Gah gözdə, gəh könüldə xədəngin məkan tutar,Hər qanda olsa qanlını, əlbəttə, qan tutar.

Dil çəksə, nola, canü təni xaki-kuyinə,Xarü xəs iltər onda ki, quş aşiyan tutar.

Zikri-ləbinlə zülfünə can buldu dəstrəs,Onun kimi ki, oxuyub əfsun ilan tutar.

Dil tutdu qönçə ilə bərabər dəhanını,Bu əqli-naqis ilə özün xurdədan tutar.

Xurşid xirməninə ura şö’lə-şö’lə od,Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar.

Can eylədikdə meyli-təmaşayi-qamətin,Göz rövzənin sirişki-rəvanım rəvan tutar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Tutmaq dilər qapında Füzuli məqam, leykBu sirri kimsəyə aça bilməz, nihan tutar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love