بر آنم که از دلبران بر کنم دلنه سهل است کار چنین رب سهل

تو توفیق ترک هوا بخش یاربکه این شیوه آسان نماییست مشکل

دلا تا بکی سازد از ساده لوحیترا صورت از معنی خویش غافل

کند همچو آیینه صورت پرستتبدین شکل نظاره هر شمائل

چو بتخانها کعبه خاطرت رادمی زیور فانی از نقش زایل

شوی بسته آب و گل چون ریاحینسراسیمه رنگ و بو چون عنادل

بخورشید رویان بد مهر راغببه سیمین بران جفا پیشه مایل

شکار بتان مقوس حواجباسیر غزالان مشگین سلاسل

ز طغیان حیرت گهی دست بر سرز اشک ندامت گهی پای در گل

شب و روز آماج تیر ملامتگه از طعن نادان گه از پند عاقل

ترا در ره عشق این سست عهدانبجز محنت دایمی چیست حاصل

حسابی دگر نیست در دفتر عشقبجز رنج باقی و اندوه فاضل

مکن نقش بر لوح دل عشق فانیمشو حجت باطلی را مسجل

مخور می بامید نفعی کزو یافتپس از تلخی درد سر طبع جاهل

فریبی مخور زانکه نسبت بافعیممد حیات است زهر هلاهل

تصور مکن عین معنیست صورتصور نیست جز بر معانی دلایل

مجو ره بکشف رموز حقایقز بحث مسائل ز جمع رسائل

که گمراهی رهروان حقیقتبود بی شک از اختلاف مسائل

تو هر مذهبی را که بر حق شناسینقیض تو گوید زهی دین باطل

ترا هر که بد نفس و ظالم نمایدبر دشمنت نیک نفس است و عادل

چو از نیک و بد هیچکس نیست واقفکه داند که مدبر که و کیست مقبل

منه اعتمادی بعز اعالیمکن اعتباری بذل اراذل

بود شرط انصاف ترک فضولینه لاف کمالات و بحث افاضل

ز نخوت چه حاصل خبر چون نداریکه تسکین و تحریک را کیست عامل

چو صرفت هواییست مشکل که یابیوقوفی بتحقیق افعال فاعل

مبند افترا بر عناصر چو رمالمگو نکته خارج از حکم داخل

منه تهمت هندسی بر کواکبکه آن از چه بازغ شد این از چه آفل

مکن دأب تقویم را آلت کذبخلاف از حساب بروج و منزل

زبان منطق نکته معنوی کنشو از نوع ناطق نه از جنس صاهل

اگر بایدت راحت پنج روزهز نه چنبر چرخ پیوند بگسل

و گرنه ترا اضطرابست و افغاندرین دایره متصل چون جلاجل

مکش همچو خورشید بیم زوالیبکنجی فکن بستر امن چون ظل

که نتواندت یافت هر چند گرددفلک گرد عالم بچندین مشاعل

چو عنقا ز عالم گزین قاف عزلتباسباب ملک سلیمان منه دل

چه ارواح قدسی نهان از نظر شومجرد ز اجرام اجسام هائل

چه به زانکه مانند آن هر دو باشیباقبال نزید و تجرید قابل

تو مخفی و عالم ز آوازه ات برتو پنهان و فیض تو بر خلق شامل

اگر نیت کعبه وصل داریچه بندی بعزم ره دور محمل

چه خیزد ز تشویش طی بوادیچه آید ز سودای قطع مراحل

قدم بر سر کام خود نه کزین رهبکامی توانی رسیدن بمنزل

بجز یک قدم راه تا کعبه از توتو در قطع این یک قدم راه کاهل

وفا کن جفا کار را وز برابرنکو خواه بد خواه را در مقابل

به قتل ار کسی از تو خشنود گرددرضای جوی و منت بجان نه ز قاتل

مکن در سؤال کس اندیشه بردسؤال ار بود جان بدخواه سائل

بخیر العمل کوش یاد آر از آن دمکه بخشد جزا حق باعمال عامل

زهی ضایع انکس که پیوسته او رابود دعوی عالی از طبع سافل

ز افلاک درشان جنت نشانشفرود آمده آیت قدر نازل

نه دانش ز احوال آغاز واقفنه رایش بتصدیق انجام قائل

الهی ببحر عطای عمیمتکه آن بحر را کس ندیدست ساحل

الهی بنور نبی شمع کونینکزان چراغست روشن دو محفل

درین عرصه چندانکه بهر ترددبود روح را مرکب جسم حامل

چنان کن نصیبم که گردم بیادتزمانی مسبح زمانی مهلل

چو این عزت عاجل آید به آخرمکن نا امیدم زمأمول آجل

امیدم چنانست کآخر بر آیدامیدی که دارم ز فضل مفضل

سرور قبول از روانم برد غملوای عطا بر سرم افکند ظل

فضولی درین نظم گفتی سخنهاخلاف مسمی ز حسن خصائل

همانا که بهر تو گفته‌ست جامیایا خیر قولی فیاشر قائل

Dedim dilbərimdən əl üzüm daha,
Bu iş çox çətindir görürəm əmma.

Sən özün lütf edib mənə kömək ol
Ki, asan olsun bu işlər, ey xuda!

Ey könül, nə qədər sadəlövhsən,
Surətə aldanıb, görmürsən mə’na.

Hər surət gördükdə heyran olursan,
Güzgütək bir surətpərəstsən guya.

Qəlbinin Kə’bəsi bütxanələr tək,
Tapmış boş nəqşilə zivəri-fəna.

Bülbül kimi ətrə, rəngə aldandın,
Bağlandın gül kimi torpağa, suya.

Ay üzlü vəfasız gözəli sevmə,
Gözləmə cəfakeş dilbərdən vəfa.

Hər kaman qaşlıya şikar olma sən,
Gəl əsir olma hər mişkin ğəzala.

Gah heyran qalaraq başına döymə,
Ağlayıb olma sən dərdə mübtəla.

Məlamət oxuna hədəf olma ki,
Nadan öyüd desin, aqil nasəza.

Eşqdə de payın dünyada nə var
Əbədi möhnətdən, zillətdən səva?

Eşqin dəftərində başqa hesab yox,
Doludur burada kədər, qəm, cəfa.
Bu fani eşqə sən gəl könül vermə
Bu batil sevgini etmə təmənna.

Mənfəət fikrilə mey içmə zinhar,
Hərçənd ki, xoş gəlir cahil insana.

Yaxşı bil, əf’iyə zəhər həyatdır,
Aldanma gözünə görünsən rə’na.

Heç zaman surəti mə’na zənn etmə,
Surət bir dəlildir ancaq mə’naya.

Çalışma həqiqət rəmzini kəşfə,
Bəhsilə açılmaz böylə müəmma.

Ixtilaf azdırır həq yolçusunu,
Həqiqət görünür gözünə xülya.

Hər dini həqiqət sansan, yəqin bil,
Düşmənin, batildir, – deyəcək ona.

Kim sənə bədəməl, zalım görünsə,
Düşmənə görünər adil mütləqa.

Kimsə vaqif deyil həqqə, batilə,
Bilinməz məqbulla mərdud dünyada.

Yüksəyi, alçağı əbədi bilmə
Ki, iqbal həmişə olmuş labəqa.

Füzulluq tərkin et, mərhəmətli ol,
Laf vurub özünü çox öymə, haşa!

Qürurdan nə hasil ki, bixəbərsən,
Nə üçün sakitdir, coşqundur əşya?!

Fe’l ilə faili ayırmaq üçün,
Başını boş sərfin üstündə yorma!
Daxilin hökmündən yanlış bəhs etmə,
Rəmmal tək ünsürə demə iftira.

Nədən doğru, nədən batdı deyərək,
Münəccim töhməti etmə ulduza.

Gəl etmə təqvimi yalan aləti,
Bürclər mənzilinə qılma e’tina.

Həmişə mə’nalı nüktələr danış,
Adil ol dünyada, sən alçaq olma.

Rahətlik dilərsən dünyada beş gün,
Doqquz baş fələyə dolaşma əsla.

Yoxsa ki, edərsən fəğanü nalə,
Verərsən zəng kimi aramsız səda.

Günəş də kölgədən qorxur, bunu bil,
Bir küncdə sakit qal, kölgətək yaşa.

Ki, dünya nə qədər dolansa, heç vaxt
Tapmasın tozunu nəsimi-səba.

Ənqa tək üzlətin Qafına çəkil,
Süleyman mülkündən gözləmə əta.

Qüdsi ruhlar kimi gözə görünmə,
Alçalıb, əcsamı gəl etmə mə’va.

Qoy sənə desinlər bədbəxt, mücərrəd,
Sənsə etməyəsən heç kəsdən pərva.

Sən məxfi və aləm səsinlə dolu,
Sən gizli, fəzlinsə xalq üçün şəfa.

Vüsal Kə’bəsinə meyl etsən əgər,
Uzaq mənzillərdə bunu axtarma.
Vadilər ölçməyin nə xeyri vardır,
Mənzillər keçməkdən sənə nə fayda?

Məqsədə doğru get inadla, ta ki,
Mənzilə çatdırsın səni bu sevda.

Kə’bəyə çatmağa bircə qədəm var,
Nə üçün tənbəlsən bu bir addıma.

Cəfakar adamı vəfalı bil sən,
Yaxşılıq eylə gəl hər yamanlığa.

Qətlinlə bir könül xoş olsa əgər,
Belə bir ölümə özün ver riza.

Rədd etmə heç kəsin diləyini sən,
Can olsa istəyi, düşmənsə – gəda.

Daima sən xeyir verməyə çalış,
Əmələ haqq özü verəcək cəza.

Vay olsun o şəxsə, alçaq təb’ikən,
Həmişə yüksəklik edər iddia.

Halbuki göylərdən qədir ayəsi
Nazil olub onun alçaqlığına.

Nə zati vaqifdir məbdə’dən tamam,
Nə rə’yi bilir ki, nədir intəha.

Quru bir ad ilə o xoşdur ancaq
Ki, şahlar şahıyam, ya da ki ağa.

Ilahi, sahilsiz dəryadır lütfün,
Bitməz, tükənməzdir səndəki səxa.

Ilahi, Peyğəmbər nuri eşqinə
Ki, ondan nur alır hər iki dünya.
Ruhim süvar olub cövlan etdikcə,
Bu meydan içində bədən atına.

Mənə bir qüvvət ver, səni yad edib,
Söyləyim sübhanə rəbbiəl-ə’la.

Məni öz lütfündən naümid etmə
Çatdıqda bu ağır həyatım başa.

Ümidim onadır ki, bu arizum
Olacaq nəhayət əlinlə rəva.

Qəbul müjdəsilə şad ola ruhim,
Kərəm bayrağın kölgə salsın başa.

Füzuli, bu nəzmi əcəb söylədin,
Gözəl sözlərində tapılmaz xəta.

Sanasan söyləmiş Cami şə’nində,
“Sözündə gözəlsən, əməldə fəna”.


Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets