Deyin, od olmasa, ocaq yanarmı?Körüksüz bir kürə alovlanarmı?Deyirlər torpağa düşsə də gövhər,Yenə qiymətini itirmir, ancaqOnu da əyilib götürməsələr,Ayaqlar altında tapdalanacaq.Qınsız pas atmazmı iti bir tiyə.Buludsuz, de haçan boran, qar olub?Allahın özünü görünməzliyəYəqin ki, ilk dəfə qaldıran olub.Suya, ağaclara, insanlara bax,Həyat olardımı, günəş olmasa?..Qıçları taqətdən düşmüş qocayaDeyin əl tutmurmu adi bir əsa.Heç kəs yaxasını çəkməsin yana,Hamı bir-birinə gərəkdir, gərək.Dar gündə insana əl tutmayana,Yaxşısı budur ki, insan deməyək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets