Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:
- Bu günlərdə vəzirlərin məclisində Badkubə dəmiryolu təsdiq olunub. Ol
yol Tiflisdən, Qarayazdan, Gəncədən, Gorandan, Zərdabdan, Hacıqabuldan
Badkubəyə gedəcək.
Gömrü dəmiryolu Tiflisdən, Ağstafadan, Bambak dərəsindən Ġrəvan ilə
Eçmiadzin şəhərlərinin arasından Gömrüyə gedəcək.
Hər iki yolu Tiflisdən Poti şəhərinə dəmiryolu təmir edən icma tikdirəcək.
Badkubə yolu keçən sentyabr ayının əvvəlində iyirmi səkkiz ayın
müddətində, yəni 1878-ci sənədə yanvar ayının əvvəlinədək gərək tamam olsun.
- Əkin və ziraət vəzirinin əsbabxanasına ki, muzey deyirlər, padşahlıqdan
ildə 10000 manat xərc olunur. Muzeyi hər kəs müftə gəzib orada saxlanan
əsbablara baxa bilir. Ol əsbabları saxlayan kəslərin borcudur əsbablara baxan
kəslər xahiş etsə, onlar əsbabları göstərib bəyan etsin ki, onlar necə təmir olunub
və onları nə tövr işlətmək gərək və onları haradan neçəyə almaq olur.
Muzey iki hissədir: əvvəlinci hissədə əkin və ziraət maşınları və əsbabları
saxlanır. Amma ikinci hissədə əkin və ziraətdən hasil olan şeylər saxlanır.
Əvvəlinci hissə 15 yerə bölünübdür: 1. 80 qism təzə Amerika, ingilis,
firəng, nemes, yəni Almaniya və rus kotanları. 2. Əkin yerinə toxum səpən
maşınlar. 3. Əkini at ilə biçməyə maşınlar. 4. Taxılı döyməyə və su buğu ilə
işlənən maşınlar. 5. Əkinçiyə lazım olan ərradələr. 6. Qoruğu əkməyə, sulamağa və
biçməyə maşınlar. 7. At ilə su buğu ilə işlənən dəyirmanlar və qeyri maşınlar. 8.
Arxlardan, çaylardan, göllərdən su çıxardan maşınlar. 9. Əkini biçəndən sonra
daşımağa maşınlar. 10. At, mal və qoyun saxlamağa tövlələr. 11. Pənir və yağ
qayırmağa maşınlar. 12. An saxlamağa səbətlərvə qeyri əsbablar. 13. Paltar
yumağa əsbablar və ağır şeylər çəkməyə tərəzilər. 14. Maldarlığa və baytarlığa lazım olan əsbablar. 15. Bağbanlığa lazım olan hacətlər saxlanır.
İkinci hissədə heyvanlardan və əkindən əmələ gələn şeylər, əkin yerini
qüvvətli etməyə şeylər, hər qism əkin yerinin nümunəsi və onların, həmçinin südün
və yağın yaxşı və yamanlığını bilməyə maşınlar və əkin, ziraət barəsində yazılan
kitablar saxlanır.
Kitabxana.az · https://kitabxana.az/en/works/esger-aga-gorani-peterburqdan-esger-adigozelzade-gorani-yazir-ki
More by this author
Firəngistanın Sen Didyö adlı bir yerinin altmış arşınlığında bir su quyusuvar ki, ol yerin ətrafında sakin olanlar o quyunun suyunu içirlər. Çünki o suyu
Elm xəbərləri («Əkinçi», 18 noyabr 1875)Almaniya qəzetlərində belə yazırlar ki, bir toyuq ömründə 600 yumurtayumurtdaya bilir. Əvvəlinci ili 20, ikinci ili 120, üçüncü ili 130, dördüncü ili 214
Poems by other poets
İbrahim Topçubaşova*Sən mənə inam verdin
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,