Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləbin,
Sən kimi, ey Bisütun, mən həmqərar etməzmidim?
Nişə məhrəm eylədin şəmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
Dərdimi aləmdə pünhan tutduğum naçardır,
Uğrasaydım bir təbibə aşikar etməzmidim?
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?
Vaizin bəzmin mənim rüsvalığımdan qıl qiyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?
Ey Füzuli, daği-hicran ilə yanmış könlümü,
Laləzar açsaydı, seyri-laləzar etməzmidim?
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-eql-yar-olsaydi-terki-esqi-yar-etmezmidim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yoluna baxıram mən dönə-dönə,Hər kölgə bir vüsal vəd edir mənə.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Vətənimdir(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.