Hörmətli və əziz Əbdüləli bəy!

Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı.

Məlum olduğu kimi, onlar Türkiyə və Suriyaya bizi qəbul etməmələri üçün etiraz notasını göndərmişdilər. Bəlkə də, bu nota bizimkiləri qorxutdu və bizim çıxışımızı ləngitdi. Lakin naxallardan qorxmurlar, üzlərinə vururlar. Sizdən xahiş edirəm ki, Məhəmmədə tapşırıq verəsiniz bu barədə bizim türkçü dostlarımızla (Bariman, Atsız, Selime Seden və s.) danışsın. Qəzetlərdə bütün müsəlman qaçqınların Avropadan tez bir zamanda təxliyyəsi uğrunda kampaniyaya başlamaq lazımdır.

Qoy bizim dostlarımız bu işi sona çatdırsınlar. Xüsusilə də, İtaliyadakı toplanma düşərgələrində: "Farfa- Sabina", "Fraschette di Alatri", "Lipari-Sicilia"da yerləşən müsəlman qaçqınların dözülməz vəziyyətini qeyd etmək lazımdır, bu, italiyalılara güclü təsir edəcək.

Türkiyə komissiyası artıq İsveçrə, Avstriya və Almaniyada olmuşdur və tezliklə yenidən İsveçrəyə qayıtmalıdır.

Misirin nümayəndəsi Dr.Həsən İsmayıl həmçinin Avropadakı bütün müsəlmanları ziyarət etdi. Onun zəhmətinin bəhrəsi göz önündədir, onun tələbləri yerinə yetirilir. İki gün bundan öncə hörmətli Cahangir bəy məlumatlandırılmışdır, bu gün isə qəzetlərdə yazılır: “Gələn həftə Misirdən Avropadakı müsəlman qaçqınlar üçün hədiyyə və geyimlə dolu gəmi gələcəkdir". Bu çox sevindirici xəbərdir, ona görə yox ki, hədiyyələr gətirir, ona görə ki, gəminin gəlməsi yerli hökumət nümayəndələrinə göstərəcək ki, bütün müsəlman dünyası müsəlman qaçqınların arxasında durur. Allah kimisə sahibsiz qoymasın. Misirin bu addımı Kababçının iştahasını müəyyən qədər kəsəcək.

Ziyadın xəstəliyinə çox-çox təəssüf edirəm. Xahiş edirəm onun səhhəti və ailəsinin vəziyyəti barədə mənə ətraflı məlumat verəsiniz. Onun səhhəti burada, İtaliyada bizə görə zəiflədi. Bir ay yarım boyunca onun şəxsi istirahəti üçün bir günü də olmadı, bütün vaxt ərzində o bizim həyatımızı qurtarmaq üçün çalışırdı. Uca Allah onun mükafatını versin.

Mənim şəxsi vəziyyətim həmişəki kimi təhlükəli və ağırdır, lakin mənim həmvətənlərim buradan getməyənədək mən heç yerə getmək barədə düşünmürəm. Allah böyükdür, O mənə kömək edəcək, necə ki, indiyədək edib.

Cahangir bəy və onun ailəsindən salamlar. Səltənət xanımın əlindən və uşaqlarınızı öpürəm. Əzizim Ziyadı qucaqlayıram.

Sizin Abo.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əbdürrəhman bəy Fətəlibəylinin Klement Ettliyə məktubu

Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.

3 min
Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubu

Məhmədciyim!Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram.

19471 min
Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubu

Əzizim Ziyad bəy!Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər.

19471 min
Diamat

Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış.Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu.

4 min

Poems by other poets