Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər,Əsər ki var, xərab olmağa bəhanə yetər.

Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak,Demin ki, yeddi kəmandarə bir nişanə yetər.

Bəyanə yetməyə dərdü qəmim fəsanələri,Zəbanım atəşi-dildən çıxan zəbanə yetər.

Qopardı mərdümi-çeşmim könül binasın kim,Hübabi-əşk həva nəqdinə xəzanə yetər.

Ləbin xəyalı ilə parə-parə oldu cigər,Güvahi-hal mənə əşki-danə-danə yetər.

Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub,Təraneyi-tərəbim ahi-aşiqanə yetər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid,Mənə nişiməni-dövlət şərabxanə yetər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love