Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir.Ziyanı olmaz ol göz yaşının kim, tutiyadəndir.
Dəmadəm mərdümi-çeşmim içər qan zülfü xalından,Bəli əksər mə’aşi əhli-dəryanın qəradəndir.
Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,Mənim gör qanlı yaşım kim, bu həm ol macəradəndir.
Müənbər sünbülündən almadan bu, olmadım rüsva,Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir.
Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm,Başımda bu humayun sayə ol ali binadəndir.
Vəfa rəsmin unutmuşsan deyə, incinməzəm zira,Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir.
Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzdən,Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli, tökmə çox yaş, ehtiyat et getməsin nagəhGözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-xosam-kim-dembedem-giryan-gozum-ol-xaki-padendir
Use ← → keys to move, R for a random poem
More by this author
Saqi, meyi-laləfam yoxmu?Dözmən bu xumara, cam yoxmu?
Bu, Məcnunun şəmmeyi-keyfiyyəti-halıdır və bə'zi sifati-kəmalıdırMəcnun idi mulki-dərd şahı,Xeyli-dədü dam onun sipahı.
Bu, Məcnunun sidq ilə münacat etdigidir və navəki-duası hədəfi-icabətə yetdigidirBir gecə ki, zülməti-ziyasuzZülfi-şəbi etdi bürqeyi-ruz,
Bu, İbni Səlamın keyfiyyəti-vəfatıdır və Leylinin ol bəladan nicatıdırSaqi, fələkin gör inqilabın!Göstər qədəh içrə mey hübabın!
Poems by other poets · Love
Yari-vəfadarım, gəl halallaşaq,Hökm gəlib Naxçıvana mən gedim.
Tərcüman deyir ki ("Be tə’mine lesane madər əz hər ku be Petpesburğ")Be tə’mine lesane madər əz hər ku be PetresburğYeki alim fürustənra mən əz millət rəcakarəm.
SevdiyimQərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,
ÜnçəqayGəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,