Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır,Pərişan türrələr dövründə sərgərdanlığm vardır.

Yaşım təxti-rəvandır, taci-zərrin şö’leyi-ahim,Görün kim, dövləti-eşq ilə nə sultanlığm vardır?

Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım,Xəyali-surəti-cananə xoş heyranlığm vardır.

Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə,Həvayi-eşq ilə min səncə əşkəfşanlığm vardır.

Ləbin dövründə kim, insan olan can der ona mütləqƏgər abi-həyat etsəm tələb, heyvanlığm vardır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadənQamu danayə rövşəndir bu, kim, nadanlığm vardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love