Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,

Bulmaq olmaz surəti-qürbündə asari-nişat.

Tifllər, divanələr səndən mübərra olmağın,

Dünyəvü üqbadə bulmuşlar kəmali-inbisat.

İzzətü zillətdə bilməzlər təriqi-imtiyaz,

Hillətü hirmanda çəkməzlər əzabi-ehtiyat.

Ol ki, daim həmnişinindir, müəzzəbdir müdam,

Netəkim təklifə hökmi-şər’ ilə sənsən mənat.

Ol zamandan kim, sənə verdim inani-ixtiyar,

Ol zamandan keylədim möhkəm səninlə irtibat,

Olmayıb xali qəmü ənduhdən qəbrim evi,

Xar bəstərdir mənə peyvəstə, xakistər – büsat.

Olmayaydım, kaş ki, hərgiz səninlə həmnişin,

Qılmayaydım kaş ki, mütləq səninlə ixtilat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets