Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana,Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.

Eymənəm səngi-məlamətdən kim, alıb çevrəmi,Oldu zənciri-cünun bir qəl’əyi-ahən mana.

Ondanam rüsva ki, seylabi-sirişkim çak edər,Zəxmi-tiğin qanı geydirdikcə pirahən mana.

Dəmbədəm şəm’i-cəmalından münəvvər olmasa,Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana.

Hiç məskəndə qərarım yoxdurur ol zövqdənKim, qaçan xaki-səri-kuyin ola məskən mana.

Başda bir sərvi-sənubər vəslinin sevdası var,Sud qılmaz bağiban, nəzzareyi-gülşən mana.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli: odlara yansın büsati-səltənət!Yeydir ondan, Həq bilir, bir guşeyi-gülxən mana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets