«Qara şamaxısının ucu ilə…gözünün yaşını sildi»(Mahirə Abdulla «Əvvəl-axır»)

Bu qədər dərdin içindəgör, bir nə yada düşdü.Nənənin baş yaylığıŞamaxıdan gəlmişdi.Qızların, gəlinləringöz açandan gördüyü,baş örtüyü –Şamaxı imiş demə!Doğmadan doğma bu sözQoy yayılsın aləmə,Niyə yayılmasın, axı?!

Hanı indi o Şamaxı?Hanı o analar,hanı o atalar?Hanı o naxışlar,hanı o butalar?Hanı üstünü toz basmışo cəhrələr, dəzgahlar?Hələ də tüstüləniro zaman çəkilmiş «ah»lar.Güllərinə qarışıb qalır,Onda zümzümə edilmişbayatılar, vəsf-hallar.Göllərində göllənibyanıqlı göz yaşları.Cəm olub bu yaylıqdabildiyin bütün nağıllar.Üzünə zillənib durur,qızların, gəlinlərino zamankı baxışları.Hanı o otlar, çiçəklər ki,Göy qurşağıydı Yerdə?Görən, o otlar, çiçəklərbitəcəklərmi bir də?..

Ah! Nə incə, nə zərifolurmuş kəlağayı!Yerdə insanlarıheyrətə gətirmişdi,Göydə ulduzları,Günəşi, Ayı.Marko Polo da görmüşdübu yaylığı Şamaxıda.Axırdagəlib «Əvvəl-Axır»da göründü.Bir mərtəbə də ucaldı,Məni də heyrətə saldı.

Əvvəl-axır bu işəkimsə əncam çəkəcək.Yenə Şamaxıdaşamaxılar toxunacaq, çiçək-çiçəkyenə də yaxın Gələcək,Şamaxıya –şamaxı dalınca gələcək.

Bakı, 2009

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets