Üçüncü məclis
Page 2 of 3 · 33%
M u s i q i
Gözəlim, yar gözəlim.
M u s i q i
Bir sözüm var, gözəlim.
M u s i q i
Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2dəfə)
M u s i q i
Aşiq oldum sənə mən.
M u s i q i
Etmədin lütfü kərəm.
M u s i q i
Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2dəfə)
M u s i q i
Yanıram eşq oduna,
Yetmədin fəryadına.
Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2 dəfə)
M u s i q i
Gözəlim, yar gözəlim….
Oynayır, sonra gedir.
T e l l i (çıxır). Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Yoxsa oramı basdır, buramı basdır, oramı ov, buramı ov…. Daha həlak elədi məni. Belə şorgöz kişi olmaz. Vallah bir allah bəndəsi olsaydı, mənicə alardı, canımı qurtarardı. Amma hanı bir elə allah bəndəsi! (Deyən kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini yetirdi. (Gedib qapını açır, Vəli daxil olur).
V ə l i. Soltan bəyin evi buradır?
T e l l i. Hə, buradır, nə işin var?
V ə l i. Sizdə bir nəfər qonaq varmı?
T e l l i. Hə, var, necə?
V ə l i. Daha nə üçün acığın tutur?
T e l l i. Acığım nə üçün tutsun, sən kimsən?
V ə l i. Mən kilimçi. (Kənara). Amma əcəb qızdır, yəqin bu qulluqçudur.
T e l l i. Kilimçi nədir?
V ə l i. Bir əvvəlcə de görüm sən kimsən?
T e l l i. Mən bu evin qulluqçusuyam.
V ə l i. Mən də o evin nökəriyəm.
T e l l i. Hansı evin?
V ə l i. Belə o evin, o….
T e l l i. Buy, elə bil gədə dəli olubdur.
V ə l i. Dəli niyə oluram, maralım!
T e l l i. Mən maral deyiləm.
V ə l i. Belə məndən ötrü maralsan, bu canım sənə peşkəş. Belə, belə … belə…. (Oxuyur).
M u s i q i
Qoy xanımı bəy aparıb
Tezlik ilə toy eləsin. (2 dəfə)
Sənidəcə mən alaram, (2 dəfə)
Mən də bir bəy olaram.
T e l l i. Pulun var?
V ə l i. Var, var.
T e l l i. Pulun var, gələrəm!
V ə l i. Bilirəm, gələrsən!
Tel l i. Belə, belə yarımsan!
V ə l i. Belə, belə canımsan!
M u s i q i. Oynayırlar.
T e l l i.
Mən gedərəm ol kəsə ki, (2 dəfə)
Onun pulu çox olsun.
Onun pulu çox olsun, (2 dəfə)
Dərdi, qəmi az olsun.
Pulun var?
V ə l i. Var, var.
M u s i q i. Oynayırlar.
İ k i s i b i r y e r d ə.
Qoy xanımı bəy aparıb,
Tezlik ilə toy eləsin. (2 dəfə)
V ə l i. Sənidəcə, mən alaram.
T e l l i. Mənidəcə sən alarsan.
V ə l i. Mən də bir bəy olaram. (2 dəfə)
T e l l i. Sən də bir bəy olarsan. (Tək). Pulun var?
V ə l i. Var, var.
M u s i q i. Oynayırlar.
T e l l i (xoşuna gəlir). Əşi tez ol, sözünü de görüm nə istəyirsən?
V ə l i. Səni istəyirəm, səni. Bildinmi?
T e l l i. Buy, əcəb işə düşdüm.
V ə l i. Gözümün, işığı, get, o qonağa deynən ki, bir qapıya çıxsın, sözüm var. (Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Əcəb qızdır. Vallah, qoy ağam qızı alsın, mən də bunu alım, ikimizin də toyu bir gündə olsun. (Əlini-əlinə sürtür).
S ü l e y m a n və S o l t a n b ə y çıxırlar.
S ü l e y m a n. Hə, Vəli, sənsən? Bildim nə üçün gəlibsən, gəl gedək. (Soltan bəyə). Bəy, hələlik xudahafiz.
S o l t a n b ə y. Xudahafiz, salamat ol. (Gedirlər. Soltan bəy Süleymanı ötürüb qayıdır). Ay qız, Telli. Gülçöhrəni, Asyanı bura çağır gəlsin. Qıza da deyim görüm nə olur…. Bəli, dünyanın işi belədir…. Bir vaxt var idi biz də cavan idik…. İndi….
Q ı z l a r gəlirlər.
S o l t a n b ə y. Hə, oturun görüm. Ay qız Gülçöhrə, nə üçün belə bikef görünürsən? Nə olub ki, naxoş deyilsən ki?
G ü l ç ö h r ə. Xeyr ata, yaxşıyam.
S o l t a n b ə y. Çox gözəl, qızım, bilirsən nə var?
G ü l ç ö h r ə. Xeyr, ata.
S o l t a n b ə y. Bəs elə isə bil: səni ərə verirəm.
G ü l ç ö h r ə hərəkət edir. T e l l i şad olur. A s y a heyfsilənir.
A s y a (kənara). Heyf, oğlan əlimdən çıxdı.
G ü l ç ö h r ə. Ay qız, mənim nə vaxtımdır ki, ərə gedim?
S o l t a n b ə y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsən. Hər bir şeyi bilirsən, anlayırsan. Səni bir tacir oğlana verirəm ki, həm cavan, həm pullu, həm mallı….
G ü l ç ö h r ə. Ata, acığın tutmasın, mən ərə gedən deyiləm.
S o l t a n b ə y (mülayim). Bax, axmaqlama. Mən elçiyə söz verdim getdi.
A s y a (kənara). Allah sənə şükür, gələn oğlan elçi imiş.
G ü l ç ö h r ə. Yox ata, mən ərə getmək istəmirəm.
S o l t a n b ə y. Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən.
G ü l ç ö h r ə. Yox ata, doğru sözümdür, mən ərə getmək istəmirəm, istəyirsən vur məni öldür, ərə vermə.
S o l t a n b ə y. Deyəsən, sən doğrudan danışırsan. (Bərkdən). Nə axmaq sözdür, necə yəni ərə getmək istəmirsən? Evdə qalıb qocalıb qartımayacaqsan ki?
G ü l ç ö h r ə (ağlayır). Mən ərə getmək istəmirəm.
S o l t a n b ə y (lap bərkdən). Sən allah qudurğan olma. Sənin nə haqqın var söz danışmağa. Atan səni ərə verir, sənin borcun itaət eləməkdir.
A s y a. Əlbəttə, Gülçöhrə, atan nə deyir, sən ona qulaq as, indi ki, səni ərə verirlər, sənin borcun getməkdir. Daha burda artıq çek-çevir olmaz ki….
G ü l ç ö h r ə. Qoy atam məni öldürsün, amma ərə verməsin.
A s y a. Axı sənin danışmağa nə haqqın vardır.
S o l t a n b ə y. Sənə deyirəm ki, axmaq olma. Mən səni elə adama ərə verirəm ki, daha eləsin tapmazsan. Sən nə fikirdəsən?
G ü l ç ö h r ə. Sən o adama Asyanı ərə ver, qoy mən evdə qız qalım.
S o l t a n b ə y. Nə boş-boş danışırsan. Asyanı istəyən olsa, onu da ərə verəcəyəm. İndi səni istəyirlər, gərək əvvəl səni verim.
A s y a. Əlbəttə, elədir.
G ü l ç ö h r ə. Mən ərə getmək istəmirəm.
S o l t a n b ə y (acıqlı). Sənin borcun deyildir, ağzın nədir getməyəsən. Atan sənə buyurur get, get! Çox o yan-bu yan eləsən, tutub qulağından mıxlaram divara. (Gülçöhrə ağlayır…. Sükut. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Bir azdan sonra mülayim dillə deyir.) Qızım, sən elə bilirsən ki, mən səni pis adama ərə verirəm? Sən onu yəqin bil ki, belə oğlana gedəcəksən ki, padşah balası kimi; özü cavan oğlan, tacir, pulu çox, dövləti çox. Bəs dəliyəm ki, səni pis yerə verim? Sən mənim gözümün işığı tək qızımsan, mən səni bədbəxt elərəmmi? (Tutub qızının alnından öpür). Sən qoca atanın sözünə qulaq as, dəlilik eləmə!
G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ay ata, vallah ərə getməyə heç könlüm yoxdur. Necə eləyim? Sən məni ərə vermə, qoy evdə qalım.
S o l t a n b ə y. Qızım, inad olma! Atan nə deyir, sən də ona itaət elə, eləməsən allah səni xoşbəxt eləməz, bədbəxt olarsan və onu yəqin bil ki, mənim sözüm sözdür. Mən kişiyə söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Gedərsən ərə, ərin dövlətli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan, mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram. Sən mən deyənə qulaq as.
G ü l ç ö h r ə. Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-arsin-mal-alan-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.
Tələbələr məsələsiQəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.
Ordan-burdan 44Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:
Ayrı söhbətRəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.
Poems by other poets
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Heçstan əhliBəsdir, “mən, mən” söyləyib atıldığın meydana,Neçə qoltuq altına girdiyini saysana!
رهروان بستند بر فتراک ما را لاجرمپیشتر از کاروان خود را به منزل یافتیم