Bir yağış – insanın göz yaşıdır,Yağmağa hazırdır hər an.Yağanda yeri-göyü yandıranGöz yaşının hər giləsi,Yanaqda donub qalmışPar-par yanan buz zərrəsi!Təsəllidən isinib əriyən,Dama-dama ürəyə damanSevincdir, dərddir.

Bir yağış – ağacın göz yaşıdır,Payızda aləm solandaYarpaqlar xəzəl olandaBudaqlardan qopub düşər.Hər solmuş yarpaq – torpağaQüvvət verən qənimətdir.

Bir yağış – daşın göz yaşıdır,Daşın göz yaşı –Kasası dolmuş səbrdir.Sıxılmış dözümdür,İlahi qüdrətdir.

Bir yağış – çiçəklərin, otların göz yaşıdır,Şehdir,Zehdir,Qövsi-qüzehdir,Yuyulmuş çəməndir,Gözəlləşən təbitədir.

Bir yağış – əsl yağışdır,Bu da göylərin göz yaşıdır.Gurultu salıbŞimşəyə bürünəndir.Ruzi olub yerə enəndir,Göydən gələn bərəkətdir.

Bütün göz yaşları torpağı yaşadır,Göz yaşı içməkdən doymadı torpaq.İnsan, ağac, daş, çiçək, ot, yağış ağlar.Dünya durduqca – bunlar ağlayacaq!Bu göz yaşları olmasa –insan doğulmaz,ağac bitməz,daş dözməz,ot göyərməz,bulud dolmaz –həyat olmaz!

08. 2007 – 08. 2009

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring