Birinci hissə, on üçüncü fəsil
Hava sərin idi. Yaşıl ağacların yarpaqları xəfif-xəfif pıçıldaşırdı. Böyük şairin hündür pyedestal üzərində qoyulmuş heykəli uzun yol gəlib yorulmuş və daşın üstündə oturub fikrə getmiş bir adama oxşayırdı.
Ağ papaqlı, ağ paltarlı bir dəstə uşaq heykəlin o tərəfində, kölgəlikdə oynayırdı.
Onlar əl-ələ verib «Dərsə gedən bir uşaq» mahnısını oxuyurdular. Elə bil, şair bu gözəl mahnını dinləmək üçün oturmuşdu, uşaqlar oxuyub qurtaran kimi o durub yoluna davam edəcəkdi, əbədiyyətə gedən yoluna...
Oturacaqda oturmuş Orxanın fikri şairin keçirdiyi ağır günlərdə, illərdə dolanır və o, ürəyində deyirdi. «Sən xoşbəxt olsaydın, belə böyük şair olmazdın. Böyük dərdin səni böyük şair elədi!..»
Bu vaxt:
– Salam, Orxan, — deyə zərif səs onu fikirdən ayırdı. Bu, Gülmirə idi. Qırmızı qırçınlı donunu geymiş, belinə bağladığı ilan başlı nazik kəmər vücudunu incəsindən sanki iki yerə bölmüşdü. Qırağı ağ haşiyəli gün eynəyi onun qəşəng gözlərini gizlətmişdisə də, sifətinə çox yaraşırdı.
– Deyəsən, dincəlirsən.
– Hə, tənəffüsə çıxmışdım. Bağ sərindi. Oturdum. Orxan nəzərlərini Gülmirənin eynəyinə zilləyib ciddi bir tövrlə:
– Səndən bir xahiş eləsəm, yerinə yetirərsən? — dedi.
Gülmirə iki qədəm irəli yeridi:
– Buyur, Orxan.
Orxan sözünün pis qarşılanacağından ehtiyat edirmiş kimi, titrək səslə:
– Bu eynəyi çıxart, Gülmirə! — dedi. Onun xahişinin tamamilə ciddi olacağını güman edən Gülmirə gülümsünərək:
– Necə məgər, pisdir? — deyə əlini eynəyinə uzadanda Orxan:
– Yox, pis deyil, sənə də yaxşı yaraşır. — dedi. — Ancaq mənim səbrim çatmır... Sən məni görürsən, amma mən sənin gözlərini görə bilmirəm.
Gülmirə eynəyini çıxarıb ala gözləri ilə Orxana mehriban-mehriban baxdı:
– Demək, səninlə danışanda eynəyi çıxarım deyirsən, hə?
– Əgər mümkünsə...
Gülmirə Orxana daha bir söz demədi, ancaq eynəyi qaytarıb gözünə taxmadı.
Sözləri tükənmiş təki dinmədilər. Orxan nəzərlərini ondan çəkmədən baxır, Gülmirə isə başını aşağı salıb eynəyinin dəstəyini qurdalayırdı. Bu, çox davam etmədi, cəmi iki-üç saniyə çəkdi.
Birdən Orxan oturacaq tamam boş olsa da, Gülmirəyə yer verirmiş təki, azca kənara çəkildi:
– Otur Gülmirə, səninlə söhbətim var.
Gülmirə bayaqdan bu təklifə bənd imiş kimi, özgə yerdə yox, məhz Orxanın göstərdiyi yerdə əyləşdi. Ayağının birini irəli uzadıb, o birini taxta oturacarın altında gizlədi. «Səninlə söhbətim var». Bu sözləri eşidəndə Gülmirə ürəyində gizli bir qorxu duyub özünü itirən kimi oldu: «Birdən Orxan mənə bəslədiyi duyğulardan söhbət açsa... onda necə hərəkət etmək?» Ancaq bu hiss çox tez sovuşub keçdi. Məqalə yadına düşdü və bu, onun bütün fikrinə hakim kəsildi. Peşman olmuşdu, məqaləni Orxana verdiyinə peşman olmuşdu... Qəribə idi, yazısını Orxana verəndən sonra bir daha dərk eləmişdi ki, boş bir şey yazıb. Odur ki, bayaqdan ürək eləyib Orxandan məqaləni soruşmaq belə istəmirdi: «Yox, nahaq üzə çıxartdım, Orxan kimi tələbkar, hələm-hələm bir şeyi bəyənməyən adama məqalə göstərməkdə səhv eləmişəm... Nə olaydı, itirəydi, o barədə heç danışıq belə olmayaydı...» Bu, zəifliyin, acizliyin səsi idi. Gülmirə onun tilsimini qıra bilmir, əl-ayağı bağlanmış təki, çalıxıb-çapalayırdı.
Ancaq başqa səs də vardı. O heç nə ilə hesablaşmaq istəmir, öz qanuni tələbini söyləyirdi. Bu səs professorun səsi idi. O, sakit, arxayın, bir az da amiranə tərzdə bu dəqiqə Gülmirənin qulaqlarında səslənirdi: «Vaxtdır, daha nəyi gözləyirsən? Yaz, qol çəkək, çap elətdirək...»
Orxan qıçını-qıçının üstünə aşırıb sağ əlini ürəyinin üstünə qoydu:
– Məqaləni oxumuşam, Gülmirə!..
– Doğrudan? —Gülmirə özü də hiss elədi ki, bu sualı çox süni və yersiz çıxdı. Qız bundan sıxıldı.
– Hə. Ancaq bilmirəm sənin tənqiddən xoşun gəlir, ya yox?
Gülmirə qızardı, zorla:
– Xoşum gəlməsə də, acığım da gəlməz, Orxan! — dedi. — Buyur eşidirəm.
Orxan nə üçünsə qımışa-qımışa ona baxıb susdu.
O qorxurdu ki, tənqidləri qıza pis təsir edər, ölçüb-biçirdi. Gülmirəyə isə bu qımışmaq toxundu:
«Lağ eləyir, mənə gülür», — deyə ürəyindən keçirdi. Ancaq buna inanmaq istəmədi. Nədənsə indiyə qədər həmişə ona elə gəlmişdi ki, Orxan heç vaxt, dünya dağılsa da, Gülmirənin ürəyinə dəyən söz deməz, xətrinə dəymək istəməz.
Orxan nə qədər götür-qoy elədisə, yenə sözləri sərt səsləndi:
– Açığı budur ki, xoşuma gəlmədi, Gülmirə. Çox qurudur. Soyuq və kasıb bir mühakimə ilə yazılıb. Düzdür, ara-sıra dəyərli dəlillər, faktlar verirsən, ancaq onları lazımınca açmırsan, vəzifəni bununla bitmiş hesab edirsən. Dili pisdir, Gülmirə, elə bil bu məqaləni Azərbaycan dilini sonradan öyrənmiş bir əcnəbi yazıb. Acığına gəlməsin, həqiqət belədir!..
Gülmirə yamanca pörtmüşdü. Qaşları çatılmış, alnı düyünlənmişdi. Onun pərtliyini gözləri hər şeydən əvvəl büruzə verdiyindən tez eynəyi taxdı; gözlərini gizlətmək üçün... Bu, Orxanın nəzərindən yayınmadı:
– Yenə eynək?.. — deyib o, ərklə əlini uzadaraq eynəyi çıxartdı.
Gülmirə Orxana baxmamağa çalışaraq:
– Mən bilirdim elə məqalə üzə çıxarılası deyil.
Professor istədi deyə məcbur oldum... Ayrı çarəm... — deyib udqundu.
Orxan gördü ki, Gülmirənin uşaq üzünə bənzər məsum sifətində həmişəki şadlıqdan, nikbinlikdən əsər belə qalmayıb. Gülmirə indi güclü sel, yaxud başqa dəhşətli fəlakət qarşısında tək dayanmış gücsüz, zəif bir insana oxşayırdı. İnsan gücsüzlüyünü, acizliyini hiss eləyəndə necə məyus olurmuş!..
Bu halda Orxanın ona yazığı gəldi. Gülmirə ağır yük altına girmişdi. Elmi işçi olmaq, alim adı daşımaq çoxlarının gözünü qamaşdırsa da az-çox elmin nə demək olduğunu bilən adamlar gərək bu yükün altına zorla girməsin; səbrin, savadın, enerjin varsa, gəl, yoxsa, nahaq əziyyət çəkib ömrünü-gününü havayı yelə vermə. Elm sənin gözünün işığını istəyir, verəcəksənsə, gəl! Elm sənin düz qamətini stol arxasında oturmaqdan əyəcək, razısansa, gəl! Ürəyin ağrıyacaq, dözəcəksənsə, gəl! Elm bəlkə səni əlində qələm, elə lap stol başında öldürəcək, qorxmursansa, gəl!
Bax, Gülmirə bu həqiqətləri bilməyə-bilməyə elm aləminə qədəm basıb. Bəs onun əri necə? Odamı bilmir?. Yaxşı, tutaq ki, o, təyyarəçidir, bunu lazımınca dərk eləmir. Bəs Salman Qurbanzadə? Gülmirə gəlib, indi geri qayıtmaq istəmir: «Öldü var, döndü yoxdur». Qəribə deyilmi?!
Orxan Gülmirənin «dərdinin» böyüklüyünü onun özündən çox duyurdu. O, Gülmirəni çox istəyirdi. Onun əlindən tutub özü ilə bərabər irəli apara bilərdi. Ancaq... axı... nə qədər, haçanacan?
İndi Gülmirənin çox sıxıldığını, ümüdsizləşdiyini görən Orxan yanındakı qəzetin arasına qoyduğu məqaləni ona sarı uzatdı. Gülmirə, bu dəqiqə elə pərt idi ki, bükülünü açıb məqaləsinə belə baxmaq istəmirdi. Kağızı lülələməyə başlayanda Orxan yenə qımışa-qımışa:
– Neyniyirsən? — deyə xəbər aldı.
– Nəyə lazımdır? Bunu da atacağam gedəcək, — Deyə Gülmirə məyusluq içində dilləndi.
– Yox, bir aç, bax...
Gülmirə qəzeti qorxa-qorxa açdı. Onun əlyazmasının səhifələri üzərində vurma işarəsi kimi xətt çəkilmişdi. Bir, iki, üç... bütün səhifələr belə...
– Lap utandım, Orxan, — deyə Gülmirə əli ilə üzünü tutdu, — pis yazı, pis əsər pis övlad kimi adamın başını aşağı eləyirmiş.
Vərəqlədi. Qəşəng, səliqə ilə yenidən yazılmış və sancaqlanmış vərəqləri görəndə əvvəlcə heç nə başa düşmədi. Elə bildi ki, Orxanın öz yazısıdır, hətta, istədi geri qaytarsın. Orxana baxanda yenə onun bayaqkı kimi qımışdığını gördü... Xətt Orxanındı. Məqalənin adını oxudu. Sərlövhədən yuxarı iri hərflərlə Gülmirənin adı, familiyası yazılmışdı. İndi o hər şeyi başa düşdü:
– Sən neyləmisən, Orxan? — deyə o birdən-birə ürəyinə axıb donmuş həyəcanı boğa bilməyərək tələsik soruşdu. —Neyləmisən? Təzədən yazmısan?
—…
Gülmirə nəzərlərini səhifə üzərində gəzdirdi: «Aman Allah, bu ki hamısını dəyişib, mən belə başlamamışdım... Bu cümlələrin heç biri mənim deyil...»— deyə düşünür, oxuduqca sevinc qarışıq bir sıxıntı ürəyini əzirdi.
Orxan isə Gülmirənin məqaləsi üzərində işlədiyi xoş dəqiqələri, saatları fikrinə gətirib özündən razı halda başını tərpədirdi. Həvəslə işləmişdi. Cansız kağız üzərində işlədikcə sevinmişdi. Axı, bu səhifələrə Gülmirənin ağ əlləri toxunmuşdu, nəfəsi dəymişdi. Orxan gecə lampası işığında saat üçə qədər işlədiyi zaman bir daha hiss eləmişdi ki, Gülmirə onun üçün nə qədər əziz adamdır!
– Sən nə əziyyət çəkmisən, Orxan?! — deyə Gülmirə minnətdarlıqla parlayan gözlərini ona zillədi.
– Nə əziyyət, Gülmirə? Xoşdur... —Sonra necə oldusa, özü də bilmədən qəflətən dedi: — Mən sənin əziyyətini ömrüm boyu çəkməyə hazıram...
Gülmirə ağzını açıb cavabında nəsə demək istəyirdi ki, birdən təyyarə uğultusu eşidildi. Çox keçmədi ki, başlarının üstündən bir təyyarə uçub keçdi. Gülmirə əlini gözünün üstünə qoyub göyə baxdı. Nə üçünsə ona elə gəldi ki, o, Əqdəmin təyyarəsi idi, özü də ordan — göydən onu gördü. Evə gələndə Gülmirəyə incik-incik deyəcək: «Bağda kimnən oturmuşdun?» — Gülmirə qeyri-iradi ayağa durdu və başı ilə yuxarı işarə eləyib gülümsünə-gülümsünə:
– Ondan qorxmursan ki, elə söz deyirsən? — dedi. Orxan məftun baxışlarını qızdan çəkmədən başını tərpətdi:
– Yox!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda
Üçüncü hissə, səkkizinci fəsilSüleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»
Dördüncü hissə, birinci fəsilXoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…
Dördüncü hissə, ikinci fəsilNəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.
Poems by other poets
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Parisdən-Tehrana“Irzaxan”, sən məşədi, mən hacıyam,Sən elin qəmçisi, mən qırmacıyam.