Firəngistanın Sen Didyö adlı bir yerinin altmış arşınlığında bir su quyusu
var ki, ol yerin ətrafında sakin olanlar o quyunun suyunu içirlər. Çünki o suyu
həmişə içən kəslər zəif və xəstə olurlar, ona binaən Lefort adlı kəs ol suyu imtahan
edib deyir ki, ol suyun belə bədənə zərər etməyinə səbəb oldur ki, ol su quyusu
qəbristanlığın yanındadır və onun suyu qəbristanlıqda çürüyən meyidlərin iyini
çəkib cismi-bədəniyyata qarışıb xarab olur.

Bu səbəblərə Lefort məsləhət edir ki, hər yerdə qəbristanlığı içilən sudan
uzaqda bina etsinlər və əgər qəbristanlıq qədim zəmanədə salındığına binaən onu
qeyri yerə aparmaq məqdur olmasa, ol vaxtda qəbristanlığın ətrafında xəndək
çəksinlər ki, oranın yağış suyu gedib içilən suya tökülməsin.

  -

Bir suya cismi-bədəniyyat qarışmış olduğunu belə bilmək olur: ol sudan iki
qaşıq bir stəkana töküb içinə bir az narın əzilmiş şəkər salıb bir isti yerdə bir neçə
vaxt saxlayanda əgər ol su bulansa, məlumdur ki, ona cismi-bədəniyyat qarışıb,
belə suyu içmək bədənə zərərdir.

  -

Almaniya dövlətinin sakini Stal adlı elm sahibi meyvəni tez yetişdirməkdən
ötrü belə imtahan edib: armudun yetişməyinə iki ay qalmış bir armud ağacının
dibini 3 və ya 4 arşın qazıb ki, ağacın köklərinin üstə yarım kərhə qədər torpaq
qalıb. Ol vaxt günün istisi ol köklərə artıq dəydiyinə ol ağacın meyvələri qeyri
ağacların meyvəsindən bir ay yarım irəli yetişmişdir. Çünki belə ağacın dibini
qazanda onun köklərinə gün artıq dəyməkdən ağac quruyur, bilmərrə tələf olur,
ona binaən belə ağacı lazımdır ki, tez-tez sulayasan.

Bu imtahandan sonra məzkur Stal bir kəbalu ağacı ilə belə imtahan edib:
onun dibini ancaq şimal tərəfdən zikr olan qayda ilə qazıb. Həmçinin kəbalu
ağacının da meyvələri ay yarım irəli yetişibdir. Amma bu ağacın bir şimal tərəfi
qazıldığına, onun ancaq şimal tərəfinin budaqlarının meyvəsi tez yetişibdir.
Belə ağacların dibini qazmaqdan onların meyvələri tez yetişdiyinə səbəb
oldur ki, hər bir nəbatatın zindəganına gün səbəb olur və onlara gün artıq
dəyməkdən onlar tez əmələ gəlir.

  -

Bizim vilayətimizdə barama qurduna həmişə çəkil yarpağı verirlər. Amma
Firəngistanda və qeyri yerlərdə imtahan üçün onlara qeyri yarpaqlar verib görüblər
ki, qeyri yarpaqları yeyən qurdların baraması qeyri rəngdə olur. Məsələn, üzüm ağacının, yəni tənəyin yarpağını yeyən qurdun baraması qırmızı rəngdə, kahı
yarpağını yeyəninki yaşıl rəngdə və gicirtkan yarpağını yeyəninki bənəvüş rəngdə
olur.

Məzkur yarpaqlar ilə qurdları çəkil yarpağı ilə saxlayan kimi saxlamaq olur,
yəni əvvəldən axıracan onlara zikr olan yarpaqları vermək olur. Amma bəzi kəslər
qurdlara əvvəl zaman çəkil yarpağı verib barama sarımağa 20 gün qalmış zikr olan
yarpaqları verib görüblər ki, genə onların baramasının rəngi qeyri cürə olubdur.

Bu elm xəbərlərin yazıb Əsgər Mirzə Adıgözəlzadə Gorani.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets