نیست اهل درد را جز درگهت دارالشفابی دوا دردی کزین درگه نمی یابد دوا

بود بی دردی مرا مانع ز ذوق وصل اوبنده دردم که شد سوی تو دردم رهنما

نیست جز ما دردمندی کز تو درمانی نیافتغالبا واقف نه از دردمندیهای ما

درد ما را می دهد درمان لب لعلت مگرکرده در حکمت ارسطوی زمان را اقتدا

آنکه گر در آفرینش دخل سازد حکمتشمی شوند از لقوه و فالج بری ارض و سما

آنکه خود را گر کند در دأب حکمت امتحانوانکه در علم طبابت گر شود طبع آزما

می تواند کرد زائل ضعف از ترکیب کاهمی تواند برد صفرا را ز طبع کهربا

حاوی قانون فن مستخرج تقویم طببو علی رای و ارسطو سیرت و لقمان لقا

ای ضمیر انورت آیینه از فیض حقذات پاکت مودع آثار قدرت را بنا

در طریق علم می گفتی ترا لقمان اگرچاره می کرد لقمان نیز بر فوت فنا

بر نمی آید ز عیسی کار فیض حکمتتکار عیسی چیست پیش حکمتت غیر از دعا

ضبط صحت آنچنان کردی که در عالم نماندخسته جز چشم بیمار بتان دلربا

گر نمی شد ظالم و می داشت اندک مردمیمی گرفت از سرمه دان فیضت آنهم توتیا

شمه در اعتدال درد ارکان فی المثلگر ضمیر حکمت آیین ترا باشد رضا

حدت خشکی شود از خاک و آتش برطرفگردد افراد رطوبت زائل از آب و هوا

در سلوک ار از تو گیرد خضر دستورالعملکی کشد منت ز آب زندگی بهر بقا

خاک دانایان یونان را فلک تخمیر دادیافت زان گل بنیه ترکیب معمورت بنا

هست از ایجاد عالم طاعت ایزد مرادطاعت ایزد بشرط صحت نفس قوا

صحبت نفس قوا وابسته تدبیر تستکیست غمخوار خلایق جز تو از بهر خدا

پادشا را دخل در کار نظام عالم استحکمتت را دخل در ذات شریف پادشا

زان سبب فرض است بر عالم دعای دولتتدولتت باقی که عالم را تو می داری بپا

چون حکیم رأی تو دارد تصرف در علوملفظ و معنی از تو خواهد یافت اصلاح خطا

جای آن دارد رود سستی ز ترکیب کلامحرف علت را نماند در دل تصریف جا

هست رکن العز و الاقبال والدین نام توبهتر از تو سلطنت رکنی ندارد مجملا

هیچ سری نیست پنهان از صفای باطنتمی کنی هر درد را تشخیص قبل از ابتدا

فارغند از کلبه عطار بیماران تومی رسد بیمار را از نسخه ات بوی شفا

سرو را ناگه ز تأثیر هوای مختلفروزگارم کرد در دام بلایی مبتلا

زد بجان عشق آتشم زانسان که شد در عنصرمحظ سودایی فزون و انشراق ماعدا

از بخار خون دل سودا بمغز ما رساندبوی سرسام صداع و صدع مالخولیا

بسته شد در هر رگم از خون فاسد صد گرهزد بصحرای تنم صد خیمه سلطان بلا

نه بتشخیص مرض در نبض کس دستم گرفتنه کس از قاروره ام شد مطلع بر ماجرا

گه به پرهیزم گروهی در بدن افزود ضعفگه به تعیین غذایم داد بعضی امتلا

من نمی دانم مرا امکان بهبودی نماندیا طبابت نیست جز نامی چو علم کیمیا

ضعف قوت یافت قوت ضعف در ترکیب مندوری روح از بدن نزدیک شد دور از شما

بخت بعد از نا امیدیها نویدم از تو داداز مرض خوفی که بود اکنون بصحت شد رجا

شربتی می خواهم از دارالشفای حکمتتظاهرا در من دلیل صحتست این اشتها

می کنم پرهیز اگر فرمایی از آب حیاتمی خورم از زهر قاتل گر کنی تعیین غدا

تا توان بهر خدا مگذار تا سازد مرضبی اجل اعضای ترکیب مرا از هم جدا

سعی در تنظیم ترکیب فضولی کم مکندر علاج درد او سعی از تو بهبود از خدا

تا مزاج دهر را هست انحرافی از فسادتا بنای درد دارد رخنه ز آسیب دوا

باد ممکن فیض را صحت بفیض حکمتتباد حاصل خلق را از حکمتت هر مدعا

Dərgəhindən özgə yox dərd əhlinə darüş-şəfa,
Kim şəfa tapmazsa ondan, dərdinə olmaz dəva.

Dərdsiz idim, zövqi-vəslindən sənin məhrum idim,
Dərdə düşdüm, vəslə yetdim, böylə dərdə mən fəda.

Dərdinə dərman tapar səndən hamı, bizdən səva,
Bəs nədən biz dərdiməndə eyləməzsən e’tina?

Bizlərin dərdinə dərman eyləyir lə’li-ləbin,
Yoxsa hikmətdə Ərəstuyə edibdir iqtida?
Hikmətin xilqət ümurinə dəxalət eyləsə,
Yerdə, göydə qalmaz iflicə, cüzamə mübtəla.

Elmi-hikmətdə əgər etsə özünü imtahan,
Təb’ini elmi-təbabət sahəsində yoxlasa,

Zə’fidən qalmaz saman cismində əsla bir əsər,
Qurtarar təb’indəki səfra qəmindən kəhrəba.

Tibb fənnində bütün qanunlara rəhbər olan,
Bu Əli Sina, Ərəstu rəylisən, Loğman liqa.

Ey işıqlı qəlbi həqqin feyzinə ayinədar,
Qüdrətin asarı tutmuş zati-pakinlə bina.

Mən sənə Loğman deyərdim tibb elmində, əgər
Çarə bilsəydi ölüm dərdinə sən kimi o da.

Gəlməz Isanın əlindən gördüyün hikmətli iş,
Hikmətinin qarşısında neyləyər tək bir dua?

Dərdləri eylə sağaltdın ki, tapılmaz bir məriz,
Şux sənəmlər gözlərindən başqa bu aləm ara.

Olmasaydı zalim, olsaydı əgər insanlığı,
O da feyzin sürmədanindən alardı tutiya.

Bircə an öz e’tiqadında təbiət filməsəl,
Hikmətin qəlbi sənin ayinənə versə riza,

Odda, torpaqda hərarətdən tapılmaz bir əsər,
Həm rütubətsiz qalar bir ləhzə içrə su, həva.

Xizr səndən məsləhət alsa, qəbul etməz yəqin
Minnəti dirilik suyundan, çün tapar onsuz bəqa.

Torpağa dönmüşdü Yunanın böyük alimləri,
Palçığından onların tapdı sənin cismin bina.
Xəlq olub aləm ki, xəlq etsin ibadət xaliqə,
Səhhəti bir şərt qoymuşdur ibadətdə xuda.

Səhhəti xəlqin sənin tədbirin ilə bağlıdır.
Varmıdır bu xəlqə bir qəmxar olan səndən səva.

Aləmi nəzmə salırsa rə’yi ilə padişah,
Sən verirsən hikmətinlə nəzm şahın zatına.

Dövlətinlə çün olur tə’min bəqasi aləmin,
Dövlətinə fərzdir aləm sənin etsin dua.

Hikmətin, rə’yin dəxalət eyləyir hər ölkəyə
Qüdrətinlə oldu təshih ləfzü mə’nadən xəta.

Sərf qəlbində gərək bir zərrə illət qalmasın,
Cümlə tərkibi rəvadır zə’fdən azad ola.

Izzətü, iqbalü Rüknəddin olub ismin sənin,
Olmamışdır başqa rüknü ölkənin səndən səva.

Yox səfayi-batinindən gizli bir hikmət sənin,
Başlamazdan, dərdi sən tə’yin edib verdin şəfa.

Xəstələr əttar dükanından bu gün asudədir,
Nüsxənin ətri kifayətdir sənin sağlamlığa.

Sərvərim, nagəh həva təb’imə tə’sir eylədi,
Ruzigarın daminə düşdüm, başım çəkdi bəla.

Canıma eşq od salıb yandırdı, cismimdə mənim
Aşdı sevda həddini əz bəs ki, tandı e’tila.

Coşdu qan qəlbimdə, sevda cismimə qalib gəlib,
Həmdəmim oldu mənim baş ağrısı, malxuliya.

Laxtalanmış qan vurunca hər damarda yüz düyün,
Yüz çadır qurdu bədən mülkündə sultani-bəla.
Dərdimi tə’yin üçün nəbzimi bir kəs tutmadı,
Duymadı qarurədən bir kəs nədir bu macəra.

Zə’fimi artırdı təndə çoxları pəhriz ilə,
Mə’dəmi pozdu çoxu etməklə tə’yini-qida.

Bilmirəm, cismimdə yoxdurmu sağalmaq qüdrəti,
Ya təbabət elmi boş sözdür, necə ki, kimiya.

Zə’f qüvvət tapdı qüvvət zə’f canımda mənim,
Ruhum az qalmışdır olsun xəstə cismimdən cüda.

Bəxt səndən müjdə verdi bu pərişan könlümə,
Səhhət ümmidi verib könlüm də xövfə intiha.

Istərəm şərbət alam hikmət əlindən içməyə,
Bir dəlildir səhhətin bərpasına bu iştəha.

Söyləsən, dirilik suyundan eylərəm pəhriz mən,
Zəhri-qatil içməyə amadəyəm, görsən rəva.

Qoyma, Allah eşqinə, salsın mərəz əldən məni,
Qoyma sarsıtsın vücudimi bu dərdi-bidəva.

Sə’yü hümmətlə əlac eylə Füzuli dərdinə,
Bir sənə qalmış ümidi xəstənin, bir Allaha.

Istərəm Allahdan ömrün, izzətin, qədrin sənin
Bərqərar olsun cahan durduqca, ey sahib-səxa.

Hər qədər göydən yağış yağdıqca yer məmnun qalar,
Hər qədər ki, ay günəşdən kəsb edər nurü ziya.

Hər qədər dəhrin məzacini pozar fitnə, fəsad,
Hər qədər ki, sarsıdır dərdin binasını dəva,

Xəlqə çatsın hikmətin feyzilə səhhət ne’məti,
Lütfün ilə həll olunsun xəlq üçün hər müddəa.


Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice