Sıx buludlar saçaq-saçaq,Yağış səni isladacaq,Gəlmə, gülüm, gəlmə, gülüm,Bu yandan da külək əsdi,Dilə tutma məni, bəsdi,Gəlmə, gülüm, gəlmə, gülüm.

Düzdür, sənsiz darıxıram,Yollarına hey baxıram,Ancaq gəlmə, islanarsan.

Sənə gəlmə deyə-deyəDikilibdir gözüm göyə,Ah, bu yağış, ah, bu leysan!

Əgər gəlsən, deyirəm mən,Bu yağışdan, bu küləkdənQoruyarmı səni çətir?Dilim deyir: gəlmə, gəlmə,Ürəyimi belə bilmə,O deyir: gəl, sevinc gətir!

Yox, yox, gəlmə, qadan alım,Başıaçıq, ayaqyalınMən yanına özüm gəlləm.Özüm gəlləm, əssin külək.Yağış yağsın sellənərək.Lap daşqına düşsün aləm.

Gəlmə, gəlmə... Elə bu anKimsə girir astanadan,Paltarı su, saçları su,Tanıyıram gələni mən.Bir cüt odlu gözlərindənGörürəm kim olduğunu.– Qadan alım, niyə gəldin?Həsrətimi nədən bildin?Deməli sən beləsənmiş?!Hər tərəf su, sən bir ada,Necə gəldin bu havada?Sən məndən də dəlisənmiş!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring