Həzrəti Sultani-səriri-Kibriya və maliki-mülki-"Tö’til-mulkə mən tə’şau"xəvasi-dərgahi-rif’ət dəstgahinə irşad təslimü təvəkkül qılub, cəvabi-tə’nütəərrüz tə’lim etmiş ki "Qul lən yusibəna illa makətəbəllahu ləna huvə məvlanavə ələllahi fəl-yətəvəkkəlilmu’minunə" və nəvvabi-bargahi-aləmpənahinəihdayi-səbili-səbrü təhəmmül edüb, bu ibarətlə təskin və təmkin vermiş ki, "Vəmasəbrukəilla billahi". Şe’r:

Sənə gər mənzili-məqsudə yetməkdir murad, ey dil,Pərişan gəzmə hər canib, rəhi-səbrü təhəmmül dut.Tərəddüd pəncəsindən cəhd edüb qurtar giribanın,Kəfi-ixlaslə damani-təslimü təvəkkül dut.

Həqqa ki, nihali-rizayi-İzədi-Cəbbar cuybari-təslimü təvəkküldən sirabolmayınca andan ictinab etməz, dəvami-ne’mət və tə’tifi-əzhari-bəqayi- sə’adətmümkün olmaz və çiraği-iqbali-qürbi-dərgahi-İlah atəşi-səbrü təhəmmüldənizaət almayınca əhli-zülmət sərasın münəvvər qılmaz. Şe’r:

Kimi kim, sevər saqiyi-ruzigar,Ana sağəri-səmmi-qatil verür.Kimün kim, bilür ehtiramın rəva,Ana cami-zəhri-həlahil verür.

Çün, vüqu’i-məsaib və hüdusi-nəvaib lazimeyi-vücudi-aləmdür, bəlkə əksəriəczayi-tərkibi-aləm hürufi-ələmdür, lacərəm hərməzərrətləri müsibəti-qeyri-mükərrər və əhli-cəzə’ həmişə müəzzəb- müsibətolmaq müqərrərdür. Şe’r:

Cəzə’ təqdirə çün təğyir verməz,Qəzayi-mübrəmə tə’xir verməz.Bəla vəqti ana rəğbət xətadür,Bəla üzrə cəzə’ həm bir bəladür.

Əlhəq, daireyi-təslimü təvəkkül bir həsari-müstəhkəmdür ki,mütəhəssinlərinə şəbixuni-sipahi-nəvaibdən əsəri-afət yetməz və məqami-təfvizbir hisni-mətini-mübrəmdir ki, mütəkkinlərinə hücumi-seylabi-hadisə tə’siri-afətetməz. Hər ayinə dövran bəzminün zəhri-müsibəti əhli-təslimə şəhdi-səfadür vəfələki-cəlladın tiğisiyasəti ərbabi-təfvizə miftahi-gəncineyi-ətadür. Şe’r:

Mə’nidə zəhrlə dolu bir şişədir sipehr,Andan pür eyləyüb qədəhi-mehri hər səhərSaqiyi-dəhr xəlqə bərabər dutar, vəli,Təhsin ana ki, etməyüb ol zəhrdən həzərNuş edə öylə kim, şəhi-dünyavü din Həsən,Nəqdi-nəbi, çiraği-mələk, zübdeyi-bəşər.Pabəsteyi-səlasili-hüsni-rizayi-dustSərməsti-nəş’eyi-meyi-xunabeyi-cigər.

Bu məzmun məsturi-şərəfnameyi-"Şəvahid"dür, bəlkə mö’təqidi-əkabiri-ərbabi-əqaid ki, Həzrəti-İmam Həsən ikinci İmamdır ə’immeyi-isna əşərdən vəkünyəti-şərifi Əbu Məhəmməd və ləqəbi-lətifi Nəqi və tövfiqi-viladəti hicrətinüçüncü ilində Rəməzan ayının əvasitində Mədineyi-münəvvərədə vaqe’ oldu."Səhifeyi-Rəzəviyyə" də məsturdur ki, Əsma binti-Ümeyşdən nəql olunub ki,demiş: "İmam Həsən viladətində mən qabilə idim. Ol afitabi-övci-sə’adətasimani-ismətdən füruzan olduqda və nihali-gülşəni-vilayət hədiqeyiiffətdənnəşvü nəma bulub fəzayi-vücuda gəldikdə Həzrəti-Rəsul vaqif olub, Fatiməhərəmsərasinə sayeyi-sə’adət buraxub, şahzadənün izarinə əmr etdi. Bən İmamHəsəni bir kəhrəbayi xirqəyə sarub xidmətinə gətürdüm. Həzrəti-Rəsul lütfləayıtdı: "Ey Əsma, sənə kərratla demədimmi ki, bənim övladımi sarı xirqəyəsarma". Bən dəxi həsbülişarə anı bir kafurfam xirqəyə sarub mübarək əlinəverdüm, Həzrət ana təlqini-bangi-nəmaz edüb, Həzrəti-Əlidən sual etdi ki,"Bu tiflə nə nam tə’yin etdün?" Murtəza ayıtdı: "Ya Rəsulullah, övladıntəsmiyəsində həzrətinə təqəddüm etməzəm, əmma xatirimdə bu idi ki, səlahişərəfinolsa Hərb [təsmiyə] edəm, ya Həmzə".

Həzrət [m-Rəsul] buyurdu ki: "Hökmi-Xuda müqəddəmdür". Bu halətdəCəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, [Həzrəti Əliyyi-Ə’la] [sənə] səlamirsal edüb buyurdu ki, Əli sənə Musaya Harun mənziləsindədür, anın oğlunHarun oğlunun ismilə mövsum et". Həzrət buyurdu ki, anın ismi nədür? Həzrəti-Cəbrail ayıtdı: "Şəbbər və Şəbbər siryani dilində Həsən deməkdür". Pəshəsbül-hökm ol məxdumzadənin ismi-şərifin Həsən etdilər. Rəvayətdir Ənəs binMalikdən ki, İmam Həsən əşbəhi-övlad idi Həzərti-Rəsulullaha və "Səhifə"dəBən Ğarib nəqlilə məsturdur ki: "Gördüm bir gün Həzrəti-Rəsul İmam Həsəniköksünə alub buyurdu: "Əllahummə innə uhibbəhu fəəhibbihi", yə’ni buşahzadəyi bən sevərəm, sən dəxi [sev]". Və dəxi buyurdu ki, "Bən bu şahzadəyisevərəm və sevəni dəxi sevərəm". Əbu Hüreyrədən mənquldur ki, dedi: "Hərgizİmam Həsənün rüxsari-şərifin görmədüm km, ləzzəti-fərəhdən çeşmimi çeşməçeşməşadabi-sürur tökmədi.

Bir gün Həzrəti-Rəsul məsciddə ibadətə məşğul ikən İmam Həsən hazır olub,kənari-şərifinə çıxıb gisuları ilə mülaibə edərdi; Həzrəti-Risalət rüxsarinrüxsarinə sürüb derdi: "Əllahummə əhibbəhu və əhibbə mən yühibbəhu". Şe’r:

Məhi-gərduni-iffətü ismət,Həm Həsən namü həm həsənsirət.Əvvəlin gövhəri-xəzaneyi-cud,Axirin nəqşi-kargahi-vücud.Mətlə’i-nəzmi-Əhli-Beyti-Nəbi,Nuri-çeşmi-Məhəmmədi-ərəbi.Lə’li-nabi ki, ruhpərvər idi,Qeyrəti-şəhdü rəşki-şəkkər idi.Dövri-zalimdən oldu zəhraşam,Zəhr lə’lin qılub zümürrüdfam.Cigərin parə-parə qıldı anın,Əxgərini şərarə qıldı anın.Amm olub bir şərarənin əsəri,Bir cigər dağı oldu hər şərəri.

Sünəni-Tirmizidə məsturdur İbn Əbbasdan ki, Həzrəti-Rəsul bir gün İmamHəsəni kətfi-mübarəkinə alub dışra çıxdı. Səhabədən biri ayıtdı: "Nə’əm əlmərkəbu".Həzrəti-Rəsul iltifat təriqilə ayıtdı: "Nə’əm ər-rakibu". "Şəvahid"dəməsturdur ki, bir gün Həzrəti Rəsul məclisə gəlüb, İmami-Həsəni hazır edübhüzzara ayıtdı: "Bənim bu xələfim seyyiddür və sərvərdür və əqrəb zəmandabunun səbəbilə-islah ola iki güruhun arasında". Və övzəhi-dəlaili-fəzailiHəsən vəHüseyn bu yetər ki, Həzrəti-Rəsul buyurmuş ki, "Əl-Həsənu vəl-Huseynu seyyidaşubbani-əhlül-cənnəti". Və kitabi-"E’lami-Vəra"da İbn Əbbasdan nəqldür kidedi: "Bən Həzrəti-Rəsul xidmətində idim, Fatimə giryan-giryan gəlüb ayıtdı:"Ya seyyid, Həsən və Hüseyn hücrədən çıxub müddəti-qeybətləri imtidad bulduvə Həzrəti-Əli hazır degil ki, mütalibət qıla, çarə nədür"? Həzrəti Rəsulullahayıtdı: "Ey Fatimə, qəm çəkmə ki, Həzrəti-İzəd anların hifzinə bizdən övladır".Pəs, du’a qıldı ki, "İlahi, ol şahzadələri əgər dəryada isə zövrəqi-inayətlə kənarayetür və əgər səhrada isə bədrəqeyi-hidayətlə mənzilə gətür". Filhal Cəbrailnüzul edüb ayıtdı: "Ya Rəsulullah, anlar əfazili-əhli-dünya və ə’azimi-əhli-üqbadırvə validələri anlardan ə’ladür; heç ələm çəkmə, ol şahzadələrBəniünNəccar həzirəsində asayişdədürlər və Həzrəti-İzəd iki firiştə anlarunhifzinə müvəkkil edüb, balü pərlərin anlara ğita və fəraş edüb xidmətlərinəməşğuldürlər".

Həzrəti-Rəsul ol həzirəyə rəvan olub, İmami-Həsəni götürdi və İmamHüseyni bir firiştə götürüb gəlürkən Əbu Əyyubi-Ənsari firiştəyə ehsas etməyübtəsəvvür etdi ki, şahzadələrin ikisi dəxi Rəsulullahdədür. Təhəhhüm qılub ayıtdı:"Ya Rəsulullah, bu iki şahzadənin birin bənə ver bən götürəyəm ki, həzrətinizəsəbükbarlıq hasil ola". Həzrəti-Rəsul ayıtdı: "Ey Əyyub, bunlar mükərrəmlərdürdünyada və möhtərəmlərdür üqbada. Validələri kəndülərdən əşrəfü əfzəl". Pəs,canibi-səhabəyə təvəccöh qılub ayıtdı: "Ey qövm, xəbər verəyim sizə cəddücəddə cəhətindən əşrəf kimdür?" Dedilər: "Kimdir, ya Rəsulullah?" Buyurdu ki,"Həsən və Hüseyn ki, cəddləri Rəsul və cəddələri Xədiceyi-binti-Xüveyləddür,əşrəfi-qəbailiərəb". Dedi: "Xəbər verəyim valid və validə cəhətindən kimdürəşrəf?" Dedilər: "Kimdür?" Dedi: "Həsən və Hüseyn ki, validləri Əli İbn ƏbiTalibdür və validələri Fatimə binti-Rəsulullah". Dedi: "Xəbər verəyim sizə ki,xalü xalə cəhətindən kimdür əşrəf?" Dedilər: "Kimdür? Dedi: "Həsən və Hüseynki, xalləri Qasim İbni-Rəsulullah və xalələri Zeynəb binti-Rəsulullah". Dedi:"Xəbər verəyim sizə əmmü əmmə cəhətindən kimdür əşrəf?" Dedilər:"Kimdür?" Dedi: Həsən və Hüseyn ki, əmmləri Cəfəri-Təyyar və əmmələriÜmmü Hani binti-Əbi Talib. Şe’r:

Qandadur böylə bir şərəflü nəsəb,Mə’dəni-fəzli-izzü elmü ədəb.Sifəti-Həzrəti-Hüseynü HəsənCümleyi-kainatədür rövşən.Ol biri paki-nəqdi-Mustəfəvi,Bu biri nuri-çeşmi-Murtəzəvi.Ol biri bədri-asimani-kəmal,Bu biri sərvi-cuybari-cəmal.Ol biri afitabi-övci-yəqin,Bu biri gülbüni-hədiqeyi-din.Hər biri bir hümayi-cilvənüma,Rəfə’əllahu iqtidarəhuma"

Rəvayətdir ki, İbn Zübeyrlə səfərdə ikən bir gün nəxlistana yetdilər ki,nəxllərində əsəri-təravət qalmamışdı! Anda qərar dutub İbn Zübeyr arzu qıldı ki,nolaydı bu dirəxt[lərdə] rütəb zahir olaydı. Həzrəti-İmam Həsən ruyi-niyazdərgahi-biniyaza dutub, du’aya iştiğal edüb duası icabətə yetdi. Filhal bir nəxltəravət peyda qılub rütəb zahir etdi. Bə’zi şəkkaklar anı sehrə həml etdikdə,Həzrəti-İmam ayıtdı: "Bu sehr degil, əmma əsəri-feyzi-Həzrəti-Rəsulullahdür".Əlqissə, ol şahzadələrə mənsub olan kəramatü vəlayat əhateyi-həsrə gəlməzvə bu müxtəsərdə mərqum olmağa qabil olmaz". Şe’r:

Həsən vəsfinə yoxdur həddü qayət,Vəfa qılmaz ana həsri-rəvayət.Sözü zikri-səfi hər əncüməndür,Dəlili-hüsni ol bəs kim, Həsəndür.

Əmma raviyi-əxbari-cigərsuz və haviyi-əsari-qəmənduz bu təriqlə olşəhzadeyi-aləmpənahun vəqayei-əhvalindən xəbər vermiş və bu sürudlazümzümeyi-əxbari-şəhadətin-məsami’i-əhli-ruzigara yetürmiş ki, çün Həzrəti-Şahi-Övliya səriri-xilafəti ol Həzrətə təslim edüb, əhkami-şər’iyyə nəfazın anatövfiz etdi və növbəti-riyasəti-ümmət tədriclə ol padşahi-rif’ətdəstgaha yetdi, olHəzrət şəraititə’ziyət ədasindən sonra xassü ammı cəm’ edüb, payeyi-minbəriqüdumi-şərifilə müşərrəf qılub, ol qaimməqami-Həzrəti-Mustəfa vənayibmənabi-Həzrəti-Murtəza lisani-bəliğ və zəbani-fəsihlə bir xütbə ağaz etdivə moizəsindən sonrə nida qıldı ki: "Ey sükkani-sərapərdeyi- hökmi-şəriət və eyhüzzari-xətireyi-təqvavü təharət, bənəm İbnül-bəşir, bənəm İbnül-nəzir, bənəmvarisi-sultani-təxti-risalət, bənəm canişini-hakimi-mülki-vilayət. Cəddi-pakim sizidinihəqqə də’vət etdi və validi-büzürgvarimdən sizə sə’adəti-hidayət yetdi. Halabən dəxi sizi anların təriqinə ehda qıluram və mühəqqəq bilun ki, bana iqtidaanlara ittibadür və bana müxalifət anlara imtina’dür".

Bu hala müqarin Əbdullah İbn Əbbas ayağa durub ayıtdı: "Ey qövm, buməxdumzadə fərzəndi-Rəsulullahdür, sizdən iqrari-təv’i-İmamət və izhari-bey’ətistər, nə dersiz?" Cəmi’i-hüzzari-məclis fəryad etdilər ki, "Səmi’na və ətə’na".Qaideyi-bey’ət təmam olduqdan sonra İbn Mülcəmi hazir edüb ayıtdı: "Eybədbəxt, Həzrəti Əli sənə nə yaman etmişdi?" İbn Mülcəm ayıtdı: "Ey şəhzadə,olacaq vaqe’ oldu. İmdi əgər icazətin olsa, hakimi-Şam ki, məsnədinəsahibidə’vadür, anın qətlin qəbul edərəm". Həzrəti-İmam Həsən tətvilikəlamafürsət verməyüb bir zərblə ol pəlidi həlak edüb buyurdu ki, cəsədi-pəlidin ehraqetdülər. Ol canibdən xatir təsəlli etdükdən sonra nizami-mülkü millət və nəsəqiəhkami-dinü dövlət iştiğalında olub, əndək zəmanda otuz bin mücahid hey’ətəgirdi və cəmi’yyəti-əsakirinüsrətmə’asir məsnədi-xilafətə rövnəq verdi. Şe’r:

Buldu xurşidi-cəhantabi-xilafət irtifa,Şö’leyi-aləmfüruzu saldı hər canib şüa.

Bu xəbərdən hakimi-Şam mütəzəlzil olub, altmış bin mübarizlə mütəvəccihi-zəbti-İraq oldu və Həzrəti-İmam Həsən qırx binmücahidlə Kufədən çıxub istiqbal təriqilə Əbdürrəhman deyrin müxəyyəmi-xiyami-nüzuli-orduyi-hümayun qıldı. Ol mənzildən Qeys bin Sə’di iki binnamdarla təlieyi-sipahi-zəfərpənah edüb, kəndü mütə’aqib rəvan oldu. Mərhələmərhələgedərkən sabatiMədainə yetdükdə istirahət təriqilə bir neçə güntəvəqqüf etdi. Çün şahzadə əksəri-övqatda zikr edərdi ki, "Bən ixtiyarlamürtəkibixüsumət olmazam və kimsə ilə səltənəti-dünya içün münaziəqılmazam", həvayi-nəhbü qarət üçün cəm olan ləşkər şəhzadənin təvəqqüfündəngüman etdilər ki, anda müharibə meyli yoxdur. Bu əndişə əqidələrin fasid edüb,müvafiq ikən müxalif oldular və italeyiəyadi təğəllüb edüb cəmi’i-əsbabü cihazınyəğma qıldılar. Və Həzrəti şahzadə bə’zi xasla mütəvəccihi-Mədain olub,gedərkən Xəzrəc bin Dəhiyyə Əsədi ki, çoxdan mütərəssidi-fürsəti-azar olubkəmində idi, fürsət bulub şahzadəyə bir zəxm urub, bə’zi mülazimlər dutub anıparə-parə qıldılar. Əmma Həzrəti-İmam ol zəxmdən qayətdə münzəcir olub,Mədaində qəsri-əbəzi nüzuli-icmal ilə müşərrəf qılub, cərrahlar müalicəsinəiştiğal etdilər.

Əlqissə, şahzadə müavinətinə və mütavi’ətinə e’timad etdügi əhli-Kufədəvəfa görməyüb "Əl-sulhu xeyrun" müqtəzasincə hakimi-Şamla bə’zi şürutüzərinə ki, təfsili anın mövcibi-məlaldür, müsalihə qıldu, Mədinəyə mütəvəcciholdu.

Rəvayətdir ki, bir gün Əli bin Təmir Həmədani Mədinədə ol Həzrətə ayıtdı:"Ya İbn Rəsulullah, Müaviyə müsali-həsinə səndən riza münasib degildi". Cəvabverdi ki: "Ey Əli, biz gəncineyi-hikmət xəzanədarləriyüz və meydani-vilayətşəhsuvarləriyüz, bizə mə’lum olan sizə məsturdur və biz idrak etdiyimiz əsrarsizin idrakinizdən durdur. Hənuz iki canibdən cidalü qital üçün mühəyya olanləşkərin və’deyi-xunrizi təvəqqüf və tə’xirdədür, vəqtsiz təvəccöhlərinə hakimi-Qəza riza verməz və xəl’əti-xunabə xəzaneyi-hikmətdən Hüseyni-məzlumaverilmişdür, bənim iqdamımı zəmanə rə-va görməz. Ərseyi-heycada Hüseynüçün səfi-qatil mürəttəb edən bəzmi-bəlada bənim üçün zəhrinabdan camiləbaləbmühəyya qılmışdur və Hüseyni-məzluma İraqda mülaziməti-Murtəzamüqərrər olunduqda bana Mədinədə mülaziməti-Mustəfa müqəddər olmuşdur".Şe’r:

Fərmanbərüz, müxalifətə yox macalımız,Hər hökm kim, olur Səmədi-karsazdan.İltər bəni Hicaza müqimi-İraq ikən,Ol kim sürür Hüseynt İraqa Hicazdan.

Filvaqe’, hər əmr bir vəqtə məxsusdur və hər vəqt bir əmrə mütəə’liq.Bitəkəllüf əgər Müaviyənin mü’asiri Hüseyn olsaydı, səlahi-zəman müqtəzasincəmüsalihə etmək müqərrər idi və əgər Yəzidlə İmam Həsən müqabilə qılsaydı,müqatilə etmək namüyəssər idi. Və hər birinün məqamı əzəldən müqəddər idi vəbidayədən müqərrər.

"Şəvahidün-Nübüvvət"də məsturdur ki, Həzrəti-Izəd Bəni-Ümməyə mülkinHəzrəti-Rəsula ərz etdikdə, Həzrəti-Rəsul gördü [əşrari-Bəni-Üməyyə] birbirininəqəbincə minbərə çıxarlar. Bu halət ol Həzrətə düşvar gəlüb, mütəfəkkirolduqda təsliyeyi-xatir üçün sureyi-"İnna ə’təynakə’l-Kovsər" nüzul etdi ki,ibarətində olan "əlfi şəhrin"-Bəni Üməyyənin mülkinə müş’irdür; [vəətayiKövsər tənə’ümmati-aləmi-bəqadan müxəyyər] qərəz [bu] mülkifaniəvəzinə onlara Hövzi-Kövsər verilmişdi.

Və bir rəvayətdir ki, İmami-Həsən müsalihə etdikdən sonra Mədinəyəmüraciət qıldıqda, ərbabi-ədavət təhriki-silsileyi-fitnədən təvəhhüm edüb, olHəzrətin dəf’inə və rəf’inə iqdam edüb, bə’zi fəsad əhlinə əngiz etdilər ki, olHəzrətin Bəsrədə vaqe’ olan əhibbasindan otuz səkkiz nəfər mö’mini-müvəhhidibəhanə ilə qətl edüb, ənva’iqəbahət zühura gətürdilər. Həzrəti-İmam ol halətəettila’ bulduqda, Əbdullah İbn Əbbas ilə mütəvəccihi-Diməşq olub, rəhgüzariMosulə düşüb, Sə’d Mosuli[ki, Əmiri-Mosul idi] təşrifi-şərəfindən xəbərdarolub, istiqbala çıxub, nəhayəti-e’zazü ehtiramla xidmətlər qılub, şahzadə bir neçəgün anda istirahət görüb, andan müsafir olub diyari-Diməşqə yetdikdə valiyi-Şaməşrafü əkabiri-Şamla istiqbala gəlüb, kəmali-e’zazla şəhrə ötürüb mərasimi-xədəmatində mübaliğələr qıldı və Həzrəti-İmam xatirində olan qəziyyələri şərhedüb, münasib cavablar aldı.

Əlqissə, xitteyi-Diməşqdən yenə Mosula müraciət qıldıqda bu növbət Sə’dmənzilinə nüzul etməyüb, Həsən nam bir aşinasının mənzilinə qədəm basdı vəda’iyə qıldı ki, bir neçə gün Mosulda tərhi-iqamət buraxub istirahət bula. Güruhi-ə’da ki, həmişə mütərəssidifürsət idi, olmizbanın əqidəsini və’deyi-mal ilə Həzrəti-İmamdan münhərif qılub, şişə-şişəzəhrlər irsal etdilər ki, mətu’matində və məşrubatində müyəssər olduqca məmzucedüb verə. Ol bədbəxt üç növbət Həzrəti-İmama zəhr verdi, əmma bəqayimüddəti-həyat manei-tə’sir olub, əsəri təmam etmədi, əmma mövcibitəğəyyüriməzacolub təb’i-şəriflərin mükəddər edərdi və ol mizbanın əhvalinaHəzrəti-İmam müttəle’ oldu, əmma izhar edüb infi’al verməzdi. Şe’r:

Ah kim, dünyada bir yari-müvafiq qalmadı,Qəmgüsarü munisü qəmxarü müşfiq qalmadı.

Və hər növbət ki, şahzadə təkəssüri-məzac peyda qılurdı, du’a bərəkatiləsəhhətə mübəddəl olurdu. Mizban aciz olub surəti-hal [ol silsileyi-fəsadmühərriklərinə]’ərz etdi ki: "Üç növbət zəhr verdüm, əsər qılmadı". Bu növbətbir şişə-zəhri-həlahil irsal etdilər ki, əgər Həzrət istişmami-rayihəsin qılsa,fənadan aman bulmaz və əgər səfheyi-vücuda surətin çəksələr, nəsimi-həyatkainata güzər qılmaz. İttifaqən ol qasidi-ərbabi-məfasid gəlirkən istirahət üçünbir mənzildə, düşüb, məsti-xab olduqda bə’zi siba’ü bəhaim anı həlak edüb, buhala müqarin Həzrəti-İmamın bir mülazimi gəlürkən ol məqtuli görüb və ol şişəvə naməyi alub Həzrəti-İmama gətürdi. Həzrəti-İmam mütali’ə qıldıqda,mövcibi-xəcaləti-mizban olmasun deyü, pünhan etdi, əmma Sə’d MosuliHəzrəti-İmamın rəngi-mübarəkin qəzəbdən mütəğəyyir görüb həqiqəti-məktubusual etdikcə Həzrəti-İmam məşğuli-əhadisü təfasir olub, ol sirrin ifşasına rəğbətetməzdi. Aqibətül-əmr Sə’di Mosuli Həzrəti-İmamın müsəllayi-şərifi altından olnaməyi bir təqriblə alub mütaliə etdikdə, qayətdə müztərib olub,Həzrəti İmamdan icazətsiz məclisdən dışra anı hazır edüb ayıtdı: "Ey bədbəxt,Mustafa və Murtəza və Zəhradan sənə nə tə’əddi vaqe’ olmuşdu?" Ol bədbəxtayıtdı: "Haşa, anlar məhzi-məkarimdürlər". Sə’d ayıtdı: "Ey bidövlət, bəs nə baisoldu ki, övladına qəsd edərsən?" Və ol namə və zəhri izhar etdi. Ol bədbəxt inkaretdikdə buyurdu ki, mülazimlər ənva’i-ihanətlə ol pəlidi həlak etdilər.Əmma Həzrəti-İmam münkəsir və münzəcir Mosuldan çıxub Mədinəyə təşrifbuyurdu. İttifaqən Mərvani-Həkəm onda idi. Ol bədbəxt zahirən Həzrəti-İmamaizhari-məhəbbət edərdi, əmmabatində təriqi-’ədavətə süluk edüb, həmişə dəf’inün tədbirində idi. Bir günƏnsunə nam bir dəllaliyə ayıtdı: "Ey Ənsunə, Cə’də bintiƏş’əs Həzrəti-İmamHəsənün hərəmi-möhtərəmidür və bilürəm ki, Həsənin mütə’əddid əzvaciolmağın xatiri anın tərəfindən cəm’ degil. Filvaqe’, heyfdir ki, ol hüsnü cəmalaövqatı zaye keçüb, müddətiömründə ixtiyar və iqtidar bulmaya. Və mən istima’etmişəm ki, Yezid bin Mü’aviyə kərratla zikr edərdi ki, anın təzvici banaənsəbdür. Ey Ənsunə, əgər Cə’dənin mizacın İmam Həsəndən münhərif edüb bumühümmi kifayət edəcək olsan, cəmii-muradın hüsulinə kəfiləm".Ənsuneyi-rusiyah ol əmri qəbul edüb, andan çıxub İmam Həsən sərayinətəvəccöh etdi. İttifaqən Həzrəti-İmam ol gün ixvanü ənsabla seyrə çıxmışdı.Cə’də tənha idi və Mədinədə Əsma ilə mə’ruf idi. Ənsuneyi-məl’unə ağazitəkəllümqılub, hər canibdən müqəddimələr tərtib edüb, təqriblə izhari-müddəaqıldı ki: "Ey banuyi-mükərrəm, vey xatuni-müəzzəm, əlminnətü lillah, damənikəmali-cəmalın qübari-nəqsdən mü’ərra və cəmi’i əsbabi-kəmalun mühəyyadır.Hala sənün ol vəqtündür ki, həmişə silsileyi-cəm’iyyət müntəzəm olub məclisüneyşü işrətdən xali olmaya və mütləq nəsimi-təfriqə gülşənicəm’iyyətünə güzərqılmaya. Nə münasibdür bu ki, övqatın bir zahid həbaləsində sərf ola ki, əksəriövqatıibadətdə sərf olub, guşeyimehrabi əbruyi-müqəvvəsdən əhsən bilə vədərəcati-minbərə silsileyi-zülfi-mü’ənbərdən yegrək təvəccöh qıla. Xüsusən ki,hər iki gündən bir məhbubəyə meyil edüb, təriqi-’əqdü təlaqa adət etmişdür vəçox övrətlərə ələmi-müfariqəti yetmişdür".

Cə’də ki, ol kəlimatı eşitdi və ol göftari-nasəvaba qulaq dutdu, münafiqzadəidi və abavü əcdadı Murtəza tiğilə dünyadan, getmişdi, lacərəm cibillətində olanəsəri-nifaq mütəhərrik olub, abavü əcdadının intiqamın almağa müttəsil müqimiməkməni-intizar idi, bu sözlərdən mütəəssir olub və intiqama fürsət bulub ayıtdı:["Ey Ənsunə, təriqitədarük nədir?" Ənsunə ayıtdı:] "Ey xatun, mühəqqəq bilmişol ki, Yezid bin Mü’aviyə bu xidmət müqabiləsində səni mütəsərrifihökmixilafətedüb, müqəddəmi-xəvatini-hərəmsəra qılur, hala tədarük oldur ki,İmam Həsən dəf’inə iqdam edəsən".

Cə’deyi-bivəfa Həzrəti-İmamın qəsdinə kəməri-kin bağlayub və Ənsunə olmənzildən çıxub Mərvana surəti-hal ərz etdikdə Mərvan bir miqdar zəhr irsaledüb, Cə’də ol zəhri əngəbinə məmzuc edüb Həzrəti-İmama verdi. Həzrət oləsəli-məsmum tənavülündən bihüzurolub, istifrağ edüb, rövzeyi-Rəsulullah üzərinə varub ərzi-niyaz etməklə şəfabuldu, əmma Cə’dəyə bədgüman olub anın mənzilinə tərəddüd etməz oldu.Bir gün dəxi təfəqqüdi-əhval təriqilə, Cə’dənün mənzilinə güzar etdikdəCə’də ayıtdı: "Ya İmam, Mədinə xurmalığından bir miqdar rütəb gətürmişlər,rəğbət etməzmisən?" Həzrəti-İmam rütəbə rağib idi, buyurdu ki, gətür. Hazırolduqda Cə’dəyə əmr etdi ki, sən dəxi mürafiqət qıl. Cə’də məsmüm olmayanrütəbdən tənavül qılub, Həzrəti-İmam mülahizə qılmayub rütəbi-məsmumdanyeddi danə tənavül qıldı. Yenə mizaci-şərifi mütəğəyyir olub ayıtdı: "Ey Əsma,bu rütəbdən mizacım mütəğəyyir oldu, hikmət nədür?" Cə’də ənva’iüzrlə rəf’igümanedüb, Həzrəti-İmam andan çıxub yenə rövzeyiRəsulullaha ki,darüşşəfayi-əhli-dərddir, təvəccöh qılub şəfa buldu. Bir gün ixvanü ənsabın cəmedüb ayıtdı: "Ey əzizlər, bən bu şəhərə gəldigim zəmandan bu günədək bir dəmrahətdən dəm urmadum və bir sa’ət istirahət görmədüm. Səlahım oldur ki,Mosula varub, təbdiliabü həvadan təməttö’ bulam və dami-küdurətdən ola ki,azad olam". Pəs, İbn Əbbas və bə’zi xəvasla mütəvəccihi-Mosul olub və olbüq’eyi-mübarəkə yetüb tərhi-iqamət buraxdıqda avazeyi-vüsulimövkəbihumayuniŞamə yetüb, məhruseyi-Diməşqdə bir ə’ma var idi ki, düşməni-xanədani-Heydəri-Kərar idi, vüsuli-məqdəmindən xəbərdar olub, dili-pürkinə iləMosula təvəccöh qılub, növki-əsasın zəhrlə sirab edüb Həzrəti-İmamınmülazimətin ixtiyar etdi. Bir gün əsasın hər yerə basub tərəddüd edərkənİttifaqən növki-əsayizəhraludla Həzrəti-İmamın payi-mübarəkin məcruh qıldıqayətdə ki, Həzrəti-İmam ah edüb ayaqdan düşdü. Əbdullah İbn Əbbas və bə’zimüxlislər istədilər ki, ol bibəsirətə siyasət göstərələr. Həzrəti-İmam mane’ olubmürafi’əsin Qiyamətə buraxdı. Əlqissə, Mosulda rahət bulmayub, azaridəmadəmçəküb derdi. Şe’r:

Dərda ki, dəmi dəm urmadım rahətdən,Qurtulmadım ənduhü qəmü möhnətdən.Hər büq’ədə kim meyli-iqamət qıldum,Ol büq’ə mükəddər oldu bir afətdən.

Əlqissə, ol zəxmin müalicəsinə cərrahlar gətürdilər. Cərrahlar gördükdəayıtdılar: "Bu zəxmün sinanın zəhrlə sirab etmişlər". On beş gün miqdarıtədbirlər edüb, şəhzadə ol zəxmdən nəcat buldu. Və olə’ma intiqamın alub, Mosuldan çıxub Diməşqə gedərkən Əbbas Əli üzərinəhəvalə olub əsasın əlindən alub yenə ol əsa ilə ol məl’unu həlak etdi.Rəvayətdir ki, şəhzadə Mosulda dəxi qərar dutmayub yenə Mədinəyəmütəvəccih oldu, əmma Cə’dənin sərayinə tərəddüd etməyüb, anın küdurətinziyadə qılmağın peyvəstə müntəziri-fürsət idi, ta ki, şəbi-cüm’ə Səfər ayınıniyirmi doqquzunda bir miqdar əlmasi-sudə alub Həzrəti-İmam olan mənziləmütəvəccih oldu və xatirində müqərrər etdi ki, əgər görsələr, izhari-şövqütəhəssür qıla və əgər görməsələr, müddə’asın hasil edüb bərmurad ola. Mənzərəüzərinə gəldikdə gördü ki, şəhzadə məşğuli-xab və ətrafü cəvanibdə olanlar qafil.Sakin-sakin balini-mübarəkin üzərinə gəlüb gördü su içdigi kuzənün ağzıməxtumdur, əlmasi-sudəyi kuzə üzərində olan hərir üzrə qoyub mütəhərriketdikcə hərirdən keçüb suyə məmzuc oldu və ol bədbəxt sür’ətlə müraciət edübmənzilinə getdikcə şahzadə bidar olub Zeynəbə ayıtdı: "Ey həmşireyi-əziz, halavaqi’əmdə gördüm cəddimi, bana izhari-iştiyaq etdi. Bir miqdar su ver ki,atəşifəraqa təskin verəyim". Zeynəb ol kuzənin möhrün açub İmam əlinəverdikdə, Həzrəti-İmam ol kuzədən bir cür’ə nuş etdikdə əlmasi-sudə əczayi-cigərindənrişteyi-rabitəyi qət’ edüb parə-parə qıldı. Həzrətiİmam ayıtdı: "Ah, bunə şərbəti-nasazgardı ki, dərunimə atəş buraxdı və bu nə cür’eyi-naxoşgüvardı ki,canü cigərim yaxdı". Həm ol saət Həzrəti-Hüseyni hazır edüb ayıtdı: "Eybəradəri-əziz. Şe’r:

Zəhri-qəmi-ruzigar kar etdi bana,Gör bu sitəmi ki, ruzigar etdi bana.Hər zülm ki, zimnində idi dövranın,İzhara gətürdi aşkar etdi bana.

Məxfi və məstur olmaya ki, hala cəddimi vaqi’əmdə gördüm, əlimdən dutubrizayi-behişti bana ’ərz edüb buyurdu ki: "Ey fərzənd, bəşarət sənə ki, damibəladannəcat buldun və möhnəti-zəmanədən xilas oldun, yarın bənimhüzurumdasan".

Bidar olduqda, bu kuzədən bir şərbət su içdim, cigərim doğrandı, guya ki,zəmani-rehlətdir, həlal et". Həzrəti-Hüseyn giryan olub, ol kuzəyi əlinə alubistədi ki, imtahan üçün təcərrö’ edə. İmam yerə urduqda ol kuzə sınub, ol zəhrtökülüb, əczayi-ərziyyə tə’sirindən şax-şax olub cuşa gəldi. Əlqissə,şahzadənün cigəri-mübarəki yetmiş parə olub hülqi-şərifindən töküldü. Şe’r:

Sərsəbz qıldı gülbüni-baği-vilayətiSirabi-zəhri-nab qılub cövri-ruzigar.Ol səbz gülbün üzrə dili-parə-parədən,Qıldı bəhari-hadisə bərgi-gül aşkar.

Ol dəm ki, afitabi-zərrinfam fələki-minafamda irtifa’i-məqam buldu, olHəzrətin rəngi-mübarəki zümürrüdfam olub, ətrafinda olan əhibbadan sual etdiki: "Rəngim nə gunədur?" Dedilər: "Səbzdür". Həzrəti-Hüseynə baxub ayıtdı:"Səddəqə Rəsulullah". Hüzzariməclis istifsari-məzmun etdikdə ayıtdı: "Cəddi-büzürgvarimbir gün buyurdu ki, rövzeyi-cinanda seyr edərkən əhli-aləmin birbirməqamların bana ərz etdilər. Iki qəsr gördüm, biri lə’ldən və birizümürrüddən ki, şü’aləri afitabi-tabana tə’n edərdi. Rizvandan sual etdüm ki, buqəsr kimlərə mənsubdur? Dedi: "Biri İmam Həsənün və biri İmamHüseynindür". [Dedim] aya, ixtilafi-lövnə səbəb nədür? Rizvan xamuş olub bənmübaliğə qıldıqda Cəbrail ayıtdı: "Ya Rəsulullah, Rizvan şərm edər, bən ərzedəyim: qəsri-zümürrüdgun İmam Həsənə mütəəlliqdir, anınçün ki, vəqti-vəfatzəhr içüb, rəngizümürrüdfamla dərgaha gəlür və qəsri-gülrəng İmam Hüseynəmənsub, anınçündür ki, tiği-abdarla qərqi-xun olub behiştə təvəccöh qılur". Şe’r:

Nəmi-tərəşşühi-zəhr ilə rəng qıldı ’əyan,Səfayi-səfheyi-ayineyi-üzari-Həsən.Məgər ki, cür’eyi-zəhr idi qətreyi-baranKim, anda etdi ’əyan səbzə laləzari-Həsən.

"Şəvahid"də məsturdur ki, İmam Həsən zəhr ilə mütəğəyyirül-hal olduqdaHüseyn sual etdi ki: "Ey məxdum, kimə gümanın gəlür?" İmam Həsən ayıtdı:"Ey bəradəri-mehriban, bən bildigimi sən dəxi bilürsən, əmma qəmmazlıqbizdən zahir olmaq münasib degil, həm səbr övla və ənsəbdir".

"Fəslül-Xitab"da Xacə Parsadan nəqldür ki, Həsənə altı kərrə zəhr verdilərtə’sir etmədi, aqibət əlmasi-sudə əsər qıldı.

Rəvayətdir ki, İmam Həsən ol sirri-nihanı araya buraxmayub, xəfada Cə’dəyəayıtdı: "Ey yari-namehriban, vey banuyi-cəfakariazarrəsan, noldu ki, həqqi-xidmətim fəramuş qılub hörmətim dutmadın və cəddü babam hörmətin ri’ayətetmədin? Hala bən sənün mürafi’əni divani-həşrə buraxdum, dünyada səni rüsvaetməgi münasib görmədüm və sənə azar yetirmədüm. Əmma bilmiş ol ki, hərmurad üçün ki, bu şüğlə iqdam etdin isə, ol murada dəstrəs bulmazsan və hərkim üçün ki, bu zəlaləti qəbul etdün isə, andan bəhrəmənd olmazsan". Bumü’atibədən sonra Həzrəti-Hüseyni və sair övladın və əshabın hazır edüb, təqvavə təharətə vəsiyyət qılub, Ümm Gülsümə ayıtdı: "Ey həmşirə, Qasimi gətür".Qasim hazır olduqda əlindən dutub İmam Hüseynə təslim edüb ayıtdı: "Eybəradər, filan qızını bu fərzəndimə verəsən və’dəsi irişdükdə". Bu hal Səfərayının igirmi doqquzuncu gecəsində idi. Rəvayətdür ki, gecənin bir sülsükeçdikdə nərgisişəhlasın açub İmam Hüseynə baxub ayıtdı: "Ey Hüseyn, buövladımi sənə tapşırdum və səni Vacibülvücuda". Və kəlimeyi-şəhadətzəbanimübarəkinə cari olub dövləti-bəqaya faiz oldu. Şe’r:

Sərv qəddi çəməni-xüldə xuraman oldu,Hurü qılmana rüxi şəm’i-şəbistan oldu.Cövhəri-zatı olub ricsi-əlayiqdən pak,Məhrəmi-bargəhi-rəhməti-qüfran oldu.Gərçi ol xatiri-cəm’ ilə səfər qıldı, vəli,Dili-əhbab fəraqində pərişan oldu.Mərdümi-dideyi-ərbabi-nəzər əşk töküb,Nəmi-əşkilə könül evləri viran oldu.

Cəmi’i-ixvanü əxəvat ağazi-tə’ziyət qılub, ol Həzrətə təchizü təkfin mürəttəbetdikdən sonra məqbəreyi-Bəqi’də cəddəsi Fatimə binti Əsəd mücavirətində dəfnetdilər. Və ömri-şərifi əsəhhi-əqavillə qırx yeddi ildir. Rəvayətdür ki, mərasimitə’ziyətindənsonra Mərvani-Həkəm əndişə qıldı ki, əgər Hüseyn İmam Həsənqatilin təfəhhüs edüb, şişeyi-zəhrü əlmas qissəsin mə’lum edəcək olursa, əhvalmüşkil olur; tədbir edüb Cə’dəyə e’lan etdi ki: "Ey qafil, Hüseyn surəti-halindənxəbərdar olub sənin tədarukundədir". Cə’deyi-bisə’adət "Əl-xainu xa’ifun"müqtəzasincə fil-hal fərar edüb kəndusinMərvanun mənzilinə buraxdı və Mərvan ol bədbəxti iki nəfər qualm və üç cariyəilə Şama irsal etdi və keyfiyyəti-halın hakimi-Şama ’ərz qıldı. Əlqissə, Cə’dədiyari-Şama yetdikdə və xəbəri-vəfati-İmamiHəsən şiya’ bulduqda, valiyi-Şambuyurdu ki: "Dərü divari-Şamı siyah edüb, təmamiyi-əhli-məmləkət siyəhpuşolub, üç gün üç gecə mərasimi-tə’ziyət və şəraiti-müsibət əda qılalar". Qaideyimatəmdənsonra Cə’də həqiqəti-macərasın məxfi qılmayub bəyana gətürdi.Hakimi-Şam mütəəssif olub ayıtdı: "Ey bədbəxt, Xuda və Mustəfadan şərmetmədünmi, sən ki, nəqdi-Rəsulullaha bu qəbahəti rəva görəsən? Bənim oğlumsöhbətinə nə layiqsən". Şe’r:

Ey nihali-gülşəni-üsyan, bəladür hasilün,Məzhəri-zülmü sitəmdür cövhəri-naqabilün.Xanədani-iffətü ismət nə layiqdir sana,Məkməni-İblisdür daim xəyali-batilün.

Və ol bədbəxt bu fe’ldən peşiman olub, üç gün xarü xabdan məhrum idi,derdi ki: "Aya, bu nə fe’ldi ki, bəndən sadir oldu və rəqəmi- "Xəsirə’d-dunyavəl-axirət" nasiyeyi-ə’malimə çəkildi və nəqşi- "Zalikə huvə’l-xusranül-mübin"səhifeyi-əhvalimda zahir oldu". Şe’r:

Oldu siyah nameyi-ə’malım, ey diriğ,Təğyir buldu surəti-əhvalım, ey diriğ.Bən tairi-xətireyi-gülzari-qüds idim,Sındırdım öz əlimlə pərü balım, ey diriğ.

Üç gündən sonra hökm oldu ki, əllərin və ayaqların bağlayub cəzireyi-Filəburaxalar. Rəvayətdür ki, cəzirə qürbünə yetdikdə bir tufan peyda olub, olbədbəxti alub cəzirəyə buraxdı və minbə’d andan əsər görünmədi. Şe’r:

Cəhan içində mücərrəbdür intiqami-zəman,Zəmanə yaxşıya yaxşı verür, yəmana yaman.

Filvaqe, Həzrəti-İmam Həsən şəhadəti Hüseyni-məzluma nisbət bir müsibəti-’üzma və hadiseyi-kübradür, zira mövcibi-istilayiə’dayi- bədfərcam və səbəbi-inhidami-şər’ və İslam olub, pərdeyi-məvasa və müdarayi çehreyi-əhvalindangötürdü və ləşkəri-ə’dayı sərhəddi-tüğyana yetürdi. Şe’r:

Zəhri-ə’dadan Həsən şəhdi-şəhadət içmədən,Bulmadı ə’dayi-din fürsət Hüseyn azarinə.Ömrlər hər fitnə kim, pünhan edərdi ruzigar,Fitneyi-qətli-Həsən oldu səbəb izharinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets