Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam
Mahi-Məhərrəm oldu, şəfəqdən çıxub hilal,
Qılmış əza, tutub qədi-xəm qərqi-əşki-al.
Övladi-Mustəfaya mədəd qılmamış Fərat,
Keçirməsinmi yerlərə anı bu infial?!
Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla,
Əlbəttə, çox hekayət olur mövcibi-məlal.
Fəhm eyləsən qəmi-şühəda şərhin etməgə,
Hər səbzə Kərbəlada çəkübdir zəbani-hal.
Təcdidi-matəmi-şühəda qıldı ruzigar,
Zar ağla, ey könül, bu gün olduqca ehtimal.
Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl,
Gərduni-dunə kisvəti-matəmsiyah qıl.
Mahi-Məhərrəm oldu məsərrət həramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır.
Təcdidi-matəmi-şühəda nəf’siz degil,
Qəflətsərayi-dəhrdə tənbihi-ammdır.
Qovğayi-Kərbəla xəbərin səhl sanma kim,
Nəqsi-vəfayi-dəhrə dəlili-təmamdır.
Hər dürri-əşk kim, saçılur zikri-Al ilə,
Səyyareyi-sipehri-ülüvvi-məqamdır.
Hər məddi-ah kim çəkilür Əhli-Beyt üçün
Miftahi-babi-rövzeyi-Darüssəlamdır.
Şad olmasın bu vaqiədən şad olan könül,
Bir dəm məlalü qüssədən azad olan könül.
Tədbiri-qətli-Ali-Əba qıldun, ey fələk,
Fikri-qələt, xəyali-xəta qıldun, ey fələk.
Bərqi-səhabi-hadisədən tiğlər çəküb,
Bir-bir həvaleyi-şühəda qıldun, ey fələk.
Ismət hərəmsərasinə hörmət rəva ikən,
Pamali-xəsmi-bisərü pa qıldun, ey fələk.
Səhrayi-Kərbəlada olan təşnələblərə,
Rigi-rəvan seyli-bəla qıldun, ey fələk.
Təxfifi-qədri-şər’dən əndişə qılmayub,
Övladi-Mustəfaya cəfa qıldun, ey fələk.
Bir rəhm qılmadun cigəri qan olanlara.
Qürbətdə ruzigarı pərişan olanlara.
Basdıqda Kərbəlaya qədəm Şahi-Kərbəla,
Oldu nişani-tiri-sitəm Şahi-Kərbəla.
Düşmən oxuna qeyr sipər görməyüb rəva,
Yaxmışdı cana daği-ələm Şahi-Kərbəla.
Ə’da müqabilində çəkəndə səfi-sipah,
Qılmışdı məddi-ah ələm Şahi-Kərbəla.
Dudi-dili-püratəşi-əhli-nəzarədən,
Etmişdi pərdədari-hərəm Şahi-Kərbəla.
Olduqca ömrü rahəti-dil görməyüb dəmi,
Olmuş həmişə həmdəmi-qəm Şahi-Kərbəla.
Ya Şahi-Kərbəla, nə rəva bunca qəm sana.
Dərdi-dəmadəmü ələmi-dəmbədəm sana.
Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn!
Vey Kərbəla bəlalarına mübtəla Hüseyn!
Qəm parə-parə bağrını yandırdı dağ ilə,
Ey laleyi-hədiqeyi-Ali-Əba Hüseyn!
Tiği-cəfa ilə bədənin oldu çak-çak,
Ey bustani-səbzeyi-tiği-cəfa, Hüseyn.
Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr,
Ey şəm’i-bəzmi-bargəhi-Kibriya, Hüseyn!
Dövri-fələk içirdi sənə kasə-kasə qan,
Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn!
Yad et, Füzuli, Ali-Əba halın, eylə ah
Kim, bərqi-ah ilən yaxılur xirməni-günah.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-hediqetus-sueda-mersiyeyi-hezreti-imam-huseyn-eleyhisselam
Use ← → keys to move, R for a random poem
More by this author
Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq,Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq.
Saqiya, cam tut ol aşiqə kim, qayğuludurSaqiya, cam tut ol aşiqə kim, qayğuludur,Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.
Saçın əndişəsi təhriki-zənciri-cünunumdurSaçın əndişəsi təhriki-zənciri-cünunumdur.Cünunum dəfinə zikri-ləbi-ləlin füsunumdur.
Seyr qıl, gör kim, gülüstanın nə abtü tabı varSeyr qıl, gör kim, gülüstanın nə abü tabı var,Hər tərəf min sərvi-sərsəbzü güli-sirabı var.
Poems by other poets · Fate
Məgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
ابر بهار گلشن رخسار، آینه استآتش فروز شعله دیدار، آینه است
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?