Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın,Qaşın meyli üzini qiblədən döndərdi mehrabın.
Girehlər oldu canım riştəsi təsbih tari tək,Mənə gör netdi axır arizuyi-zülfi-pürtabın.
Ayağın tozuna üz sürməyə verməz səba rüxsət,Üzün yüz kərrə şəbnəm yumadan, gülbərgi-sirabın.
Səba, ol zülf təprəndikcə təşvişim ziyad eylər,Saqın, təprətmə kim, bağrımdadır başı bu qüllabın.
Dərü divarinə küstax üz sürmüş deyib, gərdunÜzini gecələr sürtər yerə ta sübh mehtabın.
Məhəbbət zahir etmək cürminə, qan tökmək istərsən,Həbibim, bunca həm rəğıbət nədir zəcrinə əhbabın!
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli qəmzeyi-mərdümküşindən iltifat istər,Sanır kim, iltifatı rəhm olur qurbanə qəssabın.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-lebin-reski-mizacin-telx-qildi-badeyi-nabin
Use ← → keys to move, R for a random poem
More by this author
Ey könül, yarı istə, candan keç,Səri-kuyin gözət, cahandan keç!
Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyənEy geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən,Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən.
Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxiEy göz, ol nərgisi-xunxarə nigah etmə dəxi,Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi!
Ey gül, nə əcəb silsileyi-mişki-tərin varEy gül, nə əcəb silsileyi-mişki-tərin var,Vey sərv, nə xoş can alıcı işvələrin var!
Poems by other poets · Love
Salanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
روزم خجسته بود، که دیدم ز بامدادآن ماه سرو قامت بر من سلام داد
Vəfalıya can qurban...«Vəfasız atar gedər»*Heç bilmirəm kimdi yazan, kimdi oxuyan?
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.