Gözümün nurunu,qəlbimin odunu,Soyadımı bölmüşəm sizinlə, övladlarım!Çörək pulundan kəsib aldığımBeş-üç nadir kitabı,Bəxtimə düşən ayəndə sevinci,Acılı-şirinli günlərimi,Mənimlə əkiz doğulmuş ehtiyacımı,Xislətimdə yaxşı-pis nə varsa,Həmişə bölmüşəm sizinlə.Nəyim var,nəyim olacaqsaböləcəyəm indən belə də,Məni haqlayan qocalıqdan başqa.Qocalıq özümündü!Qocalığımı bölə bilmərəm,Qocalığım yalnız mənimdi!

Ölsəm də ruhum sizdən

Nigaran qalacaq.Cümə axşamlarıBaş çəkəcəyəm Sizə –Qapı-qapı, ocaq-ocaq.Ruhumun yaddaşındaDörd ünvan yaşayacaq.

Yanvar, 1991

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets