Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur,
Ah kim, yetgəc bana bir bərqi-aləmsuz olur.
Qeyri-çeşmindən bulur hərdəm nigahi-mərhəmət,
Bən nə qıldım kim, nəsibim navəki-dilduz olur.
Hər gün açır könlümü zövqi-vüsalın yengidən,
Gərçi güllər açmağa hər ildə bir novruz olur.
Halətək çıxmaz evindən mahtələtlər müdam,
Hər kimin dövri-qəmərdə taleyi firuz olur.
Saidin zövqiylə tərk etmiş Füzuli aləmi,
Meyli-səhra eyləməz hər quş ki dəstamuz olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-so-leyi-sem-i-ruxun-egyare-bezmefruz-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Eşq ətvarın müsəlləm eylədi gərdun mana,Bunca kim, yıldı-yügürdü, yetmədi Məcnun mana.
Eşigin daşini qan ilə yudu çeşmi-tərimEşigin daşini qan ilə yudu çeşmi-tərim,Bəs ki pakəm, daşı ləl eylədi feyzi-nəzərim.
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidimƏql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlarƏzəl katibləri üşşaq bəxtin qarə yazmışlar,Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar.
Poems by other poets · Nature and spring
Kəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Amandır, toxunma yasəmənlərəYazırsan, yamanca darıxmışam mən,Yenə səndən ötrü, Bakıdan ötrü.