
Sən dedin: – Ay gözəldi!Qəmər xoşuna gəldi...Mən dedim: – Ay da gözəl,Sıx bulud da, sevgilim!
Sən dedin: – Nəğmə xoşdur,Sükut göy kimi boşdur.Mən dedim: – Nəğmə də xoş,Lal sükut da, sevgilim!
Sən də doğru söylədin,Mən də düz dedim, fəqət,Hər qəlbdə başqa cürəDilə gəldi məhəbbət.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-sen-dedin-ay-gozeldi
Use ← → keys to move, R for a random poem