Üçüncü adam
Bir şəkil var önümdəİkimiz dayanmışıq.Bu sənin qaşın, gözün,Bu mənim qaşım, gözüm.
Ötən günlərimizdənBu günə boylanmışıq.Bu sənin cavan üzün,Bu mənim cavan üzüm.Dondurmuşuq şəkildəÖmrün ötən anını.Əziz bir xatirətəkİlişib saçımızdaQalıb bir parça külək.Bu şəkilə baxanlarAncaq görürlər bizi.Başdan-başa süzürlərBizim hər ikimizi.Bu şəkilin içindəKağıza həkk olmamış,Üzü bura düşməmiş,Özü bura düşməmişÜçüncü bir adam var.(Gözə görünməyəndəUnudulur adamlar).Üçüncü bir adam var,Mənə gülümsə dedi.Sənə gülümsə dedi.Bizdən gülüş istədi.Bizi göstərmək üçün
Bu şəkildə gizlənibƏllərinin əməyi.Bəlkə unutmuşam daBu şəkili alandaOna “sağ ol” deməyi.Baxırıq özümüzə,Onu salmırıq yada.Amma çətin olardıFədai üçüncülərOlmasaydı dünyada.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-ucuncu-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Aşıq Heydərlə Şikəstə Pərinin deyişməsiAşıq Heydər:Bulaq üstə duran qızlar,
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
SübhKaş ey pərvərdigarım, olmayaydı var sübh,Körpələr ac, pul da yox, eylər tifillər zar sübh