Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinəqutilu fi-səbil’illahi əmvatən bəl əhya’ən ində rəbbihim yərziqun" zahirən buibarətün mətlə’i-məzmunindən lame’ olan afitabi-sirri-hikmət və bu kəlamınçeşmeyi-məfhumindən tərəşşüh qılan zülali-mə’rifət oldur ki, meydani-’ənagülzari-rəyahini-ətadür və şəmşiri-fəna çeşmeyi-zülali-bəqa. Hər ayinə küffarəlində ölmək abi-həyatın zülməti-cəfaya iqdam edüb, küffar əlində olanşərbətişəhadət içməkdən ibarətdür. Şe’r:

Ləzzəti-ənduhü zövqi-dərd idrak eyləyənEyşi-dəhrü işrəti-dünyayə pərva eyləməz.Şahidi-feyzi-bəqa hüsnün təmaşagah edənNəqşi-zail surəti-fani təmənna eyləməz.

Mücmələn, zəbani-süluki-ərbabi-hal və lisani-hali-əshabi-süluk ittifaqla buməzmuna guyadür və bu mə’naya çehrəgüşadır ki, qəbuliriyazat və irtikabiməsaibcəmiyyəti-əsbabi-rahət və neyli-istifayimətalibdən övladür. Lacərəmfirqeyi-ənbiya ki, səbqəti-iqbali-təqərrüb bulmuşlar, ixtiyarla saliki-təriqi-müsibətübəla olmuşlar və zümreyi-məşayixi-ərbabi-inkişaf ki, seyri-aləmi-vəhdətqılmışlar, möhnəti rahətdən müqəddəm bilmişlər və kaffeyi-hükəma ki,baliistidlal ilə həzizi-imkandan övci-idraki-mə’rifəti-vücuba pərvaz etmişlər,daməni-tərki-tə’əllüqat və təriqi-nəfyi-tənə’ümat dutmuşlar. Şe’r:

Bəla bali-şəhbazi-iqbal olur,Səfabəxşi-ayineyi-hal olur.Gülü nərgisü-gülşəni-e’tibar,Dili-çakdür dideyi-əşkbar.

Fil-vaqe’, xəzaneyi-hikmətdə bəladan əşrəf gövhəri-nəfis olsaydı, əhibbayi-Həzrəti-İzzət ana talib olurlardı və xani-hikmətdə müsibətdən ənfə’nəvalə surəti-ehtimal bulsaydı, xəvassi-bargahiqürbi- İlahi ana rəğbət qılurlardı. Şe’r:

Anı görmə ki, fələk bir neçə dəm,Kimə həmdəm fərəh eylər, kimə qəm.Anı gör kim, çıxacaq aləmdənKim fərəhdən çıxarü kim qəmdən.

Əlhəq, isbati-istehsani-bəlaya bu şahid yetər və hüccəti-istilayi-rütbeyi-müsibətəbu istidlal kifayət edər ki, bəla ənbiya və övliya mülazimətindədərəceyi-kəmal bulmuş və müsibət məhrəmisərapərdeyi- nübüvvət və vilayətolub, Əhli-Beyt ixtisasinə müşərrəf olmuş. Ol cümlədəndür Həzrəti-Şahi-VilayətƏliyyi-Murtəzanun i’tilayi-rütbeyi-ibtilası və bidayəti-ömrdən nihayətədəkmeydani-bəlada iste’layi-dərəcati-möhnətü bəlası. Əsəhhi-əqavili-mənqulə vəəsəddi-əsanidi-məqbulədən müstəfad olub "Şəvahidün-Nübüvvət"də məsturdurki, Həzrəti-Əli bin Əbi Talib İmami-əvvəldir ə’immeyiisna əşərdən və mənaqibüfəzaili andan ziyadədür ki, imdadi-xamə ilə təhrirə gələ, ya müsa’ideyi-zəban iləməzkur ola. İmam Əhməd Hənbəldən nəqldir ki, demiş: "Əkabiri-səhabənin heçbirindən ol miqdar fəzail və mənaqib ki, Əli İbn Əbi Talibdən yetmişdir,yetməmişdir". Və viladəti-şərifi amul-fildən otuz il keçdikdə hərəmiKə’bədəRəcəb ayının on üçündə cümə günü vaqe’ olmuş.

Şeyx Müfəyddən nəqldir ki, diyari-Yəməndə Müsrim nam bir abidi-müttəqivar idi, əzhədi-zühhadi-ruzigar idi. Şe’r:

Səhifeyi-əməli-nəqşi-masivadan pak,İrişməmiş ətəginə qübari-mərkəzi-xak.

Və yüz doxsan il ömrü guşeyi-ibadətdə keçüb, mültəfiti-halirüzgar olmamışvə səccadədən qeyr mənzilə qədəm basmayub, mehrabdan qeyr surətə nəzərsalmamış. Bir gün münacatında ayıtdı: "İlahi, hərəmi-möhtərəmün sükkanindənvə Kə’beyi-müəzzəmənünə’yanindən birinün didarinə müşərrəf olmaq təmənnasindəyəm, müyəssər et".Duayi-biriyası icabətə yetüb, Əbu Talib ki, əşrəfiə’yani- Məkkə və əfzəli-əşrafi-Kə’bə idi, bir səfərdə ikən rəhgüzarı ol zahidi-niknam və abidi-aliməqamunməqaminə düşüb ziyarətinə təvəccöh etdi. Müsrim Əbu Talibin şəraititə’zimindənsonra keyfiyyəti-əhvalın istifsar etdikdə Əbu Talib ayıtdı: "Məkkədiyarində Bəni-Haşim qəbiləsindən Əbd-Mənaf oğlu Əbu Talibəm". Müsrim buxəbərdən münbəsit olub, təkrarla tə’zim etdi ki: "Əlminnətü lillah, muradım hasiloldu və du’ayi-biru’unətim əsr qıldı". Dedi: "Ey Əbu Talib, əxbari-salifədən bizəyetişmişdür ki, Əbdülmüttəlibin iki nəbirəsi olub, biri Əbdullah sülbindən zühuragəlüb izhari-sirri nübüvvət qıla və biri Əbu Talib zəhrindən zahir olub məvdə’izühurirümuzi-vilayət ola və nəbi otuz yaşına yetdikdə vəli dünyaya gələ. Aya, olnəbi ki, dideyi-dövran müntəziri-dövləti-didari və çeşmi-zəmanə müştaqipərtövirüxsaridir,zühur etmişmi ola?" Əbu Talib ayıtdı: "Ey Şeyx, bəli, Məhəmmədmütəvəllid olub, hala iyirmi doqquz yaşındadur". Müsrim ayıtdı: "Ey Əbu Talib,bundan Məkkəyə müraciət etdikdə ol müqərribi-dərgahi-mə’buda bəndən səlamyetür və ərz et ki, Müsrim şəhadət verür ki, Xaliq fərdü bihəmtadır və sən anınpeyğəmbərisən. Ey Əbu Talib, səndən mütəvəllid olan əzizə dəxi səlamımyetürüb ərz edəsən ki, sən dəxi vəsiyyi-peyğəmbərsən, netə ki, anda nübüvvəttəmam ola, səndə vilayət ixtİmam bula". Əbu Talib ayıtdı: "Ey əziz, bu göftarınhəqiqətinə bir bəyan istərəm". Şeyx ayıtdı: "Bismillah". Əbu Talibmüqabiləsində bir qurumuş dirəxti-ənar gördü, imtahan ilə ayıtdı: "Ey şeyx,istərəm ki, bu dirəxti-xüşkdən bərgü bar göstərəsən". Şeyx dərgahi-Mə’budaruyi-təzərrö’ dutub ayıtdı: "İlahi, ol nəbi və vəli həqqiçün ki, həqiqətlərinə e’tirafedüb sifətlərin bəyan etdim, bəni şərməndə etmə". Filhal ol dirəxti-xüşk barvərolub, iki tazə ənar səmər verdi. Şeyx ol ənarlərdən Əbu Talibə verüb, Əbu Talibol ənarlərin birin parələyib iki danəsin tənavül qıldı.Rəvayətdir ki, ol danə bir nütfəyə sirayət edüb məbdəi-vücudi-şəxsiyyəti-Əliİbn Əbu Talib oldu və hümreyi-rüxsareyi-ŞahiMərdan lə’li-rümman kibi oləsərdəndir.

Əlqissə, Əbu Talib ol müjdədən xürrəmü xəndan olub, nəqliməkan qılubMəkkəyə müraciət qıldıqda, sülbi-şərifindən ol nütfə Fatimə binti-Əsəd bətninəintiqal etdi və müddəti-həmli münqəzi olduqda, Fatimə binti-Əsəddən nəqldir ki:"Bən xaneyi-Kə’bətəvafində idim, əsəri-mihaz zahir olub, dördüncü şəvtdə HəzrətiRəsul bənigördü, fərasətlə əhvalimə müttəle’ olub ayıtdı: "Ey Fatimə, təvafı təmametdinmi?" Ayıtdım: "Xeyr". Buyurdu ki: "Təvafı təmam et, əgər müzayiqəbulsan, hərəmi-Kə’bəyə gir". Və kitabi-"Bəşairül-Mustəfa"da nəql etmişlər ki,Fatimə bintiƏsəd təvafi-Kə’bə edərkən Əbbas bin Əbdülmüttəlib və cəm’i-Bəni-Haşim anın əqəbincə təvafa məşğul ikən nagah Fatiməyə əsəri-təlq zahirolub, dışrə çıxmağa məcalı qalmayub münacat etdi ki: "Ya Rəb, bana viladətiasan qıl". Filhal divari-Beytullah şəqq olub Fatimə nəzərdən qayib oldu və bizxaneyi-Kə’bəyə girüb əhvalına müttəle’ olmaq istədük, müyəssər olmadı. Üç günqaib olub dördüncü gün hərəmdən çıxdı, əlində Əli ibn Əbu Talib". İmamül-Hərəmeyn nəql etmiş ki, hərgiz Əlidən müqəddəm bu səadət kimsənəyəmüyəssər olmamışdır ki, nəfsi-hərəmdə mütəvəllid ola və andan sonra dəxiolmayacaqdır. Şe’r:

Murtəza bir düri-dəryayi-vilayətdir kim,Hərəmi-Kə’bədir ol dürri-yətimin sədəfi.Qeyrdən əşrəf əgər olsa anınçündür kim,Hərəmi-Kə’bədən ol kəsb qılıbdur şərəfi.

Əlqissə, Fatimə binti Əsəd hərəmi-Kə’bədən Həzrəti-Murtəzayı çıxarubhücrəsinə gəlüb, adət üzərində anı məhdə bağladıqda, Əbu Talib hazır olub istədiki, rüxsari-şərəfin görə. Niqabinə əl urduqda Əli pənceyi-Xeybərguşa ilə ƏbuTalibün əlin mən’ edüb rüxsarinə pəncə urub çöhrəsin xəraşidə qıldı və validəsidəxi təqərrüb edüb istədi ki, riza’inə iqdam edə; mən’ edüb, anun dəxi rüxsarınməcruh etdi. Əbu Talib mütəhəyyir olub ayıtdı: "Ey Fatimə, bu tifli nə ismləmövsum edəlüm?". Fatimə ayıtdı: "Ey Əbu Talib, bu tiflün pəncəsində əsədsəlabəti var, Əsəd demək münasibdür".

Əbu Talib ayıtdı: "Bənim səlahım budur ki, Zeyd ismilə mövsum edəm".Xəbəri-viladətin Həzrəti-Rəsul eşitdikdə fərəhnak olub, Əbu Talib sərayinəgəlüb sual etdi ki, bu tiflün ismin nə müqərrər etdinüz? Hər kim ixtiyar etdiginbəyan etdikdə, Həzrəti-Rəsul ayıtdı: "Bənim səlahım budur ki, ismi Əliyyi-ali-himmətola".

Fatimə ayıtdı: "Həqqa ki, bən dəxi hatifdən bu ismi eşitdim".

Və bir rəvayət dəxi oldur ki, valid və validə arasında ism üçün niza olub,istixarə təriqilə mütəvəccihi [Hərəmi] Kə’bə olub, Fatimə ruyiniyaz dərgahibiniyazədutub ayıtdı: "Ya Rəb, hərəmi-şərifində kəramət qıldığın nütfeyi-lətifəsəndən tə’yini-ism iltimas edərüz". Bu niyaz əsnasində bami-Kə’bədən sədagəldi ki, ismi-şərifin Əliyyiə’la qılun. Hər nə təqdirlə nami-mübarəkin Əliyyi-ali-qədrqoydular. Həzrəti Rəsul istədi ki, məhd üzərinə varub Murtəzaylamülaqat edə. Fatimə ayıtdı: "Ey bəradər, dəliranə getmə ki, bu tifl şirxislət vəqəzənfərsəvlətdir; olmaya ki, həzrətinizə nisbət bir biədəblik edə". Həzrəti-Rəsulayıtdı: "Ey Fatimə, Əli bana nisbət təriqi-ədəb ri’ayət edər". Pəs mütəvəcciholub, Həzrəti-Murtəza məsti-xab ikən rayiheyi-gisuyi-Rəsulullahı istişmam edüb,dideyi-həqiqətbin açub mülahizeyi-nuri-rüxsari-nəbi qıldı və zəbani-hal ilə buməqala mütərənnim oldu. Şe’r:

Şükr kim, oldum müşərrəf dövləti-didarinə,Dideyi-xunbarimi açdım güli-rüxsarinə.Olmadı zaye’ ədəm mənzillərin qət etdigüm,Vasil oldum pərtövi-xurşidi-pürənvarinə.

Əlqissə, ol şiri-bişeyi-vilayəti Həzrəti-Rəsul məhdindən açub, kənarinə alub,təhniyə təriqilə ayıtdı. Şe’r:

Mərhəba, ey qibleyi-ərbabi-izzü ehtişam,Xeyrməqdəm, ey şəhi-əshabi-qədrü ehtiram.Bən ki, məb’usəm cəhan əhlini də’vət qılmağa,Qılmadım sən gəlmədən bu əmrə iqdamü qiyam.Zati-pakın intizar idi nə pünhan qeyrdən,Mövcibi-tə’xiri-izhari-nübüvvət vəssəlam.

Və hər zəman zəbani-mö’cizbəyanlərin bərgi-gül kibi [qönçeyi-] dəhaninəqoyub lü’abindən ki, sərçeşmeyi-əsrari-"Və ma yəntiqu’ənilhəva"-dır, şərbəti-"Haza lu’abu Rəsulillah fifəmi" təcərrö etdirdi.Rəvayətdir ki, Həzrəti-Murtəzaya Əbu Talib mən’i-indən qərəz oldur ki,ibtidayi-xilqətdə Həzrəti-Rəssullə müsahifə qıla və riza’iimtina’indən məqsud bu ki, ağazi-fitrətdə lü’abi-lisani-Rəsulullahdan mütəcərreola. Şe’r:

Qətrə-qətrə zülali-mə’rifəti,Əbr dəryadan iktisab etdi.Feyzi-həq ol hilalı etməgə bədrQabili-nuri-afitab etdi.

Əlqissə, təştü afitaba hazır edüb Mustəfa yədi-qəmərşikaflə Əlinün qüslinəmübaşirət etdi.

Rəvayətdir ki, canibi-yəminin qüsl etdükdə işarətsiz canibiyəsarə münqəliboldu. Həzrəti-Rəsul bu hala müttəli olduqda giryan oldu, Fatimə ayıtdı: "Eybəradər, səbəbi-giryə nədür?" HəzrətiRəsul: "Ey Ffatimə, bən bu tifli ibtidayi-xilqətdə qüsl edərəm, bu tifl bəni nihayəti-ömrümdə qüsl edər və bən qüsletdikdə bu tifl canibiyəmindən canibi-yəsarə kəndu münqəlib olduğu kibi, məndəxi kəndu münqəlib oluram".

Əlqissə, Həzrəti-Rəsul ol düri-şahvarı peyvəstə sədəfvar kənarində tərbiyətqılub qəmxarlığın edərdi və ol qönçeyi-növrəsin əbri-bəhar kibi üzərinə gəlübgedərdi.

Mürtəza beş yaşına yetdükdə mülki-Hicaz qilləti-əmtardan mövridi-məlaliqəhtoldu və ədəmi-əğziyədən əhvali-xəlq iztirab buldu. Və Əbu Talib əyalməndidi. Bir gün Həzrəti-Rəsul Əbbasa ayıtdı: "Sən təvangərsən və Əbu Talibfəqirül-hal və kəsirül-əyal.

Münasib oldur ki, şiddəti-qəht zail olanadək hər birimiz Əbu Talibin birfərzəndinə mütəkəffil olalım və ana mə’işət xüsusində müavinət qılalım".İttifaqla Əbu Talib hüzurinə gəlüb şərhi-hal etdikdə Əbu Talib ayıtdı: "Əqilibənimlə qoyun, baqi övladımla siz bilərsiz".

Əbbas, Cə’fəri-Təyyarı alub, Həzrəti-Rəsul Əliyyi-Murtəzayı qəbul qılub, ƏliHəzrəti-Rəsul kəfalətində idi ol zəmanədək ki, Cəbrail ana müjdeyi-rüxsətidə’vətyetürdi və Həzrət ana iman gətürdi. Və Həzrəti-Əlinin bir künyəti ƏbuTurabdi və bu ləqəbdən beğayət xoşhal olurdu. Və təsmiyə vəchində əhvalmüxtəlifdir.

"Şəvahidün-Nübüvvət"də məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatiməhücrəsində gəlüb Əlini hazir görməyib təfəhhüs etdikdə Fatimə ayıtdı: "YaRəsulullah, bə’zi qəziyyədən məlaləti-xatir bulub dışrə çıxdı, qaliba ki, məscidətəşrif buyurdu". Həzrəti-Rəsul məscidəgəlüb gördü ki, ridayi-mübarək bədəni-lətifindən dur olub, cismişərəfi aludeyiqübarolmuş, Həzrəti-Rəsul ol qübarı pak edüb səda yetürdi ki: "Qum ya ƏbaTurab".

Əmmar Yasirdən nəqldir ki, ğəzveyi-Əntərdə bən və Əli bir dirəxt sayəsinxabgah edüb təkyə qılmışdıq. Həzrəti-Rəsulun güzarı üzərimizə düşüb avazyetürdi Həzrəti-Murtəzaya ki: "Qum ya Əba Turab" və buyurdu ki: "Ya Əli,xəbər verirəm sənə cəmi’i-xəlqdən əşqaiki bədbəxtdir, biri ol ki, Saleh naqəsinzibh etmiş və biri sənin məhasini-şərifin qanınla rəngin edər".

Və Həzrəti-Əlinün bir künyəti dəxi Əbər-Reyhaneyndür. Cabir Əlidənnəqldür ki, Həzrəti-Rəsul üç gün vəfatından müqəddəm Murtəzaya ayıtdı: "YaƏbər-Reyhaneyn, sənə vəsiyyət edirəm iki reyhana hifzin ki, biri Həsən və biriHüseyndir; ya Əli, ənqərib sənün iki rüknün münhədim ola və iki üzvün inqita’bula. Filvaqe’ öylə oldu: əvvəl Həzrəti-Rəsul fövt olub, andan sonra Həzrəti-Fatimə vəfatı surət buldu.

Həzrəti Əlidən nəqldür ki, buyurmuş: "Bən cəfa çox çəkdüm gərdişi-rüzgardanvə cövr çox gördüm aləmi-qəddardan, cümləsindən əs’əb üç müsibətidi və cəmi’sindən ə’zəm üç möhnət idi; biri vəfatiHəzrəti- Rəsul ki, cəmi’i-məhalikdəpənahım və qamu məkarihdə ümmidgahım idi, anun vəfatindən sonrahərgiz hücumi-nəvaib bana kəm olmadı və təə’rrüzi-ə’dadan xatirim amanbulmadı". Şe’r:

Ey xoş ol günlər ki, bu ümmidgahım var idi,Möhnəti-aləm hücumində pənahım var idi.Bən fəqirə cövr qıldıqca əduyi-süstray,Ərzi-halım etməgə bir padişahım var idi.

İkinci müstbət fövti-Zəhra idi ki, Mustəfadan sonra həmrazım və cəmi’i-vəqaye’də çarəsazım idi. Çehreyi-bəqa pərdeyi-xəfaya çəküb şəbistani-eyşimtirəvü tar və külbeyi-əhzanımı mövqidi-nirani-iztirabü iztirar etdi. Şe’r:

Dövrdən vəh ki, nəsibim qəmi-hicran oldu,Güli-baği-əməlim qönçeyi-hirman oldu.Dağimə rahət üçün pənbeyi-rahət basdım,Tutulub ol dəxi bir atəşi-suzan oldu.

Və üçüncü möhnət cigərguşələrim şəhadətinin xəbəri idi ki, Rəsulullahdanmə’lum etdüm".

"Şəvahidün-Nübüvvət"də məsturdur ki, bir səfərdə HəzrətiMurtəzanın güzarıdəşti-Kərbəlaya düşüb giryan olub buyurdu ki, bu məqamdır məqtəli-əkabirişühədavə bu məkandür mövze’i-dima və ə’azimi Ali-Əba. Səhabə surəti-halistifsar etdikdə ayıtdı: "Bu mənzildə bir taifə məqtul olalar ki, hesabsız behiştədüxul bulalar". Və bundan ziyadə izah etmədi. Və heç kim bu sirrin həqiqətinəyetmədi ol zəmanədək ki, vaqieyi-Kərbəla surət buldu və səfki-dima’i-Əhli-Beytvaqe oldu. Əl-həq, bu vaqiənin nəsimi-təzkarından açılan gülbərginədamətün hərbərgi bir şö’leyi-cigərsuzdur və bu hadisənin səhabiəxbarindən sirab olangülzari-möhnətün hər nihalı bir navəkidilduzdur. Şe’r:

Min cigər oldu qan bu vaqi’ədən,Tirə oldu cəhan bu vaqi’ədən.Həm yedi əxtər eylədi əfğan,Həm doquz asiman bu vaqi’ədən.Gəldi fəryada yerdəvü gögdəMələkü insü can bu vaqi’ədən.

Əl-qabi-Həzrəti-Murtəza binihayətdir, ol cümlədəndir Əmirün-Nəhl vəYə’subəd-din və Kərrar və Əsədullah.

"Firdövsil-Əxbar"da Mü’az bin Cəbəldən nəqldür bu xəbər ki: "HubbuƏliyyun Həsənətin la-təzürru mə’əhusəyyi’ətün və büğzu Əli səyyi’ətun latənfə’umə’əha həsənətun".

Bir gün Həzrəti-Rəsul Murtəzanın cəbini-mübarəkün öpüb, Əbbas bin ƏbdülMüttəlib ayıtdı: "Ya Rəsulullah, bu şəxsi sevərmisən?" Həzrəti-Rəsul ayıtdı: "EyƏbbas, bu şəxs bənim məhbubumdür və gümanım yoxdur ki, bununməhəbbətindən təğafül etmək bana mümkün ola.

Ey Əmmi-büzürgvar, hikməti-Həq hər peyğəmbərin zürriyyətin kəndusülbində mövdu edüb, bənim zürriyyətümi bunun sülbündə müqərrər edüb,Qiyamətədək [bənimlə] şəriki-nəsəb olmuş".

İmam Tirmizi əleyhir-rəhmə nəql etmiş ki, Səlmana sual etdilər ki: "İfrati-məhəbbətMurtəzaya səbəb nədür?". Səlman ayıtdı:"Həzrəti-Mustafadan eşitdüm ki, buyurdu [hər kim bəni sevər, Əlini sevər və]hər kim Əlini sevməz, bəni sevməz". Və Həqtə’aladan anınçün dua [qılmış] ki:"Ya Rəb, məhəbbət qıl anınla ki, Murtəzaya izhari-məhəbbət qıla və ədavət qılanınla ki, [Murtəzaya] ədavət qılmağı kənduya lazım bilə". Şe’r:

Fərzdir kim, ola siğarü kübar,Maili-hübbi-Heydəri-Kərrar.Anın üçün demiş Rəsulullah,Həzrəti-Həqqə vali mən valah.Ey ki, lütfi-Ilaha talibsən,Ruzi-məhşər nəcatə rağibsən,Olma ol şahə düşməni-bədxah,Hədəfi-tiri-"adə mən ’adah".

"Şəvahidün-nübüvvət"də İmam Müstəğfiri isnadilə məsturdur ki, süləhayi-zəmandanbir müttəqiyi-pake’tiqat və bir abidi-safinihad demiş: "Bir gecəvaqi’əmdə gördüm ərəsati-Qiyamət qaim olmuş və mühasibi-qəza xəlqi-əvvəlinüaxirin hazır edüb, nəsbi-mizan qılmış.

Və bən mütəvəccihi-Sirat ikən Həzrəti-Rəsuli gördüm kənari-hövzi-Kövsərdə,Həsən və Hüseyn saqi olub səhrayi-məhşər mütə’əttişlərin sirab etməyə tə’yinolunmuşlar. Bən dəxi iştiyaqi-təmamla xidmətlərinə müşərrəf olub bir cür’əiltimas etdim". Həzrəti-Rəsul ayıtdı: "Sənə rəşəhati-Kövsərdən nəsib yoxdur".Mə’yus olub ayıtdım:"Ya Rəsulullah, illəti-mən’ nədür?" Dedi: "Ey qafil, [sənün] civarində birşəqi var, saqiyi-Kövsər məzəmmətin eylər və sən əhvalını müttəle’sən, mən’inəiqdam etməzsən". Dedim: "Ya Rəsulullah, mən’in eyləsəm həlakım qəsdineylər". Həzrəti Rəsulullah bir mücərrəd tiğ verüb buyurdu ki, bu tiğlə ol məl’unuhəlak et. Bən dəxi vaqi’əmdə anı qətl etdim, Rəsul xidmətinə müraciət etdikdəHüseynə əmr etdi ki, bana su verə. Nişati-təmamla bidar olduqda sübh idi.Nagah eşitdim ki, fəryad edüb derlər ki, "Filan kimsənəyi bu gecə bəstərindəzibh etmişlər". Hakim xəbərdar olub, cəmi’i-həmsayələrin töhmət ilə həbs edüb,bən dəxi ol güruha daxil idim. Çün bilirdim ki, həmsayələrin ol qəziyyədənxəbərləri yox idi sidqdən nəcat istəyüb, hakimə surəti-vaqi’ə şərh etdim. Hakimmühibbi-xanədan idi, kəlamimətəsdiq edüb ayıtdı: "Ey əziz, bən dəxi anın həqiqəti-əhvalinə müttəle’ idim,kəndu cəzasinə yetmiş, Cəzakəllahu xeyrən". Şe’r:

Tiği-batin tiği-zahirdən betər xunriz olur,Zahirü batində şəmşiri-vilayət tiz olur.

Və bu dəxi "Şəvahidün-Nübüvvət"də məsturdur ki, İbrahim bin HişamMəxzumi Mədinədə vali ikən, hər cüm’ə xəlqi minbər əyağinə cəm’ edüb vəkəndi minbərə çıxub Murtəzaya məzəmmət edərdi. Bir cümə minbər əyağindəbana xab qələbə edüb vaqiəmdə gördüm ki, Həzrəti-Rəsulun mərqədi-mübarəkişəqq olub, kafurgun libasla bir kimsənə çıxub ayıtdı: "Ey Əbdullah, səni buməl’unun kəlimatı mükəddər etməzmi?" Dedim: "Bəli, ya Rəsulullah, məluledər, əmma nə çarə hökmi-hakimi-müta’dır". Dedi: "Ey Əbdullah, müşahidə qılki, ana qəhri-İlahi nə siyasət göstərir". Bidar olub nəzər etdikdə gördüm,minbərdən düşüb həlak oldu. Şe’r:

Cami-büğzi-Murtəza nuş eyləyən nakəslərə,Saqiyi-dövran verür zəhri-həlahil aqibət.Həm görürlər aləmi-surətdə asari-bəla,Həm çəkərlər bəndü-əğlalü səlasil aqibət.

Rəvayətdir ki, ğəzveyi-Xeybərdə Həzrəti-Rəsul buyurdu ki: "Yarın rayəti birkimsəyə versəm gərək ki, çehreyi-mübarəkində nuri-"Yuhəbbətullah vərəsuləhu" dirəxşan və nasiyeyi-pakində nişani-"Yuhəbbullah və rəsaləhu" əyanola. Sabah olduqda rayəti Murtəzaya verdi. Və bu dəxi bir rəvayətdir ki, hinimühasireyi-Taif, Həzrəti-Rəsul Əli bin Əbu Talibi hazır edüb zamani-təvil anınlamüşavirət qıldı. Ləşkər mütəhəyyir qalub ayıtdılar: "Aya, sahibivəhyə nəehtiyaci müşavirət?" Həzrəti-Rəsul vaqif olub ayıtdı: "Bən kəndu rə’yimlə anaşərhi-raz etməzəm. Həzrəti-Izzət təczi etmişdür".

Və bu xəbəri-səhih Kəsandə Tirmizi isnadilə mənquldur ki. Şe’r:

Ol idi məhrəmi Rəsulullah.Sirri-zatü sifatdən agah.Katibi-nəqşi-nameyi-tənzil,Xazini-gənci-xateyi-tə’vil.Afitabi-sipehri-fəzlü kəmal,Növbəhari-riyazi-cahü cəlal.

Ol sultani-səriri-Səluni ki, afitabi-keyfiyyəti-zatı "Məşriqi-Əliyyun minn vəənə minhu"dən lame’ və əxtəri-sifatı "Ya Əli əntə minni bi-mənziləti Harun[min Musa]" sipehrindən tal’e’dür və xəzneyi-övsafindən "Ənə mədinətul’-elmivə Əliyyun babuha" bir gövhərdür, rişteyi-dürri-iştihara müntəzəm və hədiqeyiməhasinvə mənaqibindən "Səluni ’əmma dunəl-ərş" bir qönçədür, nəsimi-izahüittihazahdən mütəbbəsim. Və cümlə fəzaidən elmi ol qayətdə idi ki, bir gün[payeyi-minbəri] pabusi-şəriflə müşərrəf qılub buyurmuş ki: "Ruhum qəbzeyi-qührətindəolan Mə’bud həqqiçün ki, əgər fərman yetüb Zəburü-Tövrat və İnciltəkəllüm qılsalar, bən cəmi’iəsrarlərindən xəbər verəydim və anlar ittifaqla banatəsdiq verürlərdi".

Və ibadəti ol mərtəbədə idi ki, hər gecə xəlvətindən bin təkbir istima’olunurdu qeyri-təkbirati-fəraizi və sünəni-mə’hudə. Hilmi ol dərəcədə idi ki, birgün bir bəndəsini yetmiş kərrə ərfə’i-əsvatla tələb qıldı, cəvab eşitməyüb,müqalibəsinə təvəccöh etdükdə gördü ki, hücrə qapusində durmuş, ayıtdı: "Nişəcəvab vermədün?" Ayıtdı: "Ya Əli, istədüm ki, səni bu imtahana mə’mur edəniqəzəbnak edərəm, yə’ni İblisi". Və ol bəndəyi azad etdi, müddəti-ömründəmə’aşın qəbul etdi. Həqqa ki, bu nihayəti-hilmdir. Və təvaz’i ol qayətdə idi ki,zəmani-xilafətində ki, həddi-Məğribdən Səmərqəndədək təhtihökumətindəidi, Kufədə piyadə tərəddüd edüb, irtikabi-rükubi-xeyl etməzdi. Bir gün bə’zihəvayic alub kəndi götürüb, xadimlərinün biri ayıtdı: "Ya Əmirəlmö’minin, buxidmət rücu’in bəndəyə iltifat et".

Buyurdu ki, "Əbul-’iyal əhəqqu ən yəhmilə". Xadimə ayıtdı: "Sən xəlifeyizəmansanvə sultani-cahan, bu əməl sənə nisbət məvacibitəxfifdür". Buyurdu ki,"La-yənqusur-rəculə min əkmalihi iza həmilə liiyalihi".

Və səxavəti ol mərtəbədə idi ki, aləmi-fanidə dörd dirhəmi olub birin sirlə,birin cəhrlə və birin gecə və birin gündüz təsəddüq edüb, şə’ni-şərifində ayəti-"Əlləzinə yunfiqunə əmvaləhum bil-leyli vənnəhari sirrən və ’əaniyə-tən" nazilolub və cümlə aləmə intişar və iştihar buldu. Və fəqrü faqəyə ehtmalı ol miqdaridi ki, keyfiyyətiayəti "Və yut’imunət-tə’ala əla hubbihi miskinən və yətimən vəəsirən" məzmununda dərəceyi vüzuha yetmiş və dərəceyi-kəmaliehsanı [ayəti]kərimeyi – "və yutun əzzəkatə və hum raki’unə" mə’nasını sabit etmiş.Rəvayətdir ki, bir gün zəmani-xilafətində xəzaneyi-beytül-mala girüb,cəmiyyəti-simü zər gördükdə ayıtdı: "Ya həmra ya beyza ğurra qeyri", yəni eyzəri-zərdrüsxar, və nüqreyi-natəmam’əyar, cilveyi-dilrüba və işveyi-üqubətfəzailə qeyrə qürur verün ki, bən sizə öylə təlaq verməmişəm ki, müraciəti mümkünola və hər bir qayətdə size tərk etməmişəm ki, təcdidi-müsahibət surət bula".Şe’r:

Olsa zər xurşid, anı hifz etməzəm gərdunmisal,Nüqrə mah olsa xurşidvəş salman nəzər.Rif’ətim babindədir xaki-siyəh xurşidü mah,Himmətim yanindədir toprağə yeksan simü zər.

Və cümleyi-kəramətindən biri oldur ki, payi-dövlət rikabi-səadətə basdıqdaiftitahi-tilavəti-Kəlam edüb, sədrizinə mütəməkkin olub, bir rikaba dəxi qədəmbasınca xətm edərdi. Və "Şəvahidün-Nübüvvət" də məsturdur ki, Əsma binti ÜmeyşFatimədən nəql etmiş ki: Şəbi-zifaf ərseyi-ərz anınla təkəmmül etdiyinistima’ etdim. Sabah olduqda təhəyyür təriqilə Həzrəti-Rəsula ol halı əpz etdikdəsəcdeyi şükr edüb buyurdu ki: "Ey Fatimə, bəşarət sənə ki, zövcünə səadəti-təfzilverüb, İzəd yer yüzünün xəlqindən əfzəl etdi". Və bu dəxi "Şəvahidün-nübüvvət"də məsturdur ki, Hərbi-Siffinə təvəccöh etdikdə qilləti-ab vaqe’ olub,ləşkər yəminü yəsara tərəddüd edərkən bir deyrə yetdülər. Rahibi-deyr xəbərverdi ki, filan mənzildə birçeşmə var. Ləşkər mütəvəccih olduqları səmtdən münhərif olub, ol canibəinantab olduqda Həzrəti-Əli ayıtdı: "Qeyr canibə getmən".

Həm ol mənzildə bii səxrə görüb işarət etdi ki, götürün. Cəmi’i-ləşkər hücumedüb ol səxrəyi götürməkdən aciz oldular. Həzrəti-[Əli] əngüşti-Xeybərgüşaylaol səxrəyi götürüb altından bir çeşmeyizülali- xoşgüvar çıxub, təmami-ləşkərsirab olduqdan sonra yenə ol səxrəyi çeşmə üzərinə qoyub dəfn etdirdi. Rahib bukəraməti görüb ayıtdı: "Ey əziz, sən Rəsulmusan?" Dedi: "Yox, mənvəsiyyə-Rəsuləm".

Rahib ixlasla Rəsulullaha iman gətürüb müsəlman oldu.

Həzrəti-Əmir səbəb sual etdikdə ayıtdı: "Ya Əbəl-Həsən,mütəqəddimlərimizdən intiqal idi və kitablərimizdə məstudur ki, bu mövze’dəbir çeşmə var, anın izharı müyəssər olmaz, illa Rəsula, ya vəsiyyiRəsula. Və bugün bu kəramət səndən zahir oldu, mə’lum etdim ki, sən vəsiyyi-Rəsulsan,muradimə yetdüm".

Əlqissə, tərki-deyr edüb, mülaziməti-Şahi-Mərdan ixtiyar edüb,mülazimətində müharibələr qılub səadəti-şəhadətə yetdi. Şe’r:

Xidmət əhlinə simü zər vermək,Şahi-mülki-Hicaza adətdür.Hasili-xidməti-nəbiyyü vəliŞərəfi-rütbeyi-şəhadətdür.

Həqqa ki, Həzrəti-Əliyyi-Murtəzanun övsafi-həmidə və əxlaqi sütudəsinəistida’yi-həsri-təhrir və da’iyeyi-zəbti-təqrir xariciəhateyi- qüdrəti-bəşər və vəmüşahideyi-surəti-əhval mafövqiim’ani- nəzər[dir]. Ol cümlədəndür ğəzvi-Bədrdə və hərbi-Uhudda məlhuz olunan asari-nüzuli-La-Fəta və müqatileyiƏmrüƏntər və müharibeyi-Mərhəbi-yəhudi və qəl’i-babi-Xeybər və Hərbi-Ütbəvə Şeybə. Şe’r:

Bir sərvərin ki, şöhreyi-hüsni-xisaliçünVəssafı Həl-Əta ola, məddahı İnnəma,Layiq degil ki, eyləyə xurşidi-zatınınDamani-ittisalını aludə hər Süha.

Rəvayi-gülzari-süxən və əncümən-arayi-əxbari-köhən ol şəhriyari məsnədi-İmamətvə şahbazi-övci-vilayətin mənaqibindən əczlə inani-təsərrüf mün’ətif vəmünhərif qılub, əxbari-vəfatindən butəriqilə şəmmeyi-bəyana gətürmiş və zühura yetürmiş ki, çün məsnədi-xilafətməqdəmi-şəriflərilə ərşsay oldu və cülusimübarəklərlə hər mərkəzində qərarbuldu, İttifaqən vaqi’eyi-Cəməl və Siffin vaqe’ olub, qəziyyeyi-həkəmeyi surətbulduqda, ol mə’rəkədən Kufənün übbadü zübadınun dört bin nəfər kimsənə olşəhriyarın təhti-livayi-nüsrətindən çıxub itatətindən təmərrüd edüb dedilər: "Lahükməilla-lillah" və səkkiz min namərd dəxi ətrafü əvabindən anlara mülhəqolub, İbn Kəvakeyi kəndulərinə sərdar edüb xüruc etdilər və Həzrəti-Murtəza İbnƏbbası risalət təriqilə anlara irsal edüb nəsihət qıldı, qəbul etməyüb ayıtdılar:"Çün Əli həkəmeynə razı oldu, biz andan mübərra olduq". İbn Əbbas mə’yusmüraciət qılub, Həzrəti-Şahi-[Vilayət] qiyami-hüccət içün bizzat anlara müqabildurub nəsihət etdikcə inadləri ziyadə oldu. Ayıtdılar: "Ya Əli, günahi-’əzimetmişsən, əgər təbə qılub yenə təcdidlə tərtibi-sipah edüb mütəvəccihi-Şam olsanvə müharibə qılsan səninlə müsalihə edərüz və əgər bu müsalihəyə razı olmazsansəninlə hərb edərüz". Həzrəti-Əli ayıtdı: "Siz [ibtida] hərb etməyincə bən hərbetməzəm".

Əlqissə, hər canibədən ləşkər cəm olub təhiyyeyi-əsbabi hərb etdükcəHəzrəti-Əli anlara iltifat etməzdi, ol zəmanədək ki, fəsadları qaideyi-e’tilaldanmütəcaviz olub müsəlmanlara təğəllüb və təsəllüt edər oldular və da’iyə qıldılarki, Həzrəti-Əmir mütəvəccihi-Şam olduğun təhqiq etdikdə, Kufəyə təvəccöhedüb qarət qılalar.

Ləşkəri-İslam bu xəbərdən mütərəddim olub ayıtdılar:

"Ya Əli, Xəvaric dəf’in etməyincə heç yana getmək olmaz və bu fəsadınzərərindən təğafül etmək olmaz". Şe’r:

Həqir görmə əduyi ki, əqrəbi-kurun,Dəmi düşəndə fəsadı füzundur əjdərdən.Təsəvvür etmə ki, xəsmi-qəvidən ola əyan,Məzərrəti ki, yetər düşməni-mühəqqərdən.

Həzrəti Əmir bir növbət dəxi İbn Əbbası irsal edüb nəsihət etdi, əsəri-icabətgörməyüb, yenə kəndü bizzat anlara müqabil durub nəsihət etdikdə, ol cümlədənKəva ki, əmiri-Xəvaric idi, on nəfər əqrəbasilə Xəvaricdən rücu’ edüb və səkkizbin dəxi "Ət-tövbətü əl-tövbətü" – deyib, Xəvaricdən dönüb ləşkəri-İslamamülhəq oldular vəbaqiyi-Xəvaric Əbdullah bin Vahibi və Qərqus bir Züheyri kəndülərinə əmiredüb, canibi-Nəhrəvana təvəccöh qıldılar və Həzrəti-Əmir rayəti-zəfərayətmütəhərrik edüb, əqəblərincə rəvan oldu. Həzrəti-Rəsul bu tayifəyə Mariqindeyüb, Həzrəti-Əmirə müxalifətlərindən xəbər vermişdi və Cəbrail bunlarınxəbərin Rəsula gətürmişdi.

Və "Şəvahidün-Nübüvvət"də məsturdur ki, Həzrəti-Rəsul Murtəzaya xəbərverdi ki, hərb edəcəksən Mariqin cəmaətilə, yə’ni Xəvariclə. Və sərdarləriZülşədil nam bir məl’un ola, püstani-nisa kibi sinəsində bir ləhmi-zaid ola. Və"Nüsəxi-Isfəhani" dəlailində əsnadidürüstlə Əbu Sə’id Xəzridən mənquldur ki."Həzrəti-Rəsul xidmətində idim, qisməti-qənaimə məşğul idi. Bəni-TəmimdənZülxuvəysərə nam bir kimsənə hissəsinə razı olmayub ayıtdı: "Ya Rəsulullah,riayəti-ədd qıl. Həzrəti-Rəsul buyurdu ki. "Bən ədl etməsəm, kim edər". Faruqayıtdı: ["Ya Rəsulullah, rüxsət ver ki, bu biədəbi cəzasinə yetirəyim". Həzrəti-Rəsul] ayıtdı: "Ya Ömər, səbr et ki, "ənqərib əmsalü əqranidə xitteyi-İslamdançıxalar, necə ki, qövsi-qəvidən tiripərran və xürud edələr əfzəli-əhli-İslama. Vəmehtərləri bir müdbirisiyahçərdə olub, kətfində pestani-nisaya şəbih bir ləhmizaidola".

Həqqa ki, bən ki, Əbu Sə’idəm, bu kəlimatı Həzrət-Rəsuldan istima’ etdümvə müşahidə qıldum ki, Əli bu tayifə ilə hərb etdi və qütəla arasında mehtərlərinbulub ol nişanəyi anda gördüm". Şe’r:

Zəbani-Mustəfa mö’ciz bəyandır,Çü Cəbrili-Əminə həmzəbandır.

Rəvaytədir ki, təvəccöhi-qəzayi-Xəvaricdə, ləşkəri-Həzrəti Əmir-Nəhrəvanqürbündə bir deyrə yetüb, rahibi-deyr bir nərə urdu ki: "Ey ləşkəri-İslam,əmirinizə e’lan edin bu canibə gəlsün".

Həzrəti Əmir vaqif olub, inani-səadət ol canibi-mün’ətif edüb, deyrə yetdikdərahib ayıtdı: "Ey sərvəri-ləşkəri-İslam, bu günlər sitareyi-tale’i- İslamhübutamaildiz. Səbr et ki, dərəceyi-süudayetüb qəvi ola". Həzrəti-Əmir ayıtdı:"Ey rahib, də’viyi-hökmi-nicum edərsən, filan sitarədən bana xəbər ver". Rahibayıtdı: "Bən bu sitarədən vaqif degiləm". Həzrəti-Əmir ayıtdı: "Ey rahib, məlumoldu ki, əhvaliasiman məlumun degil, əhvali-ərzdən xəbər sorayım; hala qədəmbasdığın mənzildə nə mədfundur?" Rahib ayıtdı: "Bilməzəm. Birzərfdir bu nişanə ilə və içində bir miqdar dirəm var bu ədədlə və bu nəqş və sikkəilə". Rahib ayıtdı: "Ey əziz, bu mükaşifə sənə qandan hasil oldu?" Həzrəti-Əmirayıtdı: "Rəsulullahdan ki, xəbər vermişdi və buyurmuşdu ki, bir ləşkərlə hərbedəsən, anların ləşkərindən ondan əskik qurtula və sənin ləşkərindən ondan əskikşəhid ola". Rahib mütəhəyyir olub, imtahan üçün qədəmi altındaki yeri həfzetdikdə ol zərf müqərrər olan dirəm və nişanə ilə çıxub, rahib, filhal imanə gəldivə Həzrəti-Əmir mülazimətin ixtiyar edüb, xilmətindən Nəhrəvana mütəvəcciholdu. Şe’r:

Hər səadətməndə kim, tövfiqi-dövlət yar olur,Vaqifi-sirri-nihanü kaşifi əsrar olur.

Nəqldir ki, Cəndüb İbn Əbdullah Əzdi demiş: "Bən Murtəzaylahərbi-Cəməlvə Siffində həmrah idim, əgərçi vilayətində şəkkim yox idi, əmma Nəhrəvananüzul vaqe’ olduqda bu xatirimə yetdi ki, hərbinə iqdam etdigimiz tayifə cəm’i-zühhadüübbaddır, bunları qətl etmək əmri-əzim görünür. Sübhdən ləşkərdəndışra çıxub, sinanü rümhüm dili-zəminə möhkəm qılub, sipərim sayəban edüb,sayəsində qərar dutmuşdum. Həzrəti-Əmir tənha bəndən yana güzar edüb ayıtdı:"Ey Cəndüb, suya gümanın varmı?" Mətreyi-pürab var idi, təslim etdim,nəzərimdən qayib olub müddəti-təvildən sora peyda oldu.

Təcdidi-vüzu qılmış yanımda qərar dutdu. Bu hala müqarin bir sipahi peydaolub Həzrəti-Əmir ayıtdı: "Ey Cəndüb, bu sipahidən əhliNəhrəvan əhvalını sualet". Sual etdikdə sipahi ayıtdı: "Müxaliflər Nəhrəvanı keçdilər". Həzrəti-Əmirayıtdı: "Haşa, qələtdir bu xəbər".

Sipahi mübaliğə qıldı ki, "Vallah Nəhrəvanı übur etdilər". Bu hala müqarinbir sipahi dəxi gəlüb bu xəbəri müəkkəl qıldıqda HəzrətiƏmir hiddət ilə ayıtdı:"Əlbəttə, bu xəbər qələtdür, necə keçərlər Nəhrəvanı ki, anların mövzeyi-səfkidəmaləribu canibdədir". Bunu deyüb yerindən durdu. Mən bu göftaritərəddüdüm təmyizinə mizan etdüm və xatirimdə müqərrər qıldum ki, əgərdə’vası kizb olub, əhliNəhrəvan übur etmiş olalar, anınla qital edənlərinmüqtədası bən olam və əgər göftari səhih olub übur etməmiş olalar, ana canımıcümlədən müqəddəm fəda qılam". Haqqa ki, Nəhrəvana qərib olduqda gördümki, rayati-müxalif hənuz yerindən mütəhərrik olmamış və ol ləşkərin bir fərdiübur etməmiş. Bən rə’yimdən münfə’il ikən Həzrəti-Əmirqəfadan gəlüb kətfimi dutub ayıtdı: "Ey Cəndüb, həqiqəti-hal mə’lum oldumu?"Dedim: "Bəli, ya Əmirəl-mö’minin". Şe’r:

Ol ki, sidqü sihhəti-göftarına şəkkak ola,Ana qabildir ki, şəmşirinlə bağrı çak ola.

Rəvayətdir ki, kənari-Nəhrəvanda sipahi-Xəvaric səbzeyi-ləbi-cuybar kimi səfçəküb durduğun və ələmlərin cövlana gətürdüklərin görüb, sipahi-şahialəmpənahbiixtiyar mütəvəccih olub, bünyadi-karzar qıldılar və ol səfin sipahisinsəfheyi-ruyi-zəmindən götürməgə mütəvəccih oldular. Ləşkəri-küfr və İslam vəsipahi-nur və zəlam bir-birilə mümtəzic olub, naireyi-cidalü qital işti’al bulub,bir nəbərd oldu ki, hər nəqşi-nə’li-səmənd bir hüfreyi-qəbr olsaydı, qütəladəfninə vəfa-qılmazdı və hər zərreyi-qübar bir kuhsar olsaydı, xunabə seylinünrəhgüzarin duta bilməzdi. Şe’r:

Xakə xun tökdü zəxmdən bədxah,Lə’li-nab oldu nə’li-Düldüli-Şah.Oldu miqrazi-Zülfüqarə şü’ar:Qət’i-əqdi-səlasili-füccar.

Axirül-əmr, sübhi-zəfərdən afitabi-fəth tülu’ edüb, ləşkəri-İslama pərtövburaxdı və afitabi-məhceyi-livayi-İslam şö’leyi-atəş olub sipahi-ə’danun fərahəmqıldığu əsbabi-tədbirü əmti’ə tədarükün yaxdı. "[Fəhəb li] Vəllahu yü’əyyidu[bi-nəsrihi] mən-yəşa’u" dən nəsimi-inayəti-"Fə-qəd ca’əkumul-fəth"mütəhərrik olub və sərçeşmeyi-"İnna fətəhna ləkə fəthən mubina" dənzülaliməkrəməti-" Nəsrun minəllah" tərəşşüh qılub, ləşkəri-İslam mənsur vəsipahi-ə’da məqhur oldu və sitareyi-əhli-Həq hüsuli-sə’adət qılub əxtəri-ərbabi-bütlanəsəri-vəbal buldu.

Hər sipahın ki, olur sərdarı Şahi-övliya,Hiç şəki yox kim, nə yan əzm eyləsə mənsur olur.Hər yana kim salsa pərtöv, rövşən eylər aftab,Qanda kim, əbri-bəhar etsə güzər, mə’mur olur.

Rəvayətdir ki, ol dörd bin bədbəxtdən üç bin doqquz yüz doxsan bir nəfərməqtul olub doqquz nəfər fərar etmişidi və ləşkəri-İslamdan həman doqquzsəadətmənd dövləti-şəhadətə yetmişdi. Həzrəti-Əmir əmrilə küştələr arasındaZüşşədid dedikləri məl’uni buldular, həm ol nişanə ilə ki, Həzrəti-Rəsulullahxəbər vermişdi.

Əlqissə, Həzrəti-Sultani-Vilayət fəthi-Nəhrəvan mühümmatın sərəncam edüb,məsnədi-istiqlalda mütəməkkin olduqda, əkabirü əşrafa üz dutub ayıtdı: "Kimdirki, Kufəyə fəthnamə ilətüb nüsrətimizdən xəbər verə?" Əbdürrəhman binMülcəmi-Muradi əyağa durub ayıtdı: "Əgər icazət olursa, bu xidmətin əhliyəm".Həzrəti-Əmir ayıtdı: "Ey İbn Mülcəm, sənün bundan ziyadə xidmətin bizəyetəcəkdür, mərdanə olğıl".

Rəvayətdir ki, İbn Mülcəm diyari-Misrdən olub, Həzrəti-Osman qətlinə gələnqövm ilə həmrah gəlüb Kufədə qalmışdı. Və bir rəvayət dəxi oldur ki, HəzrətiƏmirmütəvəccihi-hərbi-Xəvaric ikən hər canibdən ləşkər tələb edüb, Yəməndənİbn Mülcəm gəlmişdi və hər kim bir töhfə gətürdikdə anın bir şəmşiri-abdarıolub, hədiyyə təriqilə Həzrəti-Əmirə ’ərz etdi. Həzrəti-Əmir andan inhiraf edüb,hədiyyəsin qəbul etmədi. İbn Mülcəm xəlvətdə Həzrəti-Əmir hüzuruna gəlübayıtdı: "Ey şahi-Düldülsəvar və ey karfərmayiZülfiqar, neyşə xəlq arasında bubəndəni şərmsar edüb hədiyyəsin rədd etdin?" Həzrəti Əmir ayıtdı: "Ey İbnMülcəm, necə almaq olur səndən bir tiği ki, sənün muradın bəndən anınla hasilolur?" İbn Mülcəm bu xəbərdən mütəvəhhim olub bünyadi-cəzə’ qıldı ki, "YaƏmirəlmö’minin, haşa ki, həzrətinizə nisbət bəndən tərki-ədəb sadir ola. Həqqaki, sənin dövləti-mülazimətün təmmənnasında tərkivətən qılmışam və səninhəvayi-xidmətin təvəllasında müqimidiyari- qürbət olmuşam". Şe’r:

Haşalillah ki, sənə bən yar ikən əğyar olam,Nəqzi-peymani xilafi-əhd edüb qəddar olam?!Arizuyi-dövləti-dünyavü din etməzmiyəm,İstəməzmi xatirim aləmdə bərxürdar olam?!

Həzrəti-Əmir ayıtdı: "Ey bivəfa, şək yoxdur ki, sən ayineyi-həyatıma qübarifənayetürürsən və şaibə yox ki, sən xanədani-vilayətdən zövqü səfa əsəringötürürsən. Şe’r:

Biganədür təriqi-vəfadan cibillətün,Bidaddır işin, sitəmü cövr adətün.Lafi-vəfayi-əhd urursan, vəli nə sud,Çün hifzi-əhd qılmağa yoxdur mürüvvətün.

İbn Mülcəmün ə’zasinə vəhmdən lərzə düşüb, rüxsari-bişərmində xilafi-adətərəqi-xəcalət zahir olub ayıtdı: "Ya Əmirəlmö’minin, əmr et dəsti-namibarəkmiqət’ etsünlər ki, bu zərər əndişəsi müztəfe’ ola". Həzrəti-Əmir ayıtdı "Heç qisascərayimə təqdim etməz, əmma müxbiri-sadiq bana bu vaqi’ədən xəbərvermüşdür".

Və bir rəvayət dəxi oldur ki, İbn Mülcəm Xəvaricdən idi, əmma HəzrətiƏmirNəhrəvana təvəccöh etdükdə fürsəti-fərar bulmayub, ləşkəri-İslam içindəqalmışdı və Həzrəti-Əmirə mülazim olmuşdu. Əlqissə, Həzrəti-Əmir olməl’unun iltimasın rədd etməyüb, Xəvaric fəthnaməsin verüb Kufəyə rəvan etdi.İbn Mülcəm Kufəyə yetdikdə şəhrə ayin bağladub, əşrafü əkabirə fəthnaməyiibraz etdi. Bu məzmunla ki: "Sipasi-biqiyas ol münşiyi-əhkami-divani-qüdrət vəmümliyi-ərqami-ünvani-hikmətə ki, təsəddiyi-ümuri-həllü əqdialəmi vətəsərrüfi-əhvali-növ’i-bəni-adəmi min heysül-istehqaq xatəmi-ənbiyaMəhəmmədəl Mustafaya müfəvvəz edüb, bu xüsusda mübəşşiri-vəhyü ilhamlabəşarətnamələr irsal etmiş. Və dürudnamə’dud ol padşahi-mülki-risalət vəsultani-səriri-nübüvvətə ki, "Əntə minni bimənziləti-harun" işarətilə andannəsəqi-hifzi-nizam və tərvici-kargahi-İslam bana yetmiş. Həqqa ki, əhateyi-hökmi-cəhanmüta’imhəm məhruseyi-dünya, həm mə’mureyi-üqbaya şamildür[və mücahidlərə nə’im baqi və mü’anidlərə cəhim haildür.] Şe’r:

Afitabi-dövlətim şəm’i-cəhanəfruzdur,Nuri-bəzməfruzi-aləm, nari-aləmsuzdur.

Qərəz bu müqəddəmədən oldur ki, daireyi-itaətimdən çıxub haşiyeyi-Nəhrəvana cəm’ olan tayifeyi-tağiyeyi-Xəvaric qəl’ü qəm’inə ləşkərizəfərəsərim,rayəti-əziməti-ğəza mütəhərrik qılub, tövfiqicəhad təmənnasiləmütəvəccih olduqda, ol bədbəxtlər "eynəmə təkunu yudrik-kumul-mövt"müqtəzasincə məfərri-nəcat və məcali-fərar bulmayub, naçar müqabilə gəlüb,xaşakvar kəndülərinşö’leyi-tiği-saiqəbarinə urub, mübaşiri-cidalü qital oldular. Əmma əqrəbzəmanda əshəli-vücuhla təlatümi-əmvaci-dəryayi-ləşkəri-İslamdan girdabi-fənayadüşüb əzabi-həyata rahəti-məmatı ixtiyar qıldılar. Şe’r:

Tiğümi ə’daya nüsrət bərqi-suzan eylədi.Feyzi-dövlət şəm’i-iqbalım füruzan eylədi.

İmdi gərəkdür ki, ə’yanü əşrafü xassü ammi-əhli-Kufə bu xəbərdən mübtəhicvə məsrur olub, təriqeyi-şükrü sipas mər’i və məsluk edələr, vəssalam".Rəvayətdir ki, müjdə sürurindən şəhri-Kufədə bir neçə gün ayin bağlanub, xəlqeyşü işrətə [məşğul] ikən bir gün İbn Mülcəm darül-əmarədən kəndü sərayinəgedərkən bir qəsrdən sədayi-dəf və nay istima’ edüb, ihtisab təriqilə mən’ etməksədədündə olub, ol qəsrə düxul etmək tədarükündə ikən qəsrdən bir neçəmüzəyyən və dilfərib övrət çıxub ol cəm’ içində bir məhbub müşahidə qıldı ki, oləsrdə andan əhsənü əcməl yox idi. Şe’r:

Buti kim, qəmzəsi qarətgəri-İslamü imandür,Xurami fitneyi-dövran, nikahi afəti-candür.Xumari-nərgisi-məsti açılmaz ta ki, içməz qan,Giriftarinə rəhm etməz, dəmadəm içdigi qandür.

Əlqissə, şö’leyi-atəşi-rüxsari İbn Mülcəmün xirməni-qərarinə bir nairəburaxdı ki, ol siyəhrüzgarın canın yaxdı. Şe’r:

Xəncəri-müjgana eylərmi həvəs canın sevən,Büt sücudindən həzər qılmazmı imanın sevən?!

Əl-həq, binayi-imanı möhkəm olsaydı, qəmzeyi-məhdudi-məcazidən rəxnəbulmazdı [və əsasi-əqlində səbat olsaydı, seyli-hadiseyi-eşqi-həvaidən mütəzəlzilolmazdı]. Ol bədbəxtin binayi-əqidəsi süst və peymani-imani nadürüst olmağınbu nəzərdən intidam bulub və bu təvəccöhdən mütəzəlzil olub, niyazi-aşiqanə ərzedüb ayıtdı. Şe’r:

Ey xurami əql bünyadindən istehkam alan,Cilveyi-naz ilə əhli-eşqdən aram alan,Qandadır, ya Rəb, məqamin, ismü övsafin nədür?Kimdür aya, şərbəti-lə’li-ləbindən kam alan?

Ol məkkareyi-səhharə ləbi-sehrəngiz açub ayıtdı: "Qəbileyi-BəniTəmimdənəm və ismim Qütamədir və bir müddətdür ki, rəqəbeyitəsərrüfümdənsilsileyi-tə’əllüqi-təzvic mürtəfe’dür və xatəmiqeydi- nikah ənamilitəcərrüdümdənmüntəze’dür". Şe’r:

Gühərim riştədən mübərradür,Cövhəri-fərdü-dürri-yektadür.

Qütamənün ləzzəti-göftari əlaveyi-eşqi-rüxsar və zövqi-rəftar olub, İbnMülcəmi-məl’unun şövqi ziyadə olmağın ayıtdı: "Ey nazənin, bən xəridari-gövhəri-vüsalın və müştaqi-dövləti-ittisalinəm, nola gər şərifi-qəbul ilə sərəfrazvə səadəti-riza ilə mümtaz edəsən". Şe’r:

Eyləsən rəğbət dilü candan tələbkarəm sana,Nəqdi-canım nəzri-vəslindür, xəridarəm sana.

Qütamə ayıtdı: "Bu bir əmri-’əzimdür, övliyamla məşvərət qılmadanmüyəssər olmaz və əqrəba və ənsabdan rüxsət almayınca surət bulmaz". Qütaməmənzilinə mütəvəccih olub, İbn Mülcəm müntəziri-cəvab olub dışrada durduqdaol məl’unə əlbiseyi-əlvanla arayişi-qeyri-mükərrər qılub və cəvahiri-gunagunlamyzəyyən olub. Şe’r:

Pirayədən ziyad olub büt lətafəti,Dövranın oldu fitnəsi, dünyanın afəti.

Cilveyi-naz ilə [qürfə] üzərinə gəlüb, İbn Mülcəmə ərzi-didar edüb cəvabverdi ki: "Ey talibi-vüsalim və müştaqi-cəmalim olan sərgərdanü heyran,gövhəri-ittisalim qiyməti giranmayə və öhdəsindən çıxan mütəsərrif olur vəşahbazi-vüsalim büləndpərvazdür, seydinə qüdrət bulan rəğbət qılur". Şe’r:

Hər kim istər vəsli-canan, tərki-can etmək gərək,Yoxsa həsrətlər çəküb, ahü fəğan etmək gərək.

İbn Mülcəmi-bədbəxt dami-eşqə giriftar və məta’i-vəslə xəridar idi,təzərrö’lə ayıtdı: "Ey məxdumə, mehrin nədür?" Qütamə ayıtdı: "Bənim mehrimüç nəsnədür: biri üç bin dirəmi-Bəğdadi və biri cariyeyi-cəmiləvə biri qətli-Əli İbn Əbu Talib". İbn Mülcəm ayıtdı: "Ey Qütamə, nəqdü cariyəməqbuldur, əmma qətli-Əli əmri-əzimdür və şüğli-vəhim". Qütamə ayıtdı:"Nəqdü cariyədən təcavüz etdüm, əmma qətli-Əli əqsayi-muradımdır, zira bənimqarındaşımla on nəfər əqrəba və ənsabım ləşkəri-Xəvaricdən idi. Anın şəmşiriabdarıilə şərbəti-fəna içmişlər, andan bu intiqamı almayınca qərarım olmaz vəbu mühümmi kifayət qılmayan vüsalimdən bəhrə bulmaz". Bu mübaliğəəsnasında İbn Mülcəmin yadına Əli bin Əbu Talibün gövtarı gəlüb ayıtdı:"Qaliba ki, bu əmr müqəddər olmuşdur və bu hökm səhifeyi-təqdirdə təhrirbulmuşdur". Ol bədbəxtin irqi-nifaqı mütəhərrik olub ayıtdı: "Ey Qütamə, buəmri qəbul edərəm bir zərblə, bəndən razı olasan". Qütamə ayıtdı: "Qəbul etdümvə bə’zi kimsənələr dəxi sənə mü’in və müzahir olmağa tə’yin edərəm. Əmmakəlamında sadiq isən, şəmşirini bana təslim et, ta şərtdən təcavüz etməyəsən".İbn Mülcəm şəmşirin ana təslim edüb, ol bədbəxt dili-pürkinə ilə mənzilinərəvan oldu.

Rəvayətdir ki, ol gün Həzrəti-Əmir sə’adəti-iqballa ğəzayiNəhrəvandanmüraci’ət qılub, cəmi’i-əhli-Kufə istiqbala çıxub tə’zim və təkrimlə ol şəhriyarışəhrə gətürdilər və Həzrəti-Əmir məscidicameə yetdükdə hərəmsərasinəgetmədən Düldüldən yenib məscidə qədəm basdı. İki rik’ət nəmaz qıldı vəcəmii-övladü əşrafü ə’yani hazır edüb, payeyi-minbəri-qüdumindən müşərrəfqılub, bir xütbə ağaz etdi həmdü sənaya müştəmil və bir nə’ti-Mustafayamöhtəvi. Və xasü ammı təriqi-və’zlə behiştə ümidvar və üqubati-duzəxdənxəbərdar etdikdən sonra canibi-yəminə nəzər salub İmam Həsənə ayıtdı: "Yabunəyyə kəm bəqa min şəhrina haza" və tərəfi-yəsara mail olub İmam Hüseynəayıtdı: "Ya bunəyyə kəm məza min şəhrina haza". Dedilər: "On beşincigündür". Və ol şəhri-Rəməzan idi. Pəs, dəsti-mübarək məhasini-şərifinə urubayıtdı: "Bu ayda bu mükərrəm [yer] bənim qanımla xəzab olur və bənim qatilimbu məclisdədür". İbn Mülcəm bu təkəllümdən heybəti-’əzim alub xəlvətdəHəzrəti-Əmir xidmətinə gəlüb ayıtdı: "Ya Əmirəl-mö’minin, səndən iltimasımbudur ki, əmr edəsən ki bənim əllərümi qət’ edüb siyasətə yetürələr". Həzrəti-Əmirayıtdı: "Haşa ki, günahdan müqəddəm qisasa hökm edəm, əmma Rəsulbana xəbər verdi ki, sənin qatilün qəbileyi-Muradidənolub, bir murad üçün sənə zərbət ura, əmma muradına yetməyə. Ey İbn Mülcəm,sənə xəbər verəyim ki, sidqi-kəlamımı andan təhqiq edəsən. Əyyamitüfuliyyətdəsənə mürəbbi olan bir yəhudi övrət idi və ol yəhudi bir gün qəzəbtəriqilə sənə ayıtdı: "Ey naqeyi-Salehi zibh edən şəqidən əşqa". İbn Mülcəmayıtdı: "Səddəqtə ya Əmirəl-mö’minin". Bu nişanədən beğayət mütəəssir olubmünfəil oldu.

Əlqissə, Həzrəti-Əmir şəraiti-məva’iz və nəsayihdən sonra məsciddənmənzilinə buyurub, bir gecə İmam Həsən məqamında iftar edərdi və bir gecəİmam Hüseyn mənzilində, əmma üç löqmədən ziyadə tənavül etməzdi. Ayıtdılar:"Ya Əmirəlmö’minin, qillətitə’ama səbəb nədür?" Dedi: "Və’deyi-mülaqati-Həqqərib olmuşdur, qərəzim ri’ayəti-təharətdür".

Rəvayətdir ki, Rəməzan ayının on doqquzuncu gecəsində ki, möv’idi-qətl idi,ol səbahədək ta’ətü ibadətə məşğul olub, hər saət səhni-sərayə çıxub, asimanənəzər qılub, intizari-və’də çəküb dedi ki: "Sədəqə Rəsulullah. Həqqa ki, hərgizRəsulullahın qövlü xilaf olmaz və lövhi-qəzadə təhrir olan xətti-təqdir mütləqatəğəyyür bulmaz". Şe’r:

Hər nə kim, təqdirdür, təğyir bulmaz, ey könül,Lövhi-təqdirün xəti hərgiz pozulmaz, ey könül.

Ol zəman ki, mürği-səhər bu müsibətxaneyi-məlaləfzada suzü güdazlazəmzəməyə ağaz etdi və müəzzinlər sürudi ərbabi-ibadət səm’inə yetməyə və’dəyetdi, ol müqtədayi-aləm və pişvayi-növ’ibəni-Adəm vüzu tazə qılub dışraçıxmağa əzm etdikdə, İttifaqən ol sərayi-fərəhfəzada bir neçə mürğabi olub,rəhgüzarinə gəlüb, daməni-ismətin dutub zəbani-hal ilə fəryada gəldilər.Bənatimütəhhərat anların mən’inə iqdam etdükdə Həzrəti-Əmir ayıtdı: "Eycigərguşələr, mən’e tmən ki, bunlar bənim matəmim dutanlardır". İmam Həsənayıtdı: "Ey məxdum, bu nə fali-namübarəkdür?" HəzrətiƏmir ayıtdı: "Eyfərzəndi-səadətmənd, könlüm bu gün şəhadətimə şəhadət verür". Bəs cəmi’iövladınhazır edüb, bir-bir məvaidə qılub bu məzmununi bəyana çəkərdi. Şe’r:

Canə yetdim möhnətü dərdü bəlayi-dəhrdən,Eylədim əzmi-səfər möhnətsərayi-dəhrdən.Meyli-seyri-laləzari-cənnət etdüm neyləyim,Qönçəvəş könlüm dutuldu təngnayi-dəhrdən.Necə bir avarə qılsun gərdişi-gərdun bəni,Necə, bir könlüm figar olsun cəfayi-dəhrdən?!

Əlqissə, mütəvəccihi-məscid olub, bangi-nəmazın əda qılub, nəmaza məşğuloldu və rəğbəti-təmamilə adəti-mə’hud üzrə dərgaha təvəccöh qıldı. Həm ol gecəİbn Mülcəmi-bədbəxt Qütameyi-məl’unə sərayinə gedüb və Qütameyi-bədsəadətİbn Mülcəmün tiği-bidiriğin zəhrlə sirab edirüb və Mərvan Təmimi və Şis İbnBəhri-Əşcə’i peyda qılub, anın mü’avinətinə müqərrər qılmışdı. Ol üç həramzadətəmamişəb məşğuli-şürbi-xəmr olub, kilabmanənd sübhdən məsti-xab ikənQütamə ki, müntəziri-izhari-fəsad idi, avazi-bangi-nəmaz istima etdikdə olqafilləri bidar edüb ayıtdı: "Ey bixəbərlər, durun ki, Əli məsciddə tənhadır". İbnMülcəmi-biəman ol [iki bədbəxt ilə], əfzəlizəmanın qətlinə yekcəhət olub,sür’ətlə məscidə gəlüb, kəndusin xab edənlər silkinə buraxdı. Həzrəti-Əmirtəhiyyəti-məscid ədasından sonra xüftələri bidar etməgə təvəccöh qılub, İbnMülcəmi ki, müqəddəmi-ərbabi-qəflət idi, mübarək qədəmilə tənbih edüb ayıtdı:"Qum və səlli". Və təcavüz edüb, yenə mehrabə gəlüb nəmaza məşğul oldu.İbn Mülcəm ol iki bədbəxti dəxi oyadub ayıtdı: "Durun, fürsət qənimətdür". Və"Tarixi-Təbəri" və bə’zi təvarixdə böylə məsturdur ki, Əmir hənuz bangi-nəmazaməşğul idi ki, ol həramzadələrün ikisi məscid qapusının iki tərəfində durub vəİbn Mülcəm məscidə girüb müqərrər etdilər ki, müqəddəm ol iki namərd zərbəedələr, əgər heç biri kargər olmasa, İbn Mülcəm təmam edə.

Əlqissə, Həzrəti-Əmir məscidə qədəm basdıqda, Mərvan Təmimi tiğ buraxdı,rədd olub taği-dərgahi-məscidə uğradı. Anın əqəbincə Şis İbn Bəhr şəmşir həvaləqıldı. Kargər olmayub fərar etdilər və Həzrəti-Əmir dilü canla şəhadətə rağibolmağın iltifat etməyüb nəmaza iştiğal etdikdə İbn Mülcəmi-bədbəxt fürsətbulub, səcdeyi-uladan baş götürdükdə fərqi-mübarəkinə şəmşiri-zəhraludyetürdi. İttifaqən ol mövze’yə yetdi ki, ruzi-hərbi-Xəndəq Əmr bin Əbdüvədtiğilə qıldı.

Həzrəti-Əmir ayıtdı: "Fuztu bi-rəbbil-kə’bəti", yə’ni damiqəmdən nəcatbuldum və dairei-ələmdən azad oldum.

İbn Mülcəmi-bədbəxt bu hərəkət südurindən sonra fərar edüb, avazə düşdüki: "Qutilə Əmirulmu’minin".

Əhli-Kufə siğarü kibar mütəvəccihi-məscid olub və Həsən və Hüseyn ittila’bulub cameyi-çak və dideyi-nəmnakla hazır olduqda, gördülər qəndili-mehrabiİmamətsəngi-bidadla şikəst bulmuş və nihali-nəxlistani-vilayət sərsəri-cəfa iləpaymal olmuş. Səri-niyaz qədəmi-mübarikinə qoyub fəğanə başladılar. VəHəzrəti-Əmir dəmbədəm fərqi-mübarəkindən xunabəyi alub, rüxsari-lətif vəməhasini-şərifinə sürüb mübahat edərdi ki, "əlminnətü-lillah, sə’adəti-şəhadətnəsibim olub, bu nişanə ilə tövfi-bargahi-kibriya və mülaqati-Həzrəti-Mustəfa vəmüşahideyi-didari-Zəhra və müsafiheyiHəmzeyi- seyyidi-şühəda və müxaliteyi-Cə’fəri-Təyyar etsəm gərək və bu seylabi-xunabla zövrəqi-muradım rəvanə olubmənziliməqsuda yetsəm gərək". Şe’r:

Şükr kim, baği-muradım gülü açıldı bu gün,Həq bəni vasili-iqlimi-bəqa qıldı bu gün.

Şəhzadələr "Va veyla va musibətah" – deyüb və xassü ammiKufə şəraiti-’əzaya iqdam edüb derlərdi. Şe’r:

Ey sipehri-bivəfa, bihudə dövran eylədün,Qəsdi-din etdin, binayi-şər’i viran eylədün.Sərnigun qıldın ibadət minbərü mehrabini,Mə’bədi-İslami topraq ilə yeksan eylədün.Ləşkəri-İslami qoydun sərvərü sərdarsız,Noldu, ey zalim ki, qəsdi-Şahi-Mərdan eylədün?!

Əlqissə, Həzrəti-Əmirin zəxmin bağlayub sual etdilər ki: "Sənə kimdən vaqe’oldu bu cəfa?" Buyurdu ki: "Səbr edün, ’əyan olacaqdır, yəqin ki, bu əməlmürtəkibin Həq rüsva qılacaqdur". Bu hala müqarin Şis İbn Bəhr fərar edübgedərkən bir kimsənə anı müztərib görüb sual etdi ki: "Məgər sənsən qatiliƏmirəlmö’minin?"İnkar etmək istədi, zəbaninə iqrar cari oldu. Xəlqi-Kufə onuləgədkub etdilər. Əmma İbn Mülcəmi-münafiq məsciddən çıxub, hücrəsinə girübəsbab və əslihəsin buraxmaqda ikən Kufə əhlindən bir kimsənə anı gördükdəgümanadüşüb ayıtdı: "Məgər sənsən qatili-Şahi-Mərdan?" Ol məl’un "a" deməkdən"nə’əm" dedi. Ol kimsənə giribanın dutub məscidə gətürdi.

Və bir rəvayət dəxi oldur ki, məsciddən çıxub səhraya mütəvəccih ikənHəmədan qəbiləsindən bir kimsənə anı gördü əlində şəmşirixunalud, cür’ət edübol məl’unu dutub, hücumi-ammlə bağlayub, məscidə gətürdi. Həzrəti-Əmir olməl’una itab təriqilə ayıtdı: "Ey bəradər, məgər bəndə ləyaqəti-əmarət yox idi ki,vücudum rəf’ etməgə iqdam etdün". Dedi: "Mə’azəllah". Həzrəti-Əmir ayıtdı:"Pəs, nə bais oldu ki, övladimi yetim qoyub xanədanimə rəxnə buraxdun?" İbnMülcəm ayıtdı: "Ya Əmir, həsənatdan qeyr səndən mənə yetməmişdür, əmma nəçarə, "Kanə əmrullahi qədərən məqdurən".Həzrəti-Əmir buyurdu ki: "Anı həbs edün və bən həyatda olduqca bəntənavül etdigüm tə’amü şərabdan ana verün və cəfa qılman. Əgər bən buqəziyyədən nəcat bulsam, səlah bənimdür və əgər nəcat bulmasam, ol bənə birzərb urdu, siz dəxi ana bir zərb urun".

Həsbül-fərman İbn Mülcəmi həbs edüb, Həzrəti-Əmiri Həsən və Hüseyn birfəraş üzərə götürüb məsciddən çıxardılar. Ol saət əsərisübhi-sadiq peydaolmuşdu. Həzrəti-Əmir ayıtdı: "Ey cigərguşələr, bəni mütəvəccihi-məşriqdutun". Mütəvəccihi-məşriq olub ayıtdı: "Ey sübhi-sadiq, ol Pərvərdigarhəqqiçün ki, anın şövqilə giribanım çakdür, ruzi-məhşər şəhadət verəsən ki,Həzrəti-Rəsuldan tə’liminəmaz alduğum gündən bu günədək sən bəni qafilbulmayub, həmişə bən sənə istiqbal etmişəm". Andan sonra təvəccöh asimanaedüb ayıtdı: "İlahi, bu əhvala sən güvahsan; ruzi-məhşər ki, yüz iyirmi dörd binpeyğəmbər və ərvahi-övliya və şühəda ərş altında hazır olalar, şəhadət verəsən".Hüzzari-məclis xüruşü qülqülə ağaz etdilər. Şe’r:

Cəhanı əbri-afət qərqi-sejli-iztirab etdi,Dili-əhli-vəfani atəşi-heyrət kəbab etdi.Mədəd kim, dövri-zalim ruzigarın rövnəqin pozdu,Fəğan kim, aləmi gərduni-dunpərvər xərab etdi.

Əşrafi-Əhli-Beyt iztirabi-təmamla fəryadü fəğan etdikcə Həzrəti-Əmir anlaratəsəlli verüb derdi: "Ey şahzadələr, bən Mustəfa xidmətinə və Zəhra söhbətinəmüşərrəf oluram, bənim üçün təəssüf çəkmən və cəzə’ qılman; zira bu gecəvaqiəmdə gördüm ki, Həzrəti-Rəsul astini-mübarəkilə çehrəmdən qübari-küdurət pak edərdi. Bu dəlildir ki,çehreyi-canimdən qübari-bədən rəf’ olur". Şe’r:

Xoş ol zəman ki, çıxub Yusifim bu zindandan,Qübari-tən ola mərfu’ çehreyi-candan.

Rəvayətdir ki, Həzrəti-Əmir üzərinə cərrah gətürdilər. Cərrah ol zəxmi-münkərənəzər qıldıqda fəryada gəldi ki, "Bu, zəxmün şəmşirinə zəhrabvermişlər, cərəhati qabili-əlac degil". Və bir rəvayət dəxi oldur ki, cərrahdanmüqəddəm Ümm Gülsüm İbn Mülcəmi həbsdə görüb ayıtdı: "Ey bədbəxt, bu nəəndişeyi-batildi ki, qıldun Həzrəti-Əmirə, behər hal sənün zəxmin əsər qılmaz,əmma sənün halın nolur?" İbn Mülcəm ayıtdı: "Ey xatun, bən ol tiği bin altunaalub və bin altun dəxi verüb zəhrlə sirab etmişəm, cərahətindən aman mümkündegil". Və bu vaqi’ə Rəməzan ayının igirmi birində idi. Həzrəti-Əmir vəsiyyətyazub, övladları ilə vida’ edüb, Ümm Gülsümə ayıtdı: "Ya binti, əğliqi ’la əbikil-babə".Ümm Gülsüm hicrə qapusın məsdud edüb, Həsən və Hüseyn dışradagiryan-giryan otururkən nagah bir səda eşitdilər ki, bir hatif derdi: "Əfəmənyəlqa finnarə xeyrun əmmən yə’ti aminən yovməl-qiyaməti". Və bir hatif dəxiderdi: "Bəli mən yə’ti aminən yovməl-qiyaməti". Və bir rəvayət dəxi oldur ki,hücrədən "Lailahə illəllah Muhəmmədən Rəsulullah" kəliməsin istima’ etdilər.Şahzadələr biixtiyar hücrəyə girdikdə gördülər aləmi-bəqayə intiqal etmiş."Şəvahidün-Nübüvvət"də məsturdur ki, Əhli-Beyt demişlər: "Həngamivəfati-Murtəza qeybdən bir səda gəldi ki: "Çıxın hücrədən, bu bəndeyi-pake’tiqadi kəndu halinə qoyun". Biz hücrədən çıxdıqda hücrədən bir səda gəldiki: "Diriğa, Məhəmmədi-Mustəfa vəfat etdi və Əliyyi-Murtəza şəhid oldu. Aya,kimdür anlardan sonra ri’ayəti-ümmət qılan!" Bir hatif dəxi nida yetürdi ki,anların sirətlərilə mütəxəlliq olan avaz sakin olduqda hücrəyə girdük, gördükmüğəssəl və mükəffən olmuş. Üzərinə nəmaz qılub götürdük. Və bir rəvayətdəxi oldur ki, Həzrəti-Əmir vəsiyyət etdi ki: "Bən köçdükdə divarisəradən birlövh peyda olur, bəni ol lövh üzərinə buraxun, gögdən kəfən və hənut zahir olur,təğsilü təkfinim təmam olduqda, bəni bir tabuta qoyub səhni-səradə qoyun.Üzərimdə bir növbət İmam Həsən və bir növbət İmam Hüseyn nəmaz edüb,tabuti götürün, hər qanda ki, səri-tabut meyli-xak edərsə ol büq’əyi həfr edün.Sacdan bir tabut çıxar bəni ol tabutla anda dəfn edün". Və bu dəxi"ŞəvahidünNübüvvət" də məsturdur ki, Həsən və Hüseynə vəsiyyət etmiş ki:"Məni tabuta qoyub götürün, Qəribeyn deməklə mə’ruf zəminə ilətüb anda birzümürrüdfam həcər zahir olur, bənim mədfənim andadür".

Vəsiyyət müqtəzasincə əməl qılub, hala məşhur olan məqamda dəfn etdilərvə təə’rrüzi-süfəhadan ehtiraz edüb, qəbri-mübarəkin məstur qıldılar. Və həmişəməstur idi ol zamanədək ki, Harunərrəşid müstövli oldu. Bir gün ol nəvahidəşikar edərkən bir püştə gördü ki, bə’zi canvərlər onda mütəhəssin olmuşlar və hərnecə ki cəvarih buraxdılar canvərlərə meyil etmədilər. Bu hala mütəhəyyir olubbir pirə ol qəziyyə sirrin sual etdikdə ayıtdı: "Əcdadimdən istima’ etdüm ki,mərqədi-Əli İbn Əbi Talib bundadur". Harunərrəşid tərki-şikar edüb, olmövze’də təcəssüs edüb, əsərin görüb mə’mur etdi. Əyyamihəyatındə anıziyarətgah etmişdi.

Əlqissə, şahzadələr Şahi-Mərdanı gecə ikən götürüb Kufədən çıxarubvəsiyyət etdügi mənzildə dəfn etdürüb müraciət qıldıqda ’əzaya məşğul olub,xəlqi-şəhr dəf’ə-dəf’ə gəlüb şəraiti-tə’ziyət əda qılurlardı. Əmma hər necə istifsaredələrdi ki, şahzadələr Həzrəti-Əmirün mərqədi-münəvvəri və məşhədi-mü’əttəriqandadur, ta ziyarəti-şərifinə müşərrəf olub qibleyi-hacat edəlüm. Şe’r:

Billah ol şahi-şəhriyar qanı,Sərvəri-əhli-ruzigar qanı?Cümleyi-dərdimiz təbibi olan,Məzhəri-lütfi-kirdigar qanı?Ol əgər getdi isə aləmdən,Ol məqam etdügi məzar qanı?

Qət’ən əsər bulmazlardı [və] məzarından vaqif olmazlardı. Rəvayətdir ki,Həsən və Hüseyn Həzrəti-Əmiri dəfn edüb müraciət qıldıqda bir fəqirə sataşdılarki, avazi-həzinlə fəğan edərdi; halın sorduqda ayıtdı: "Ey əzizlər, bən qəribiməhcuram,möhnətim çox,qəmxarım yox". Dedilər: "Bu övqatda qəmxarın kİmdi?" Dedi: "Bir il miqdarıidi ki, hər gün bu şəhərdən bir şəxs üzərimə gəlüb bənimlə müanisət qılub,cəmii-mayəhtacım hazır edüb gedərdi". Dedilər: "İsmi nədür?" Dedi: "Isminsordum, cəvab verdi ki, bənim mərhəmətim rizayi-Həq içündür, şöhrət içündegil". Dedilər: "Surətü hey’əti nədür?" Dedi: "Bən ə’mayəm, əmma bu qədərbilürəm ki, iki gündür üzərimdən qədəm çəküb əhvalımdan nəzəri-iltifat diriğedübdür". Dedilər: "Nişaneyi-ətvarı nədür?" Dedi: "İştiğali-təsbih və təhlildür;həqqa ki, sədayi-təsbihü təhlilinə məlaikədən cəvab eşitdim, bəlkə dərü divardantə’zimü təkrimin ehsas etdim və hər saət mücalisətimdən məsrur olub derdi:"Miskinun caləsə miskinən və qəribun caləsə qəribən". Şahzadələr bu xəbərdəngiryan olub ayıtdılar: "Ey dərviş, bu nişanələr Əli bin Əbu Talib nişanələridir".Və dərviş ayıtdı: "Ey məxdumzadələr, ana nə vaqe’ oldu?" Dedilər: "Bir bədbəxtanı şəhid etdi və hala biz anın mərqədindən gəlirüz". Dərviş ol xəbərdənmüztərib olub, fəğana başladı, ayıtdı: "Ey şahzadələr, cəddi-büzürgvarınız vəpedəri-alimiqdarınız hörməti həqqiçün ki, bəni ol sərvərin məzarı üzərinə hidayətqılun". Şahzadələr rəhm edüb, bir əlin Həsən və bir əlin Hüseyn dutub Həzrəti-Əmirinmədfəni-şərifinə yetürdilər. Ol dərviş qəbr üzərinə düşüb ayıtdı: "İlahi,bu mərqədi-şərif hörməti həqqiçün bəni qəmxarsız qoyma, ol qəmxara vasil et".Duası müvafiqihökmi- qəza olub, filhal nəqdi-can nisari-mərqədi-Şah etdi". Şe’r:

Qətrə dəryaya ittisal etdi,Zərrə xurşidə intiqal etdi.

Şahzadələr ol dərvişin üzərinə nəmaz edüb, həm ol mövze’də dəfn etdilər.Filvaqe’, vəfati-Şahi-Mərdan Şəhidi-Kərbəlaya nisbət ə’zəmiməsaib və əkbərinəvaibidi. Zira cəmi’i-məkkarədən hisni-həsin və hisari-mətin olub, mənhəciməaribdi. Lacərəm qürubi-aftabi-şövkəti mövcibi-istilayi-zülməti [-zülmü] fəsadolub, izaleyi-zilli-rə’fəti baisi-iqtizayi-tüğyani-üdvanü ’inad oldu. Şe’r:

Şahın himayətində ikən hərgiz etmədi,Gülzari-xanədana nəsimi-bəla güzər.Qətlindən ol şəhin nəmi-xunab çəkmədənAli-Əbaya nəxli-bəla vermədi səmər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets