Göz açıbçayları balıq dolu,meşələri meyvə dolu,təbiəti çəpərsiz gördü insanlar.Əlbəyaxa olubvurduqları ovu daildırımdan alıb,göz bəbəyi kimiqoruduqlarıközü də, alovu da,qəmi də, sevinci dəhamıya tən böldülər.Nəsil-nəsil gəldilərSon mənzilədək.Mehriban ailə təkYaşadılar, öldülər.İllər qovdu illəri,Əsrlər əsrləri.Qorxdular ki, qurtararYer üzünün sərvəti,Başladılar bölməyə təbiəti –Meyvəli meşələri,Bərəkətli çölləri.Həyətlər hasarlandı o zamandanKimisinin həyətində ağacları,Ürəyində arzuları gül açdı.

Kimisi də acındanona-buna əl açdı.Ömrü boyu batdı yasa,«İnsan paxıl olmasabağ çəpəri neylərdi?»İnsan paxıl olmasaağır olmazdı yaşamaq dərdi.…Görəsən bir dəelə bir gün gələcəkmi?Daşlaşmış paxıllıqlarqəlpə-qəlpə qopubyerə töküləcəkmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets