Narazı deyiləm ömürdən-gündənHamını dost gördüm bu yer üzündə.Kişinin düşməni əzəl günündənYa evində olur, ya da özündə.

Düşmən evindəsə çarə tapılar,Başını götürüb evdən qaçarsan.Əgər kilidlənsə dəmir qapılarBacadan çıxarsan, damdan uçarsan.

Səni oda salan öz ürəyinsəÜrəkdən ayrılıb qaçmaq da olmur.

Səndən qisas alan öz ürəyinsə,Özgəyə bu sirri açmaq da olmur.

İçimi yandırır özümün ahımYanıb kül oluram mən gülə-gülə.Şairin dünyada kimi var axıBir ürəyi olur, oda ki, belə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets