Page 15 of 16 · 88%

Qaçmaq. Nəyin bahasına olursa-olsun, qaçmaq. Mən üzə bilmirdim: dənizə atandan sonra mənim oradan üzüb çıxmaq imkanım olmayacaqdı və ümumiyyətlə, bu, mümkün olan şey idimi? Bayaqdan hiss eləmişdim ki, döngələrdə maşının sürəti azalır və mən elə bir məqam seçməliydim ki, özümü yerə ata bilim. Üstümə atılmış meyidlərin arasından bir təhər dartınıb çıxdım. Ya nəsib, ya qismət. Görsələr öldürəcəklər, görməsələr… bəlkə xilas oldum. Yenə o nagahani səsi eşitdim: «Hə, qızım. Məqamdır. Atıl maşından».

Elə bil mənə güc gəldi, ayağımın ağrısını da unutdum. Qalxıb maşın hansı döngədəsə yavaşıyanda özümü bir təhər maşından yerə atdım, üzü üstə düşüb qalmadım: yel ⎯ maşının yeli məni xeyli asfalt üstündə sürüdü. Şükr Allaha, küçədə heç kəs yoxdu. Şükr Allaha, məni kimsə görmədi. Və maşın o biri döngədən keçib görünməz olanda mən bir təhər ayağa qalxıb axsaya-axsaya seyrək ağaclı bir bağa girdim. Sonralar başa düşdüm ki, o bağ «İyirmi altılar» bağıymış.

Leyla bura çatanda susdu, sanki danışmaqdan yorulmuşdu: gözlərini yumub elə bil yatdı bir anın içində. Doğrudanmı yatmışdı, ya xəyala dalmışdımı ⎯ Aslan bunu müəyyən edə bilmirdi. Onun yorğun, əzablar yazılmış sifətinə, ucları az qala yanaqlarını öpən uzun kipriklərinə, asta-asta enib-qalxan sinə-sinə tamaşa elədi.

Leyla gözlərini açıb fikirli-fikirli yuxudan ayılmış adam kimi:

⎯ Bəli, Aslan bəy. ⎯ dedi. ⎯ O gecə o günahsız qırılmış, gülləbaran edilmiş o adamları ⎯ neçə nəfər idi, Allah bilir ⎯ aparıb dənizə tökdülər və onların ⎯ heç vaxt qəbirləri olmayacaq, el adətincə dəfn olunmayan o adamlar bizim ilk şəhidlərimizdi. Dünyanın heç yerində dəniz qəbristanlığı yoxdu, amma bizim dənizimiz də qəbristanlıqdı, aman Allah!

⎯ Hə, ⎯ söylədi Aslan. ⎯ Bilirəm, Leyla xanım. Ancaq bu hadisələrin, bu danışdıqlarının sənə vergi verilməsi ilə nə əlaqəsi olduğunu yenə başa düşə bilmədim. O kişi sonra yenə sənin yanına gəldimi, Leyla xanım?

⎯ Hansı kişi?

⎯ O da… Sənə məsləhət verən kişini deyirəm.

Leyla baxışlarını ondan ayırıb kənara ⎯ sağ tərəfə baxdı və sakit bir səslə cavab verdi:

⎯ O elə indi də burdadı, bəy.

Aslan üşürgələndi, vücudundan soyuq bir gizilti keçdi, səksəkə içində ətrafa baxındı, kimsəni görməyib çaşqın halda çiyinlərini çəkdi:

⎯ Heç nə başa düşə bilmirəm. Əgər burdadısa, hanı bəs?

⎯ O burdadı. Ancaq sən onu görə bilməzsən, Aslan. O hər adamın gözünə görünməz.

⎯ Sən məni lap qorxudursan, Leyla xanım.

⎯ Yox, qorxma. Sən onu görməsən də, tanımasan da, o, səni yaxşı tanıyır: sənin keçmişini də, indini də, gələcəyini də çox gözəl bilir. Ona görə qorxmağına dəyməz.

Araya yenə hövsələ daraldan bir sükut çökdü. Aslanın qəlbi sıxıldı, nə edəcəyini, durduğu yerdə işə düşmüş adam kimi nə deyəcəyini bilməyərək qalxıb təzədən çaydanı elektrik pilətəsinin üstünə qoydu, siqaretini götürüb yandırdı və eyvana çıxdı. Leyla onun dalınca baxıb: «Getdi mənə uduzduğu pulları gətirsin. Eybi yox, qoy gətirsin» ⎯ deyə düşündü.

Çaydan cızıldamağa başlayanda Aslan damağında siqaret geri qayıtdı: Leylaya baxıb qımışdı, çiyninə saldığı pencəyinin yan cibindən nəsə çıxara-çıxara ona doğru gəldi: nədisə, qəzetə bükülmüşdü, gülə-gülə soruşdu:

⎯ Vallah, yoxlamaq üçün xəbər almıram ha, Leyla xanım. Elə-belə, interes üçün xəbər alıram. Bu nədi, Leyla xanım?

Leyla xanım gülümsündü:

⎯ Puldu, Aslan. Uduzduğun on min manatdı.

⎯ Yaxşı, de görüm neçəlikdi bu pullar?

⎯ Yüzlüklərdi, Aslan.

⎯ Düzdü, hamısı yüzlükdü. ⎯ Aslan bir az heyrət, bir az sevinc içində, həm də özünün sözünə düz olduğunu nümayiş etdirdiyini gizləməyərək qəzeti cırıb kənara atdı, rezin halqanın içinə salınmış pul bəndürümünü ərklə Leylanın dizlərinin üstünə tulladı. Leyla pula gözünün ucuyla da baxmadı, sakit, lakin amiranə bir tərzdə dedi:

⎯ Gəl götür bu pulları, Aslan.

⎯ Niyə? ⎯ Aslanın qaşları alnının ortasına qalxdı.

⎯ Əvvəl gəl götür. Gəl, gəl.

Aslan bir anlığa susub onun üzünə diqqət yetirdi, bu sözləri ciddiyyətlə söylədiyini yəqin edib irəli gələrək əyilib pulu dizinin üstündən götürdü:

⎯ Axı… axı mən sənə uduzmuşam, Leyla xanım. Niyə qaytarırsan?

⎯ Yox, qaytarmıram, Aslan. O pullar indi artıq mənimdi.

⎯ Bə onda mənə niyə verirsən bunları?

⎯ Sənə vermirəm. O pulları birinci gün şəhərə gedəndə özünlə apararsan, gedərsən bir baş Müdafiə Nazirliyinə, özün də getməsən ⎯ bilirəm özün getməyəcəksən ⎯ bir adamdan göndərərsən, mənim adımdan fonda keçirsin, kağızını da alıb gətirərsən mənə. Yaxşımı?

⎯ Yax…şı.

⎯ Sənin özünə qalsa, o fonda bir qara qəpik də verən deyilsən. Halbuki bu pullar elə xalqındı, amma siz xalqın cibindən oğurladığınız bu milyonların bir manatını da onun dar günündə xərcləməyə qıymırsız. Tək sən belə deyilsən, sənin tayların da, ətrafında olanlar da belədi, bəy. Qıyımsızsınız hamınız. Ona görə də bu pullar sizin özünüzə qismət olmayacaq.

⎯ Mən deyirdim bu pulu sən götürərsən, özünə pal-paltar alarsan. Qabaqdan əli qılınclı qış gəlir. Əynin-başın yuxadı. Sən isə deyirsən apar ver müdafiə fonduna. Elə bilirsən Müdafiə fondunun pulu azdı? Xalq milyardlar verir o fonda.

⎯ Xalq verir, amma siz vermirsiz, bəy. Çox adam tanıyıram ki, kasıbdı, özünün, uşağının boğazından, əynindən kəsir, aparır verir fonda, təki o əclaf ermənilərin belini tez qırsınlar, qələbə tez gəlsin.

Aslan qımışdı:

⎯ Sən elə bilirsən qələbə tez gələcək? Yox, Leyla xanım. Bu xəmir hələ çox su aparacaq. Bizim camaatın avamlığı məni dəli eləyir, vallah. Siz elə bilirsiz bu erməni-müsəlman davasıdı? Yox, Leyla xanım. Burda məsələ daha dərindi. Erməni kimdi? Erməninin dalında dayanan qüvvələr var: onu silahnan, valyutaynan təmin edənlər var.

⎯ Onlara da kömək eləyən sizin kimi adamlarımız var bizim. Bəs bunu niyə demirsən? Xalq onu da bilir, bunu da bilir. Sən bu camaatı nahaq avam hesab eləyirsən, bəy.

⎯ Nə isə, bu, uzun söhbətdi və onu biz ⎯ sən və mən həll edən deyilik, Leyla xanım. ⎯ O, əlindəki pullara baxdı: ⎯ Bəlkə bunu qoyasan cibinə, Leyla xanım. Xərclərsən. Müdafiə fondu sənin on min manatınsız da keçinər.

⎯ Yox, yox. Aparacaqsan, Aslan. Mən onu da bilirəm ki, orda da sizin kimi tamah dişi Əlinin qılıncından da iti olan adamlar oturublar, o pulları oğurluyurlar, yeyirlər. Ancaq ona da inan ki, xalqın boğazından kəsib verdiyi o pulları yeyənlər qan qusacaqlar, hamısı burunlarından gələcək. Vallah, gələcək. Xalqa olunan zülm heç vaxt yerdə qalmayıb, bu zülm də yerdə qalmayacaq. Bir gün ifşa olunacaqlar və camaat onların murdar üzünə tüpürəcəklər. Sən buna öz varlığın kimi inan.

O ki, qaldı mənim əyin-başıma, buna diqqət yetirdiyin üçün çox sağ ol, Aslan. Bir təhər keçinərəm.

⎯ Səndə ki, bu qabiliyyət, bu istedad var, başqası sənin yerinə olsaydı, indi çoxdan milyoner olmuşdu. Sən niyə bundan istifadə eləmirsən axı.

⎯ Deyirsən yəni mən də başqaları kimi falçılıq eləyim, camaatın inamından istifadə edib pul qazanım, hə?

⎯ Hə də. İndi belələri çoxdu, Leyla xanım. Mən sınamışam, adamlar göndərmişəm o adları çıxmış falçıların yanına, baxsınlar, mənə düz bir söz desinlər. Amma nəticəsi-zadı olmayıb. Hamısı yalan danışır. Pulu alırlar, ancaq yalan danışırlar. Sənsə yalan demirsən, Leyla. Bayaqdan ⎯ biz tanış olandan bəri yoxlamışam, nə deyibsən, başdan-ayağa düz çıxır. Ona görə sənə halaldı.

⎯ Yox, bəy. Mən elə ola bilmərəm.

⎯ Niyə axı?

⎯ Onunçun ki, mənim elə etməyə ixtiyarım yoxdu, bəy. Mən falçı-zad deyiləm. Mən mövlamın, qurbanı olduğumun ⎯ o gözəgörünməz kişinin sözlərini deyirəm. Nə artıq, nə əskik. O nə deyir, mən də elə eləyirəm. O deməsə, mən heç nə deyə bilmərəm.

⎯ Deməli, o gecə sənə bu vergi verildi, hə? Ondan qabaq səndə belə şey yox idi: heç nə hiss eləmirdin, eləmi?

⎯ Hə, ilk dəfə onda aşkar onun səsini eşitdim. Ona qədər ürəyimə damırdı ki, filan iş filan cürdü, filan şey də filan yerdədi. Hardan axıb dolurdu bu fikir ürəyimə, beynimə, bilmirdim. Ancaq o gecə ⎯ o dəhşətli gecə o qurban olduğumun səsini aydın eşitdim.

⎯ Ancaq səsini eşidirsən? Üzünü görmürsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 min
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 min
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 min
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 min

Poems by other poets