Page 1 of 2

Gecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.

Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:

– Kimdi?

Çöldəki adam, görünür, ayağının birini götürüb o birini qoyurdu — şaxtadan donub bərkimiş qar xırıldadı və Bəbir ehtiyatla deyilmiş bu sözləri eşitdi:

– Mənəm, Bəbir can, Mir Əkbərəm...

Bəbirin ürəyi bərk-bərk çırpındı və o, pəncərənin pərdəsini nə vaxt çəkib çölə, qaranlıqa baxdığını bilmədi — ancaq şüşələr şaxtadan naxışlanmışdı, qara kölgədən başqa heç nə görə bilmədi. Tez qapıya qaçdı, pencəyi çiyninə salmağı belə unudaraq həyətə çıxdı, kiçik darvaza qapısını açıb qarşısında... ortaboylu, balapuşunun yaxasını qaldırmış, iri, alınlı, qalınqaşlı adamı görcək tanıdı.

– Bəbir can!

– Miri, Mir Əkbər!

Onlar elə darvaza ağzında bir-birini qucaqladılar. həsrətləri «Bəbir can!», «Miri, Mir Əkbər!» — sözlərində ifadə olunmuşdu elə bil.

...Mir Əkbər Bəbirnn ən ağır, çətin günlərinin dostu idi. Qəlbi təmiz, məkrin, hiylənin nə olduğunu ancaq kitablarda oxuyan Mir Əkbər uzaq Puştu kəndlərinin birində anadan olmuşdu, ağlı söz kəsəndən qəryələrində, sonra Paktiyanın mərkəzi sayılan Kərdiz şəhərində saysız-hesabsız zülmlər, haqsızlıqlar görmüşdü və bunlar onun cavan, bərkə-boşa düşməmiş ürəyində dövlət məmurlarına, qəryədarlara, hakimlərə qarşı sonsuz bir nifrət oyatmışdı. O, adi kəndli, adi əmələ olmaq istəmirdi, o, lap uşaqlıqdan — hərbi geyimli bir zabit gördüyü gündən hərbçi olmaq arzusu ilə yaşamışdı və bu arzu onu hərbi litseyə çəkib gətirmişdi, çalışqanlığı, istedadı sayəsində oranı bitirən kimi hərbi Puhənzəyə daxil olmuşdu. Orada qabaqcıl fikirli gənc zabitlərlə tezliklə qaynayıb-qarışmış, Kabilin ictimai həyatında fəal iştirak etməyə başlamış, Kabil Puhəntununun tələbələrinin rejim əleyhinə yönəlmiş qeyri-mütəşəkkil çıxışlarında iştirak etmişdi. O, yaxşı natiq idi, danışanda ucadan, aydın, sərrast danışırdı — məntiqi çox güclü idi. O zaman çox cavan olan Mir Əkbər irticanın necə də qorxulu olduğunu, min bir hiylə ilə danışan dilləri susdurduğunu, dörd divar arasına salıb illərlə məhbus saxladığını eşitmişdi, ancaq görməmişdi.

Və bilirdi ki, elə onun dərs oxuduğu məktəbin divarları arasında istixbaratın satqın xəfiyyələri var, onun hər addımını izləyir, yazır, lazımi yerinə çatdırırlar.

qardaşlarının yasını saxladı — doyunca ağlayıb ürəyini boşaltdı. Onların ölümünə bir oğul kimi təəssüflənsə də, özünü günahkar saymadı — necə deyərlər, canını dişinə tutub dörd divar arasında yaşadı; o, həmin bu ağır günlərində həbsxana yoldaşlarının təsəllisini, qayğıkeşliyni, maddi və mənəvi dayaq olduqlarını görüb təskinlik tapdı. O, dostlarından ən çox qəlbi yanan, onun dərdini öz dərdi hesab edən bir nəfər Mir Əkbərin ürəyində, həyatında, yaddaşında ömürlük qaldı. Bu, Bəbir Karmənd idi. O da xeyli vardı həbs olunmuşdu. Bəbir Mir Əkbərin o ağır müsibətini öz söhbətləri, ağıllı və dərin mühakimələri, insan cəmiyyət, təbiət haqqında maraqlı mülahizələri ilə hiss olunacaq dərəcədə yüngülləşdirdi. O ağır dərd demək olar ki, onları qardaşlaşdırdı, doğmalaşdırdı. Bəbir onu, imkanı daxilində, pulsuz, yeməksiz qoymadı. Evdən nə gəldisə, qardaş kimi, yarı bölüb yedilər və bir-birinə dayaq oldular. Hətta əllərinə düşən kitabları da ruznamələri də yarı bölüb mütaliə edirdilər. Mir Əkbər yaxşı ingilis dili bilirdi. Başqa dustaqlardan və nəzarətçilərdən gizli söz-söhbətləri olanda onlar ingiliscə danışırdılar.

Həbsxanada Mir Əkbər çox şeyi başa düşdü. Sən demə, mübarizə özü də mükəmməl bir elm imiş, onun da sirrləri, üsulları, taktikası varmış: mübarizədə, xüsusilə sinfi mübarizədə, ədalətlə haqsızlığın, zənginliklə yoxsulluğun qanlı-qadalı dönüşündə «babam mənə kor dedi, hər yetəni vur dedi» fəlsəfəsi yaramaz; burada ağıl, tədbir, birlik, nəzəri silah, ən ümdəsi, xalqın ürəyinə yol tapmaq, düşmənin zəif və həssas yerini bilmək, məqam seçmək və s. və s. hikmətlər varmış ki, Mir Əkbər bunları bilmirmiş. Bəbir hər gün, hər həftə, imkan düşdükcə bu məsələlər barəsində söhbətlər aparırdı. Bəbir onun üçün bu dörd divar arasında əməlli-başlı bir məktəb, bir müəllim oldu və Mir Əkbər Bəbirə bir ustad kimi baxmağa başladı. Bəbir həbsxanadan özü üçün təkcə dost, qardaş yox, həm də bir məslək sirdaşı, mübarizə yoldaşı tapdığına çox sevindi. Bu dostluq Mir Əkbər altı il üç ay mühakiməsiz yatdığı həbsxanadan çıxandan sonra da kəsilmədi, davam etdi, möhkəmləndi.

O, azad olunanda Daxili İşlər Nazirliyinə ərizə yazıb hərbi sistemdən tamamilə azad olunmağını xahiş etdisə də, bu, nəticə vermədi. İstəyinin əksinə olaraq, tam ciddi bir hiylə işlədərək xətərli bir ünsür kimi həmişə göz qabağında, nəzarət altında saxlamaq, fəaliyyətini məhdudlaşdırmaq məqsədilə Daxili İşlər Nazirliyi onu rütbəsini bərpa etmək şərtilə jandarm və polis idarəsinə işə götürdü. Orada Mir Əkbər düz on il işlədi — zabitlərə ingilis dilindən dərs deyirdi. Heç vaxt yüksək vəzifə vermədilər ona. Bu uzun illəri böyük sıxıntı, kədər içində yola salan Mir Əkbərin qazandığı ən yüksək rütbə — turən rütbəsi oldu, vəssalam-

Komandanlığın, yüksək rütbəli sahibmənsəblərin ona şübhə ilə, inamsızlıqla, bəzən təhqirəbənzər etimadsızlıqla baxmaqlarından başqa bu on ildə heç bir fərəh hiss eləmədi. Daim nəzarət altında olduğundan o, yaman gününün dostu, ustadı saydığı Bəbirlə də çox gec-gec, böyük çətinliklə görüşür, dərdləşirdi. Əynindəki paltar onu sanki sıxırdı — nədənsə onu gecəykən hərbi geyimli şəxslər həbsxanaya aparan vaxtdan onda bu formaya qarşı kəskin bir nifrət oyanmışdı. Mir Əkbərə elə gəlmişdi ki, bu libası geyən adamlar xalqın dostu yox, düşmənidir, onun əl-qolunu bağlayan, arzusunu boğan bir dəstədir bu adamlar. O, sonrakı illərdə Kabildə işlərkən çox adamların bu libası geyənlərdən qorxduğunu, çəkindiyini, hətta onlara gizli bir nifrətlə baxdığını dəfələrlə görmüşdü. O libas, o geyim sanki camaatla hökumət, dövlət, heyəte-hakimə arasında zahirən çox yumşaq və yüngül, əslində isə çox möhkəm bir sədd idi. Hər səhər yerindən qalxarkən geyinəndə, axşamlar yatağına girərkən soyunanda bu fikir istər-istəməz yadına düşürdü və özünə nifrət eləyirdi — bu paltarın əlində aciz qaldığına, onu çıxarıb insan kimi rahat yaşamaq haqqını ala bilmədiyinə görə yanıb-yaxılırdı və təəssüflə köks ötürürdü. Həqiqətən bu libas sanki onun bədəninə yapışmışdı — heç cür çıxarıb ata bilmirdi. Daha doğrusu, qoymurdular. Dəfələrlə istefa ərizəsi yazmışdı, Daxili işlər nazirinə də, hərbi nazirə də... ancaq hər dəfə rədd cavabı vermişdilər.

Mir Əkbərin qəlbi, Bəbir kimi nisbətən azad fəaliyyət üçün çırpınırdı. Və o, bəzən özünü saxlaya bilməyib, hətta jandarm və polis baş idarəsinin iclaslarında kəskin çıxışlar edirdi. Həqiqəti deyirdi, həqiqəti gözəl deyirdi və bu çıxışlar «libas məngənəsində»

sıxılan bir çoxlarının ürəyindən tikan çıxarırdı, bir çox yatanları ayıldırdı. Getdikcə Mir Əkbərin nüfuzu polis və jandarm nəfərlərinin arasında artırdı, hasarlar, bağlı qapılar arasından çıxıb şəhərə yayılırdı bu şöhrət. Bəbir ona onsuz da az olan görüşlərində ehtiyatlı olmağı tapşıranda o, əsəbi halda:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

Zərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.

10 min
Birinci hissə, dördüncü fəsil

Nəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.

9 min
Birinci hissə, beşinci fəsil

Əbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:

4 min
Birinci hissə, altıncı fəsil

Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:

14 min

Poems by other poets