Yetim əlində qoğal əcayib
Əlidə var, Vəlidə var – çox əcəb!Elə ki, məndə oldu,qiyamət qopdu,aləm dağıldı,Səs düşdü – səda düşdü,Qan düşdü – qada düşdü,Ayə, qoymayın!Yetim əlində qoğal əcayib!Vallah, billah, ayıbdı, ayıb.Bu həcmdə paxıllıq,bu mərtəbə kin olar?Mehribanlıq öyrədir bizə, axı,Şeirlər, romanlar, kinolar.Yoxsa yalanmış bunlar?!Çətini doğulanacandı,Elə ki, doğuldun,Guya ki, insan oldun,Amma, insan olmamaq,insan olmaqdan asan oldu.Əli çörəyə çatdı,Qonşusuna daş atdı.Deyinirəm, deyirlərBaş qoşma, bu – həyatdı!
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-yetim-elinde-qogal-ecayib
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Söndü qanlı şəfəqlərin, keçdi sakit bir gecə,Dəyişildi bir gecədə bu dünyanın səfhəsi?
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.
Kolxoz bağındaBaharda, yay çağında,Bizim kolxoz bağında
Yenə sən oldunƏhsən qeyrətinə, anam gəlini,Dar gündə vəfalı yenə sən oldun!