Əşrəqət min fələkil-behcəti şəmsün və biha,Mələəl-aləmə nurən və sürurən və bəha.

Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul,Oldu məhv öylə ki, xurşid şüaində Süha.

Oldu bazari-cahan rövnəqi bir dürri-yetimKi, degil iki cahan hasili ol dürrə bəha.

Rütbeyi-hikməti-me’raci-kəmalinə görə,Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha.

Münhiyi-mə’rifəti hal dililə daim,Qılır əhli-həqə əsrari-həqiqət inha.

Necə təqrir edəyin vəsfini bir şahin kim,Ona vəssaf ola “Yasin”u müərrif – “Taha”.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin,Bu təriqilə zəlalətdən özün eylə rəha!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets