Qəmdən öldüm, demədim hali-dili-zar sana
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qəmdən öldüm, demədim hali-dili-zar sana,
Ey güli-tazə, rəva görmədim azar sana!
İç meyi-nab ki, bağrından edər cümlə kəbab,
Atəşi-eşq ilə, üşşaqi-ciyərxar sana.
Meyi-gülgundə deyil nərgisi-məstin əksi,
Qədəh olmuş, göz açıb, aşiqi-didar sana.
Arizin gül-gül edibdir meyi-gülgün tabi,
Vəh ki, bir güldən açılmış neçə gülzar sana.
Bağə seyr et bu ləbi-ləl ilə kim, qönçəvü gül,
Göstərə xuni-dilü dideyi-xunbar sana.
Der idim qamətinə sərv, vəli, özgə imiş.
Hərəkatü rəvişü şivəvü rəftar sana.
Əyilib tərfi-binaguşinə dərdi-dilimi
Ya o taqin deyə, ya türreyi-tərrar sana.
Ta giriftarinəm: azad ola bilməm qəmdən -
Hiç kim olmasın, ey şux, giriftar sana!
Ləli-nabın həvəsi bağrımı qan eylədiyin,
Ah kim, qanlı yaşım qılmadı izhar sana.
Ey Füzuli, fələkin var səninlə nəzəri
Kim, qəmü möhnətini verdi nə kim var sana.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qemden-oldum-demedim-hali-dili-zar-sana
Use ← → keys to move, R for a random poem
More by this author
Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana,Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.
Cam içrə mey ki, dairə salmış hübab onaCam içrə mey ki, dairə salmış hübab ona,Ayinədir ki, əks salır afitab ona.
Qəm diyarında əcəl peyki güzar etməz manaQəm diyarında əcəl peyki güzar etməz mana,Yox sanıb varım məgər kim, e’tibar etməz mana.
Canımın cövhəri ol lə’li-gühərbarə fədaCanımın cövhəri ol lə’li-gühərbarə fəda,Ömrümün hasili ol şiveyi-rəftarə fəda.
Poems by other poets · Love
Ey ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,