Eşigin daşini qan ilə yudu çeşmi-tərim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Eşigin daşini qan ilə yudu çeşmi-tərim,
Bəs ki pakəm, daşı ləl eylədi feyzi-nəzərim.
Ciyərim dağinə mərhəm bulamadım səndən,
Necə ah eyləməyim, ah yanıbdır ciyərim.
Dedi ol yar səhər vəqti gəlim, leyk nə sud,
Vəqt məlum deyil, şam ilə birdir səhərim.
Ey xoş ol şam ki, bixud gedəyim kuyinə sübh,
Neylədim onda deyə qeyrdən alım xəbərim.
Düşməzəm könlünə, yəni olubam öylə zəif,
Dərdi-eşqinlə ki, güzgüdə görünməz əsərim.
Neçə min aşiqə ancaq bir ox atdın, demədin
Ki, düşər bir-birinə bir neçə üftadələrim.
Ey Füzuli, dura məndən ala təlimi-vəfa,
Nagəh ər mərqədi-Məcnunə düşərsə güzərim.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-esigin-dasini-qan-ile-yudu-cesmi-terim
Use ← → keys to move, R for a random poem
More by this author
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda.
Sinə çakü didə nəmnakü bədən əfgardirSinə çakü didə nəmnakü bədən əfgardir,Can həzin, xatir qəmin, şeyda könül bimardir.
Yar bilgəc halimi bir rəhm peyda eyləyəYar bilgəc halimi bir rəhm peyda eyləyə,Anlayıb dərdi-dilimni, bir müdava eyləyə.
Aqibət ahim mənim ol maha tə’sir etməsəAqibət ahim mənim ol mahə tə’sir etməsə,Bunca əfsunum pərivəş yarı təsxir etməsə,
Poems by other poets · Love
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Qəlbim o günləri unudan deyilMənə sevgimizdən bir həzin nəğmə,Bir də tənha söyüd yadigar qaldı.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Qəza baxNagah yerdən sərsər əsdi sərimə,Necə tutdu məni qəhri-qəza, bax!